Ay ürək
Yaralar qövr edir təzədən ürək,
Niyə könül verdin ona sən ürək,
O səni sevmədi, sən niyə sevdin!
Səni sevməyəni sən niyə sevdin!
Eşqinə mən qurban gedim ay ürək,
Dedim, neçə dəfə dedim ay ürək,
Sevməyir o səni, niyə sevirsən,
Səni sevməyəni niyə sevirsən,
Sözümə baxmadın, indi yan ürək,
Yan ey mənim tək peşman ürək,
Sevmirdi o səni, niyə sevirdin!
Səni sevməyəni niyə sevirdin!..
İstə
Öz məğrur eşqimdə təmənnasızam,
Bir damla istəsəm,
Bir ümman istə.
Mən ki, bir dünyalıq boranam, yazam,
Bircə gül istəsəm,
Gülüstan istə.
Mənə ulduz boyda ulduz işıq ver desəm,
Sən məndən
Günəşli asiman istə.
Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü,
Ərmağan istə.
Söylə, bəs hardaydın?
Sən gəldin,
Zülmətdən gün çıxdı birdən,
Nə qədər ecazkar göründü cahan?
Səni gözləmişdim ömrüm boyu mən,
Söylə, bəs hardaydın sən bu vaxtacan?
Keçib göy dərəni,
yaşıl çəməni,
Elə yaxın gəldin, elə uzaqdan!
Bəlkə min il əvvəl görmüşdüm səni,
Sərin su içəndə sən buz bulaqdan!
Elə bil üzləşdim
ilahi sirlə,
Bu nə möcüzədir, bu nə heyrətdir?!
Məhəbbət ölçülmür illə, əsrlə,
Məhəbbət ölçüsü əbədiyyətdir.
Zöhrə ulduzu tək
yanıb obaşdan,
Üfüqlər aşırdın xəyallarımda.
Sən hələ dünyaya göz açmamışdan,
Küsüb-barışırdın xəyallarımda.
Sən gəldin ömrümün
qarlı qışında,
Ruhumda ehtiras, ürəyimdə qəm.
Cənnət qapısının elçi daşında,
Hazırdım min il də səni gözləyəm.
O nəydi?
Zülmətdən gün çıxdı birdən,
Nə qədər ecazkar göründü cahan!
Səni axtarırdım ömrüm boyu mən,
Söylə bəs hardaydın sən bu vaxtacan?
Nəbi Xəzri
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Virusa yoluxmuş şəxslərə ŞAD XƏBƏR
Azərbaycan əhalisinin sayı açıqlandı
İsraildə “Eurovision”a etiraz
Saçları 1 yaşlı uşağı milyonçu etdi
Ziyafət geyimləri
Azərbaycanlı idmançı erməni rəqibinə aman vermədi, qızıl medal qazandı
Stiven Siqal Rusiyada torpaq alacaq
Fahriye Evcen Türkiyənin ən bəxtəvər qadını seçildi - FOTO
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (3)
Jurnalistin ölümünə prezidentdən reaksiya
Qorxulu meşədən
“Şuşada son çay”ın müəllifi olan dünya şöhrətli fotoqraf: “O torpaqların azadlığını görmək arzum idi” - VİDEO
ABŞ-dan Qarabağ döyüşləri ilə bağlı açıqlama
"Microsoft" ucuz telefon nümayiş etdirib
Putin: Suriyanı Xəzərdən bombalayırıq
Hər gün fərqli fəaliyyətlə məşğul olan skeletlər
Şəxsiyyət vəsiqəsinin alınmasında YENİ QAYDA
Günün qoroskopu: Qənaətcil olun!
Test ləğvində köhnə nazirdən təzəyə dəstək
Bakıda pulsuz çimərliklər -SİYAHI
Mobil telefonların idxalı azaldıb
Zakir Həsənov döyüş helikopterlərini havaya qaldırdı
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanıldı - VİDEO
Tuba Büyüküstün "Firuze"də çəkilir- FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-46
Sevgi baş ağrısını azaldır
Putin: “Azərbaycan beynəlxalq hüquq baxımından öz torpaqlarını qaytarır”
Günün ulduz falı
Qışda şalı belə bağlayın - FOTO
ABŞ-ın beş prezidentinin qələbəsini öncədən xəbər vermiş professordan yeni PROQNOZ
Doğma övladları üçün darıxan torpaq – VİDEO
Azərbaycanlı gənclərdən İNANILMAZ KƏŞF - Boğulmaq qorxusunu unudun - VİDEO
“Emmy”yə namizəd olan ilin ən yaxşı seriallarının adı açıqlandı
Övliya kimdir?
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü gördü
17 asteroiddə su aşkarlandı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Beyninizin cinsiyyətini öyrənmək istəyirsiniz?
Bədənə görə şalvar seçimi
Bakıda qadın avtomobil ustası
"Yeşilçam" ulduzu yenidən xəstəxanaya yerləşdirildi - FOTO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
10 addımda yenilən
Pikassonun tablosu 6,9 milyon dollara satıldı-FOTO
Nənənin ada səyahəti
Bakıya niyə qar yağmır?
Messinin şərəfinə məşhur qəzet adını dəyişdi
Leyla Əliyeva poeziya gecəsində - FOTO
Eynəklər
Pendirli əncir salatı (foto-resept)