Gündəlik qərarlarımızın böyük bir hissəsini alınımızın arxasında yerləşən beyin payının (lobulus frontalis) “dorsolateral preflontal kortex” deyilən hissəsi ilə alırıq. Həmin bu hissə eyni zamanda bizim vaqon problemindəki birinci ssenarini cavablayərkən istifadə etdiyimiz hissədir. Bu qisim, gündəlik digər qərarlarımızda olduğu kimi, nə etsəm daha çox fayda əldə edərəm deyə qərar aldığımız qisimdir. Bu səbəbdən bu hissə vaqon misalının birinci ssenarisi üçün heç bir tərəddüd etmədən alınan qərar mərkəzidir. Ancaq vaqon probleminin ikinci ssenarisi üçün alınacaq qərar heç də o qədər asan deyildir.
Körpünün üstündəki adamı, yoxsa reyslərin üstündəki beş adamı seçmək istənildikdə artıq beynimizin “cingulate kortex” deyilən yerin ön hissəsi fəaliyyətə keçir. Bu hissə gündəlik həyatımızda aldığımız faydalı qərarları yoxlayan və lazım olduğu zaman blok edən yerdir. Digər bir deyimlə desək, bura vicdan, əxlaq, ədəb kimi zehni mexanizmlərlə bizi yönələndirən bölgə olaraq adlandıra bilərik. Bu səbəbdən adamı körpüdən atmaq ssenarisi önümüzə gətirildiyi zaman cinayət işləmək hissi, cəzalandırılmaq qorxusu, özmüzü qatil kimi hiss etmə və bu kimi duyğular irəli çıxar.
İki ssenaridəki davranışlarımıza baxaraq bir insana zərər vermək irəli sürüldükdə, o insana toxunmadığımız zaman ondan nə qədər uzaq olduğumuzda ona zərər verərkən istifadə etdiyimiz mexanizm nə qədər əlaqəsizdirsə, bu iş o qədər asan olar. Onun üçündür ki, birini öldürmək üçün ürəyinə bıçaq sancmaq, bir düyməyə basaraq (təyyarədən bomba atmaq və b.) eyni işi görməkdən daha çətindir. Nəhayət, qəddarca bir hərəkət nə qədər hissiyyatsız qəbul edilsə, o qədər asan görünür.
Bu və buna bənzər zehni fəaliyyətlərimizin hansı düşüncələrimizin beynimizin harasını təsirləndirdiyi, bu təsirlərin necə bilindiyinə də cavab vermək lazımdır. Maqnetik rezonans tomoqrafiya (MRT) adlanan cihazdan fikir fəaliyyətimizin, beynimizin hansı mərkəz və ya mərkəzlərində toplandığını öyrənmək üçün istifadə edilir.
Əgər istəsək, birinci ssenarini də öz tərəfimizdən bəzi əlavələr edib çətinləşdirə və ya əksinə asanlaşdıra bilərik. Birinci ssenaridə reys üstündə işləyən tək adam bizim dostumuz, qardaşımız, oğlumuz, qızımız olsa, nə edərik və ya həmin adam nifrət etdiyimiz biri isə iş daha da asan olardı?

Görəsən, qəza və xəstəlik səbəbi ilə singulate kortexi (əxlaqi keyfiyyətlərin dəyərləndirildiyi yer) xəsarət almış xəstələr hər iki ssenaridə necə hərəkət edərlər? Bu xəstələr də ssenarinin birinci hissəsi üçün fərqli düşünməmişdilər. Çünki bu xəstələrin qərar vermə mexanizmidə (dorsolaterl hissə) bir problem yoxdur. Ancaq ikinci ssenari soruşulduğu zaman adamı körpüdən atarlar. Çünki deyildiyi kimi insandakı vicdan və əxlaq ilə əlaqəli hissə xəsarət alıb. Bu səbəbdən də qərar yükü yenə dorsolater hissəyə düşmüşdür. Digər bir deyimlə desək, zəka lazım olan məsələləri asanlıqla həll edərlər, etik nəticələr əldə ediləcək əxlaq duyğusundan məhrumdular.
Bəs niyə fərqli kateqoriyadakı adamlardan soruşulduğu halda eyni cavab alına bilinir ?
Vicdanı, bilavasitə əxlaqı maraqlandıran bu cür qərarların kökündə sırf mədəni bir təcrübə olduğunu söyləyə bilərikmi? Yəni öyrənərək qazandığımız ünsürlərdir? Yoxsa doğuşdan yaranan bir xususiyyətin sonradan içində olduğumuz mədəniyyətlə işlənməsi nəticəsində meydana gələn davranışdır?
