Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, dövlət başçısının xüsusi tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən, Şuşa şəhərində həyat əhəmiyyətli infrastrukturların, o cümlədən, içməli su təchizatı sistemlərinin bərpası işləri həyata keçirilir.
Bununla əlaqədar “Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup Şuşa şəhərinə və işğaldan azad olunmuş digər rayonlara ezam olunublar. Mütəxəssislər tərəfindən su mənbələri, magistral xətlər, anbarlar və paylayıcı şəbəkələrin mövcud vəziyyəti araşdırılıb.
Qeyd edək ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhərə içməli suyun verilməsi tam dayanmışdı. Belə ki, düşmən tərəf şəhəri tərk edərkən Şuşanı içməli su ilə təmin edən magistral su kəmərini də sıradan çıxarmışdı. Yaranmış içməli su probleminin həlli məqsədilə “Azərsu” ASC-nin mütəxəssisləri Şuşa şəhərində araşdırma işlərinə başlayıb.
İlkin olaraq Daşaltı kəndinin içməli su təchizatı sistemi araşdırılıb. Aparılan təftiş işləri nəticəsində su təchizatı sistemində baş vermiş qəzalar aradan qaldırılıb və 12 noyabr 2020-ci il tarixində kəndə suyun verilişi təmin edilib. Eyni zamanda, Şuşa şəhərini müvəqqəti olaraq maşınlarla su ilə təmin etmək üçün Daşaltı kəndində sudoldurucu məntəqə yaradılıb.
Bununla paralel olaraq Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə diametri 325 mm olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin texniki vəziyyəti təftiş olunub. Məlum olub ki, hərbi əməliyyatlar zamanı mərmi partlayışları nəticəsində şəhəri içməli su ilə təmin edən 9,4 km uzunluğunda polad borulardan ibarət magistral su kəməri üzərində 12 nöqtədə böyük qəzalar aşkarlanıb
Qəzaların qısa müddətdə aradan qaldırılması üçün lazım olan texniki avadanlıq və mal-material tələbatı müəyyən edilib, həmçinin “Azərsu” ASC tərəfindən əlavə mühəndis-mütəxəssis heyəti, qəza-bərpa briqadası Şuşa şəhərinə ezam edilib.
Qəza-bərpa işlərinə cəlb olunmuş texnikaların maneəsiz hərəkəti üçün kəmərin marşrutu boyu mümkün olan yerlərdə istismar yolu salınıb, texnikaların hərəkətinin mümkün olmadığı yerlərə isə mal-materiallar əllə daşınaraq təmir işlərinə başlanılıb.
Mürəkkəb relyefə malik ərazidə, meşə və dağ şəraitində magistral su kəmərinin qəzalı hissələri təmir edilib və 25 noyabr 2020-ci il tarixində Şuşa şəhərinə suyun verilişi təmin olunub.
Şuşa şəhərinə ezam edilmiş “Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli şəhərdə görülən işlər barədə məlumat verərək bildirib ki, hazırda mərmi partlayışları səbəbindən Şuşa şəhərinin daxili paylayıcı şəbəkəsinin qəzalı vəziyyətə düşmüş hissələri hazırda təmir edilir, şəbəkədə hidravliki tənzimləmə işləri aparılır. Görülmüş işlər nəticəsində Şuşa şəhərinin böyük bir hissəsi içməli su ilə təmin olunub.
Relyef baxımından yüksəklikdə yerləşən əraziləri su ilə təmin edən nasosları işə salmaq üçün isə anbar kompleksində generator quraşdırılacaq.
Ötən müddətdə magistral kəmərin təmiri ilə yanaşı, Kiçik Kirs dağının ətəyində dəniz səviyyəsindən 1580 m yüksəklikdə yerləşən suqəbuledici qurğuda da müvafiq işlər görülüb və mənbədən şəhərə verilən suyun həcmi artırılıb.
“Azərsu” ASC tərəfindən Şuşa şəhərini içməli su ilə təmin edən digər mənbənin və magistral kəmərin bərpası istiqamətində tədbirlərin görülməsi də nəzərdə tutulur.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Hava haqqında
NATO Putinə xəbərdarlıq etdi
Hər növ saç düzümü
Sensasiyalı açıqlama: xanımlar, sizi belə aldadırlar
Möhtəşəm ziyafət ayaqqabıları
Azərbaycanda internet xidmətlərinin qiymətlərinin aşağı salınması planlaşdırılır
Tuba Büyüküstün "Firuze"də çəkilir- FOTO
Sevdiyinizlə nə qədər uyğunsunuz?
Dünyanın bir nömrəli şahmatçısı Azərbaycana gələcək
Cırıq qaloşlar muzeyə qoyuldu
Prezidentin köməkçisi ictimai nəqliyyatdan istifadə edir - AÇIQLAMA
Azərbaycanın qədim qalası və karvansarayı ilə bağlı yeni faktlar aşkarlandı
Ərdoğan: “Qara dənizdə Türkiyə tarixində ən böyük təbii qaz yatağı kəşf edildi” - VİDEO
Kirpiklərin oxdur,qaşın kamandır
Fiziki şəxslərin əmək müqaviləsi olmadan işə götürülməsinə görə cərimələr artırıldı
Amerikalı alimdən şok proqnoz:-"Postpandemiya dövründə..."
Həftəsonları hansı taksilərin fəaliyyətinə icazə veriləcəyi açıqlandı
400 illik sirr açıldı - “Mona Liza” ilə bağlı sensasiyalı iddia
İtaliya mətbəxindən "Şokoladlı Tiramisu" (foto resept)
Qeyri-adi estetik əməliyyatlar
Səudiyyə qərarını açıqladı, neftin qiyməti düşdü
Bu cür şəkillər hələ görmədiniz
HAVA necə olacaq?
Arzularını gerçəkləşdirən yaşlılar
Qurban Yetirmişlidən zəlzələ açıqlaması
Dünya bu xəbərlə sevindi
Bakıda 60 min manata "yolka" satılır - VİDEO
Aleyna bu rəqsi ilə gündəm oldu -FOTO
Ayaqqabı üzərində necə yeriməliyik?
Lindsi Lohan AÇIQLAMA Verdi
"Bal barmaq" (foto resept)
Geyim tərzinizi özünüz seçin
Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı - RƏSMİ
Hava isinir
12,6 milyard dollara nəhəng gəmi tikildi
Professor virusdan qorunmağın ən etibarlı və ən etibarsız yollarını açıqladı
İtaliya sahillərində faciə: 300 nəfər öldü
Tarkandan "Atalar günü"nə özəl paylaşım-FOTO
Erməni mafiozunu ABŞ-da 100 illik həbs gözləyir
Yenicə ana olmuş xanımlara məsləhətlər
"Fənərbağça"nın oyunçusu "Dinamo"nun baş məşqçisi oldu
Balıq küftəsi (foto resept)
Britaniyalı sarışınları saç boyalarından məhrum edə bilərlər
İlham Əliyevin “Nikkei”yə müsahibəsi ən çox oxunan məqalə oldu
Qış günü yaz havası olacaq
Ermənistan Kürə zəhər axıdır
Sarımsaqlı saç maskası
Bu xəstəliklər sürətlə yayılacaq - DÜNYA TƏHLÜKƏDƏ
Saç soyuqdəyməsi necə müalicə edilir?
İdman etdikdən sonra əzələ ağrısı çəkməmək üçün...














