Şənbə günü səhər yuxudan duranda fikirləşirsən:
a) Bütün tanışlarıma zəng edəcəyəm və hamımız gəzməyə, kinoya və ya şənliyə gedəcəyik.
b) OOO... Mənim çoxlu vaxtım var. İstirahət edəcəyəm, seriala baxacağam, İnternetə girəcəyəm və ya pişiyimin şəkillərini çəkəcəyəm.
v) Bu gün çox çətin proqramım var: tapşırıqlar etməliyəm, bir-iki şeir əzbərləməliyəm, uzun müddətdir təxirə saldığım işin arxasınca getməliyəm.
q) Facebook-dakı ünvanıma daxil olub, dostlarımla yazışacağam, mənə gələn yeni dostluq təklifləri ilə məşğul olacağam.
d) Basketbol oynamağa gedəcəyəm və ya velosiped sürəcəyəm.
Uşaq vaxtı arzulayırdım:
a) Şahzadə, model, aparıcı və ulduz olmağı.
b) Şirlərin təlimçisi olmağı.
v) Yaradıcı, Frankeşteyn... Həkim olmağı.
q) Müdir olmağı.
d) Superqəhrəman olmağı.
Sənə sərbəst mövzuda araşdırma tapşırıblar. Nə ilə məşğul olarsan?
a) Hələ də "daş dövründə" qalmış tanışlarıma yeni texnologiyadan - noutbukdan danışar, onlara İnternetdən istifadəni öyrədərdim.
b) Oh... Mənim danışacaq mövzum çoxdur. Yəqin bunların hamısını qısaca izah edərəm.
v) Araşdırma! Onu necə də sevirəm. Məsələn, antropologiyanı araşdırardım. İnsan necə də maraqlı məxluqdur?!
q) İşləməyən gənclər də fikirləşirlər ki, böyüklər pulları ağacdan yığırlar. Onlara pul qazanmağın nə qədər çətin olduğunu anladardım.
d) İdman sahəsində araşdırma, məncə, pis olmazdı.
Hansı mövzuda olan seriala baxmağı xoşlayırsan?
a) Melodrama.
b) Dəhşət.
v) Fantastik.
q) Həyati.
d) Komediya.
Qoroskopa inanırsan?
a) Əlbəttə, axı mən Əkizlərəm (Şir, Qız və s.) Bu həftə qoroskopumda taleyimin dəyişəcəyi yazılıb.
b) Mən taleyin qarşıma çıxardıqlarına və həyatımda etdiklərinə inanıram.
v) Yox - bu mənasızdır.
q) Pis baxmıram. Axı onunla maraqlanan insanlar var.
d) Mən yalnız özümə inanıram, ulduzlara yox.
Rəfiqələrin istirahəti maraqlı bir yerdə keçirməyi təklif edir. Sən...
a) Mmm... Disneylend pis olmazdı, ya da mağazaları gəzərik.
b) Tarix Muzeyinə gedərəm.
v) Maraqlı bir ölkəyə getsək, pis olmaz.
d) Yaxşı olar ki, tennis, ya da basketbol oynamağa gedək.
Tənqidə necə baxırsan?
a) Rahat. Tənqidə verəcək cavabım həmişə var.
b) Tənqid edən insanları yaxşı başa düşmürlər.
v) Diqqətlə tənqidə qulaq asıram, sonra onu korrektə edirəm.
q) Baxır kimin tənqidinə.
d) Qoy əvvəlcə mənim kimi olmağı bacarsın.
Komanda oyununda sən kim ola bilərsən?
a) İnformasiya mənbəyi.
b) Talisman.
v) İntellektual lider.
q) İstedadlı sərkərdə.
d) Hakim.
Sənə cavabını bilmədiyin sualı verəndə...
a) Cavab verməməyə çalışırsan.
b) Pis olursan.
v) Fikirləşirsən.
q) Araya söz qatırsan.
d) Bunu özünə dərd edirsən.
Sənin üçün tətildə yaxşıdır...
a) Səyahətə getmək.
b) Gəzmək, rəsm çəkmək və dostlarla söhbət etmək.
v) Təcrübəni artırmaq, çoxlu alış-verişə getmək.
q) Tramplindən tullanmağı öyrənmək.
Səndən həmişə bu ətir gəlir...
a) Ən son dəbdə olan ətir.
b) Boya, yapışqan.
v) Kitab iyi.
q) Təəssüf ki, pul iyi gəlmir.
d) Əsasən, soyuq iyli ətirlər istifadə edirəm.
Hansı hərfi daha çox seçmisən?
