Cəmiyyəti daşıyan nəqliyyat vasitələrində səyahət edən bir şəxs kimi bəzən cəmiyyətin düşdüyü girdabın içində özümü itmiş hesab edirəm.
Nəqliyyat tıxacında davam edən gediş-gəlişlər bəzi insanların danışmasına səbəb olur. Gənclər sanki ətrafında heç kim yoxmuş kimi rahat, gündəlik həyatlarında yaşadıqlarını danışırlar. Oğlanlar qızlardan, qızlar isə oğlanlardan. Elə bil ki, həyatlarını qız dost və oğlan dost, sədaqətsizlik, yalan, qeybət, bir az telefon və kompüterdən ibarətdir. Nə ata, nə ana, nə qardaş, nə müəllim, nə ailə, nə məktəb, nə işsizlik, nə kasıblıq, nə dövlət problemləri heç diqqətlərini çəkmir. Sanki ancaq qızlardan və oğlanlardan ibarət bir planetdən gəlmiş kimidirlər. Bu planetdə bəyənilən hər qız və oğlan dərhal əldə edilməlidir. Bezən kimi bir başqasına yönəlməlidir. Sədaqətsizlik o qədər normal şeydir ki, ən yaxın dostunun dostu ilə görüşmək adi şey sayılır...
Əslində gənclərimizi dinləsək, onların da şikayətləri olduğunu unutmamalıyıq. Ehtiyaclarının qarşılanmamasından, güvənilməməkdən, aciz kimi görülmələrindən, qəbul edilməməkdən şikayətçildirər. Azadlıqlarının məhdudlaşdırılmasından, məsuliyyət verilərkən yaşadılan qarışıqlıqdan şikayətçildirər. Onlar olduqları kimi qəbul edilmək istəyirlər.
Gənclərin arasında “çıxmaq, fırlanmaq, ilişmək” kimi sözlərin hansı məna ifadə etdiyini öyrənəndə doğurdan da narahat olmağa dəyər. Bu sözlərlə ifadə olunan məna bizim nəsil üçün çox pis örnəkdir. Bəzi oğlanların ehtiras uğruna qızları sanki oyuncaqmış kimi "işlədib" atması, qızların isə belə oğlanlara inanması günümüzün ən aktual problemlərindən biridir. Azdırmı əliuşaqlı, dul qalan, həyatı puç olan qızlarımız? Qızların isə kiçik yaşlarından, həyatı belə anlamadan eşqə düşməsi, ata-anasını, hətta bacı-qardaşlarını belə bir oğlana qurban verməsi nə dərəcədə məntiqə uyğundur? Azdırmı bacıya görə əli qana bulaşmış qardaşlarımız? Əvvəlcədən düşünülməmiş hərəkətlər və dağılan ailələr...
"Gənc, yaşca böyüyünə hörmət etdiyi kimi, eyni zamanda yaşca özündən kiçiyə mərhəmət edən və öz yaşındakını özündən üstün sayan kimsədir" . Burada çox aydın bildirilmişdir ki, "ədəb" gəncliyin bir sifətidir. Buna görə də hörmətsizlik və ədəbsizliyi "Gəncdir, üzrlü hesab edək" deyə ötürmək olmaz. Gənci anlamaq başqa, haqq vermək başqa bir şeydir.
Hər bir valideyn öz övladıyla dostluq münasibətləri yaratmalıdır. Ən çox isə bu dostluğa ehtiyacı olan yetkinlik yaşına çatan qızlarımızdır. Gənclərimiz “çıxmaq, fırlanmaq, ilişmək” kimi sözlərə sanki bir növ əyləncə kimi baxırlar. Əziz valideynlər, sizcə də bu tip əyləncələr düzgündürmü?
Məncə, ahıl insanlar, ana, ata, müəllimlər gəncləri bu tip əyləncələrin təhlükəsindən qorumalıdırlar. Gənclərin yaşamaq istədiyi özbaşına həyatın nə qədər təhlükəli olduğunun mənasına varmaq vaxtı keçir. Əziz Qadın.Net.lilər, daha çox gözləmək mənasızlaşır. Çünki, “Gec gələn təsəlli edamdan sonrakı əfvə bənzəyir...”
Unutmayın ki, gənclik ümid etmə yeridir. İnsanlar arasında ən çox gənclər hər şeyi dəyişdirə biləcək bir gücə etiqad edərlər. Onlar üçün qeyri-mümkün bir şey yoxdur. Buna görə ən inqilabçı fikirlər onlardan çıxır. Çünki bu fitri güvən və ümidi özlərinə verən üzərilərində təcəlli edən adı Hayy və Qadirdir. Bəlkə deyilə bilər ki, gənclərin sözlə və ya həllə daimi zikri "Və hüve küllü şeyin qədr"dir. Onlar fərqində olsa da, olmasa da bu zikrin müdavimidirlər. Bilindiyi kimi, adı Hayy və Qədr özü də bir gənc olan Hz. İsada əzəm dərəcədə təcəlli etmiş, onu insanlara mümkünsüzü mümkün edən peyğəmbər kimi təqdim etmişdir. Yenə Quranda gözəl bir gənc nümunəsi Hz.Musanın köməkçisi Hz. Yuşadır. Onu daha sonra İsrail oğullarına varis edən Musa (s.a.s)ya olan sədaqəti və xidmətidir. Xıdırla görüşməsindən sonra da dahi Yuşa (s.a.s)nın Hz. Musanı tərk etməsi bir tərəfdən ondakı sədaqətə və vəfaya, digər tərəfdən gəncliyin nəzərində Musa (s.a.s)nın təmsil etdiyi şəriətin Xıdırın təmsil etdiyi elmi lədünnə seçilən bir xüsus olduğunu göstərir. Gənc - bədəni güclü olduğu kimi ehkamı şəriətə də güclə sarılandır. Çünki dinin şəriət ölçüsü də onun həyat sahibi olan bədəni kimidir.
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR