Qadin.NET / Necə bir gənclik gəlir?

Necə bir gənclik gəlir?

Necə bir gənclik gəlir?

Cəmiyyəti daşıyan nəqliyyat vasitələrində səyahət edən bir şəxs kimi bəzən cəmiyyətin düşdüyü girdabın içində özümü itmiş hesab edirəm.

Nəqliyyat tıxacında davam edən gediş-gəlişlər bəzi insanların danışmasına səbəb olur. Gənclər sanki ətrafında heç kim yoxmuş kimi rahat, gündəlik həyatlarında yaşadıqlarını danışırlar. Oğlanlar qızlardan, qızlar isə oğlanlardan. Elə bil ki, həyatlarını qız dost və oğlan dost, sədaqətsizlik, yalan, qeybət, bir az telefon və kompüterdən ibarətdir. Nə ata, nə ana, nə qardaş, nə müəllim, nə ailə, nə məktəb, nə işsizlik, nə kasıblıq, nə dövlət problemləri heç diqqətlərini çəkmir. Sanki ancaq qızlardan və oğlanlardan ibarət bir planetdən gəlmiş kimidirlər. Bu planetdə bəyənilən hər qız və oğlan dərhal əldə edilməlidir. Bezən kimi bir başqasına yönəlməlidir. Sədaqətsizlik o qədər normal şeydir ki,  ən yaxın dostunun dostu ilə görüşmək adi şey sayılır...

Əslində gənclərimizi dinləsək, onların da şikayətləri olduğunu unutmamalıyıqEhtiyaclarının  qarşılanmamasından, güvənilməməkdən, aciz kimi görülmələrindən, qəbul edilməməkdən şikayətçildirər. Azadlıqlarının məhdudlaşdırılmasından, məsuliyyət verilərkən yaşadılan qarışıqlıqdan şikayətçildirər. Onlar olduqları kimi qəbul edilmək istəyirlər.  

Necə bir gənclik gəlir?

Gənclərin arasında “çıxmaq, fırlanmaq, ilişmək” kimi sözlərin hansı məna ifadə etdiyini öyrənəndə doğurdan da narahat olmağa dəyər. Bu sözlərlə ifadə olunan məna bizim nəsil üçün çox pis örnəkdir. Bəzi oğlanların ehtiras uğruna qızları sanki oyuncaqmış kimi "işlədib" atması, qızların isə belə oğlanlara inanması günümüzün ən aktual problemlərindən biridir. Azdırmı əliuşaqlı, dul qalan, həyatı puç olan qızlarımız? Qızların isə kiçik yaşlarından, həyatı belə anlamadan eşqə düşməsi, ata-anasını, hətta bacı-qardaşlarını belə bir oğlana qurban verməsi nə dərəcədə məntiqə uyğundur? Azdırmı bacıya görə əli qana bulaşmış qardaşlarımız? Əvvəlcədən düşünülməmiş hərəkətlər və dağılan ailələr...

Necə bir gənclik gəlir?

"Gənc, yaşca böyüyünə hörmət etdiyi kimi, eyni zamanda yaşca özündən kiçiyə mərhəmət edən və öz yaşındakını özündən üstün sayan kimsədir" . Burada çox aydın bildirilmişdir ki, "ədəb" gəncliyin bir sifətidir. Buna görə də hörmətsizlik və ədəbsizliyi "Gəncdir, üzrlü hesab edək" deyə ötürmək olmaz.  Gənci anlamaq başqa, haqq vermək başqa bir şeydir.

Hər bir valideyn öz övladıyla dostluq münasibətləri yaratmalıdır. Ən çox isə bu dostluğa ehtiyacı olan yetkinlik yaşına çatan qızlarımızdır. Gənclərimiz  “çıxmaq, fırlanmaq, ilişmək” kimi sözlərə sanki bir növ əyləncə kimi baxırlar. Əziz valideynlər, sizcə də bu tip əyləncələr düzgündürmü? 

     Məncə, ahıl insanlar, ana, ata, müəllimlər gəncləri bu tip əyləncələrin təhlükəsindən qorumalıdırlar. Gənclərin yaşamaq istədiyi özbaşına həyatın nə qədər təhlükəli olduğunun mənasına varmaq vaxtı keçir. Əziz Qadın.Net.lilər, daha çox gözləmək mənasızlaşır. Çünki, “Gec gələn təsəlli edamdan sonrakı əfvə bənzəyir...” 

Necə bir gənclik gəlir?

    Unutmayın ki, gənclik ümid etmə yeridir. İnsanlar arasında ən çox gənclər hər şeyi dəyişdirə biləcək bir gücə etiqad edərlər. Onlar üçün qeyri-mümkün bir şey yoxdur. Buna görə ən inqilabçı fikirlər onlardan çıxır. Çünki bu fitri güvən və ümidi özlərinə verən üzərilərində təcəlli edən adı Hayy və Qadirdir. Bəlkə deyilə bilər ki, gənclərin sözlə və ya həllə daimi zikri "Və hüve  küllü şeyin qədr"dir. Onlar fərqində olsa da, olmasa da bu zikrin müdavimidirlər. Bilindiyi kimi, adı Hayy və Qədr özü də bir gənc olan Hz. İsada əzəm dərəcədə təcəlli etmiş, onu insanlara mümkünsüzü mümkün edən peyğəmbər kimi təqdim etmişdir. Yenə Quranda gözəl bir gənc nümunəsi Hz.Musanın köməkçisi Hz. Yuşadır. Onu daha sonra İsrail oğullarına varis edən Musa (s.a.s)ya olan sədaqəti və xidmətidir. Xıdırla görüşməsindən sonra da dahi Yuşa (s.a.s)nın Hz. Musanı tərk etməsi bir tərəfdən ondakı sədaqətə və vəfaya, digər tərəfdən gəncliyin nəzərində Musa (s.a.s)nın təmsil etdiyi şəriətin Xıdırın təmsil etdiyi elmi lədünnə seçilən bir xüsus olduğunu göstərir. Gənc - bədəni güclü olduğu kimi ehkamı şəriətə də güclə sarılandır. Çünki dinin şəriət ölçüsü də onun həyat sahibi olan bədəni kimidir.

4 aprel 2014
GO BACK