A ÇOXDURSA:
İDEYALAR MÜƏLLİFİSƏN
Özünə əmin və ünsiyyətcilsən. Ola bilsin ki, səndə səbr və özünütənqid çatışmır. Amma bu, tez qərar verməkdə və işi vaxtında yerinə yetirməkdə sənə kömək edir. Sən gərək jurnalist, təşkilatçı və ya bələdçi olaydın. Həm də asanlıqla məşğələlər keçirə bilərsən.
B ÇOXDURSA:
İŞİNİN XADİMƏSİSƏN
Sən əsl istedadsan. Cəmiyyət arasında olmağı sevmirsən. Bir kənara çəkilib, öz işinlə məşğul olmaq əsl sənlikdir. Sənə modelyer, dizayner, fotoqraf məşğuliyyəti uyğundur. Amma hərdən özünü qiymətləndirib, "bağlı sandıqdan" çıxmaq da pis olmazdı.
V ÇOXDURSA:
ELM XADİMİSƏN
Hansı sahəni seçməyindən asılı olmayaraq, sənin araşdırma qabiliyyətin yüksəkdir. Bu da sənə hər sahədə kömək olacaq. Sən sosioloq, antropoloq, psixoloq, elmi işçi, həkim və bir çox sahələrdə bacarıqlı olmağa qadirsən. Səndən həm də əla müəllim çıxar.
Q ÇOXDURSA:
MAHİR SƏRKƏRDƏSƏN
Nə vaxtsa sən ya milyonçu, ya da çox məşhur bir insan olacaqsan. Axı səni yalnız pul maraqlandırır. Sən iqtisadçı, müdir, biznesmen, böyük bir şirkətin rəhbəri ola bilərsən. Hadisələri analiz etməyi bacarmırsan. Tez qərar qəbul etməkdən də qorxmursan.
D ÇOXDURSA:
PEŞƏKAR SƏYAHƏTÇİSƏN
Bir yerdə oturmağı heç sevmirsən. Hərəkətli həyatı xoşlayırsan. Sərbəst biznes qurmağı, ulduz olmağı bacarırsan. Sənə daha çox idmanla bağlı olan işlər yaraşır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
“Instagram”da yeni fırıldaqçılıq
Yaponlar Lexus-u dəyişdilər
Hava haqqında
Cemli rulet (foto resept)
Həqiqət acı olsa da...
Azərbaycan tarixindən yüz şəxsiyyət-57
Ermənilər Xankəndidən niyə əl çəkmir? - VİDEO
Gözəl gözlərə sahib olan hindistanlılar
Bred Pittlə Anjelina Coli razılığa gəldi-FOTO
Monika Belluçi ETİRAF etdi-FOTO
Soyuducunun necə yarandığını bildirsinizmi?
Həkimlər xəbərdarlıq edir
Coca-Cola-da təhqir çıxdı
Rəngli gəlinlik modelləri
Toy rəqsi
Tartolet (foto-resept)
Gilaslı, limon souslu keks (foto-resept)
Həftənin ilk iş gününün HAVAsı açıqlandı
Sağlam beyin üçün tövsiyələr
Koronavirus peyvəndinə əks göstərişlər açıqlanıb
Hər şey öz əlimizdədir
160-dan çox ölkə bu qidaları QADAĞAN EDİB: alma, çörək, ət...
Kartofun dəriyə faydası
21 yaşlı qız hər kəsi şoka saldı!
Quş qripinə görə monitorinqə start verildi
Gül kələmli pizza (foto resept)
Xalq təbiblərinin bəzi məsləhətləri
Bank kreditləri: bizdə də ABŞ-dakı kimi olsun?
Azərbaycanlılara ailə təhsili lazımdırmı?
Körpəni ana südündən necə ayırmalı?
Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı
11-ci sinif şagirdlərinə bəd xəbər
Günün qoroskopu: şəxsi münasibətlərlə işgüzar əlaqələri qarışdırmayın
Britaniya jurnalında səfirimizin məqaləsi dərc edildi
Əvvəlki illərin məzunları üçün imtahandır
Hayde Bruneder: "Azərbaycan gimnastları böyük irəliləyişlərə nail olublar"
Bakı bulvarı ancaq varlılar üçündür?
Məşhur aktyor 1 milyonluq yardım etdi
Uşaqlar kifayət qədər hərəkət etmir
Şəki kəndlərinin içməli su təchizatı yaxşılaşdırılır
Günün qoroskopu:Uğurlu gündür!
Bu müəllimlərin maaşı artırılacaq
Fərqli Audi Q3 TDI S təqdim olundu - FOTO
Ən gözəl bilərzik kombinasiyaları
Bakıya 12 milyon doza gətirildi
Tramp daha iki hind quşunu xilas etdi
Qar uçqunu 216 adamı öldürüb
Qadın.Net-li dostum
Əmgək problemi
Mirvari sırğalar
- ŞƏRHLƏR