Vaqon probleminin (troyyel dilemma) soruşulduğu adamların müəyyən bir kateqoriyada toplanmaması (fərqli kateqoriyalardakı insanların eyni cavab verməsi) və müstəqil olaraq verilən cavablar bizi təməli doğuşdan gələn sonradan bu və ya digər şəkildə içində olan mədəniyyət tərəfindən işlənən beyinə aid bir maxanizmə aparır. Əxlaqın yaranmasındakı əzəl mexanizmi sadəcə və sadəcə din, huquq, adət və ənənə kimi doğulduqdan sonra öyrənilən qaydalar silsiləsi olaraq göstərmək, irəli sürmək doğru deyil. Digər bir deyimlə desək, sağlam fikirli və vicdan deyilən bir anlayışa sahib olmaq din, inanclı olmaq və ya hüquq sistemi və başqa qaydaların mütləq varlığı ilə deyil, o fərdin doğuşdan gələn zehni sisteminin, valideyinlər və ya cəmiyyət tərəfindən hansı duyğu qavrayışları, münasibətlər və güvənlik ünsürü ilə yetişdirilməsinə bağlı ola biləcəyi ilə əlaqəlidir
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ən yaxşı avtomobillər seçildi
Günün ulduz falı - 25.09.2013
Sənədsiz evlərlə bağlı MÜHÜM XƏBƏR
Kiprikləri uzatmaq üçün maska
Gözəlliyi ilə hər kəsi heyran edən pilot-FOTO
Azərbaycanda 9 May
Günün qoroskopu:Laqeyd olmayın!
Kim Çen In həyat yoldaşını edam edib?
İştah açan ayaqqabılar
Hər bir ailəyə 100 manat VERİLƏCƏK - İlham Əliyevdən Azərbaycan əhalisinə YENİ İL HƏDİYYƏSİ/VİDEO
Nəhəng BUZ DAДћI QOPDU: mütəxəssislər həyəcan içindədir
Qara rəngli donlar (1)
Məşhur aktrisa qəfildən öldü-FOTO
Azərbaycanda 340-dan çox dərmanın satışı və istifadəsi qadağan edildi
Bakıda 2 məktəb sökülüb yenidən tikiləcək - FOTO
Cəbhədə son vəziyyət
Dollarla krediti olanlar oxusunlar
Yalançı elmə qarşı mübarizəyə başlanıldı - Xüsusi komissiya yaradıldı
Ərdoğan: Sosial şəbəkələr hüquqlarımı pozur
Günün ulduz falı
İlham Əliyev Azərbaycanın pravoslav xristianlarını təbrik etdi
Nazirlik 28 yaşadək ali təhsilli şəxslərə müraciət etdi
Azərbaycanda elektrik enerjisinin qiymətinin artırılması məsələsinə aydınlıq gətirildi
Klaç çanta modelləri
Evdə "baton" çörəyi (foto resept)
Azərbaycanın sığorta bazarı xarici investorlar üçün açıqdır
Qaçırılan körpə 55 ildən sonra tapıldı
İsmayıllıda zona birinciliyi
Heyvansevərlər üçün filmlər
Qadın.Netlilərin uşaqlıq xatirələri (4)
Günü-gündən dəyişilən ayaqqabı dünyası
Evliliyin ən çətin və xoşbəxt illəri
Uşaq vaxtı öyrədiləcək 8 məqam
Azərbaycan və Türkiyə bayraqları təhqir edildi!
Kəlbəcər rayonunun işğalından 21 il ötür
Azərbaycanlı nazirin arxasından Qarabağı sildilər
Əl işlərim
Mənzillərin ucuzlaşması davam edir
Bu problemin həllini hamı gözləyir
Vərəm xəstələrinə pulsuz verilən dərman aptekdə pulla satılırmış
Sizi sevdiyini göstərən 6 əlamət
Hava haqqında
Maradonadan şok iddia: Yadplanetlilər məni...
Məşhurlar və saç aksesuarları
Sevdiyimiz filmlərin ulduzları dünən və bu gün
Google Glass yasaqlandı
Yaz yağışı
Kəlamlar
Su da bahalaşdı
Məşhurlara bənzəyən sadə insanlar (FOTO)















- ŞƏRHLƏR