Hər birimiz “Ac başım, dinc başım” və ya “Məni sancmayan ilan, 1000 il yaşasın” prinsipi, daha doğrusu “prinsipsizliyi” ilə yaşaya bilərik və çox zaman da yaşayırıq. Boş-boş tənqid edirik, özümüzün cürəti belə çatmayacağını edən şəxsləri lağa qoymaqla, ələ salmaqla və ya öz aləmində “tənqid” etməklə hansısa üç-beş ağılsızın gözündə qəhrəmanlara dönmək istəyirik. Yaxşı, bəs bu özümüzə nə verir? Özümüz öz gözümüzdə kimik? Utanmırıqmı sakitliyə çəkiləndə? Ya özümüzə qarşı da kor və cahilik?! Bədbəxtikmi bu dərəcədə?
Dostlar, ictimai ağrı nədir, bilirik mi? İctimai ağrı bütün insanları əhatə edən ağrıdır, sən də bu ağrının içindəsən, lakin bəlkə də hələ səni yaralamayıb. Nə qədər gözün yumulu yanından keçsən də, küçədə haqqsız yerə döyülən adamın və ya pulu oğrulanan ailənin, və ya küçədə axmaqlar tərəfindən təhqir edilən qızın, avtobusda çirkin əməllərə məruz qalanların, kimisə alçaldanların, evində döyülən qadının, evindən qovulan fağır kişinin yerində bir gün sən olacaqsan. Mütləq olacaqsan. Nə qədər gözünü yuma biləcəksən ki? Qapın, pəncərən bağlı, soyuducun dolu, maşının həyətdə də olsa, səni bu ağrılar bir gün tapacaq. Səni tapmasa da, yaxının boğazından yapışacaq. Bax onda anlayacaqsan ki, sənin laqeydliyin və lağa qoyma həvəsin, öz qınına çəkilib, başqalarını şərləmə həvəsin sənin öz boğazını sıxır.
Sənin şərlədiyin, kömək etmədiyin, yanından gözüyumulu keçdiyin insanlar bəlkə yenə də sənə kömək edəcək, əlindən tutacaq, ayağa qaldıracaq.. Bax onda sənin 20, 30, 40, ən pis halda 50dən çox yaşın ola bilər və onda sən anlayacaqsan ki, bu həyatı boş yerə yaşayırmışsan, sən yalançı qəhrəmanısan öz həyatının, sən heç kimin qəhrəmanı deyilsən… Sən qorxaqsan, boşboğazsan. Nə qədər ki, başqalarını müdafiə etmirsən, sən bir şəxsiyyət kimi mövcud deyilsən..
İctimai ağrılara biganə qalmayın, ən azı ona görə ki, bir gün bu ağrıları siz də hiss edə bilərsiniz. Çünki, biz insan olaraq doğuluruq, sonra nələrsə bizi dəyişir, bəlkə də ititirik insanlığımızı, amma yenidən insan olmağa çalışmaq lazımdır, əsl insan.. Bəlkə də fövqəlinsan olmağın vaxtı çatıb..
Ülviyyə
XƏBƏR LENTİ
Günün qoroskopu: Diqqətli davranın!
Şeyma Subaşı yenə məsxərəyə qoyuldu-FOTO
Sibel Can 49 yaşını belə qeyd etdi - FOTO
190 manatın yenidən verilməsi üçün ƏSAS KRİTERİYALAR
Ebru Şahin məşhur basketbolçu ilə sevgilidir-FOTO
Ramazan orucunun niyyətini nə zaman və necə etmək lazımdır?
Hollivudda COVID-19-la mübarizə aparan həkimlər barədə film çəkiləcək
İranı Azərbaycanla yeni körpü birləşdirəcək
2021 yaz gəlinlik dəbi
Məşhur müğənni dünyasını dəyişdi
Qarın yağlarını əridən 4 ərzaq
Hadisə sinəsini böyüdüb? - FOTO
Koronavirus 7 yaşlı uşağın həyatını alt-üst etdi-FOTO
"Vineqred" salatı (foto-resept)
Souslu badımcan qızartması (foto resept)
Peris Hilton türkiyəli aktyora aşiq olub?
Sadə və gündəlik ayaqqabılar
Koronavirusdan sağalanlarda yeni fəsad müşahidə edilib
Ermənistanda cəbhəyə getməkdən imtina edənlərin övladları girov götürülür
Bir ailədən müharibəyə gedən beş nəfər
Twitter-də "smaylik"lər peyda oldu
Bu ilin ilk Nobel mükafatı verildi
Gərəyiniz olar: smartfonlar üçün GİZLİ KODLAR
"Futbol tarixində hələ belə bir şey olmayıb"
HAVA necə olacaq?-12 İyul
Ərik mürəbbəsi
Hər bürcün öz gizli silahı olduğundan xəbəriniz var?
Sahildə qəribə varlıq tapıldı - Hamı ora axışdı
Afrikada qadın prezident seçildi
Qubadlının igid qəhrəmanı - Əliyar Əliyev
Serenay Sarıkaya və Cem Yılmaz EVLƏNİR-FOTO
Ən gənc tələbə
6 nəfərlik basketbol lövhəsi
Eşitmə testi
Armud və heyvanın faydaları
Samira və qızının Su çərşənbəsi
Günün ulduz falı
Rusiyanın hərbi gəmiləri Bakıda - FOTO/VİDEO
Hava haqqında
Nəhəng şaxta və oradan çıxarılan almaz
Apteklər bağlanır
Sevgini paylaşın ki, evinizə bərəkət gəlsin
Millimizin başına bu məşqçi keçsə, vay futbolçularımızın halına!
Bakının yeni avtobusları xəttə çıxdı
Zərərsiz kontakt linzaları yaradılıb
Azərbaycanlı idmançı dünya çempionu oldu
Pendirə, kəsmiyə də haram qatdılar
Kəlbəcər minalardan təmizlənir? - RƏSMİ AÇIQLAMA
Ramazan bayramı namazı necə qılınır?
Minlərlə məhkum vaxtından əvvəl həbsdən azad edildi
- ŞƏRHLƏR