
Cəmi 15 dəqiqəyə arıqlamaq, zərif vücuda malik olmaq izafi çəkidən qurtulmaq mümkündürmü? Fitnes jurnalları, telekanallardakı proqramlar, mediadakı ekspertlər and-aman edirlər ki, bəli, mümkündür.
Bunun üçün xüsusi təmrinlər kompleksləri, dərman preparatları, vasitələr də satılır.
"Arıqlamaq biznesi" artıq on milyardlarla dolların dövr etdiyi çox gəlirli sahəyə çevrilib.
Çoxsaylı ekspertlər də israrla bəyan edirlər ki, çox qısa müddətə arıqlamaq realdır: sadəcə, bunun üçün xüsusi təmrinlər yerinə yetirilməli, preparatlardan istifadə olunmalı, pəhriz saxlanmalıdır və s.
Fəqət, bütün bu iddiaların yalan olduğu bildirilir.
Milli.Az The Huffington Post-a istinadən bildirir ki, düynanın ən məşhur fitnes təlimatçı-ekspretlərindən biri, avstraliyalı Melani Ventura "qısa müddətdə arıqlamaq kurs"larının, xüsusilə də "Əvvəllər belə idi, indi belə oldu" tipli fotoların yalan olduğunu yazıb.
Melani Ventura bloqunda bildirib ki, izafi çəkidən qurtulmaqla bağlı "dramatik dəyişikllikər"dən bəhs edən fotoları cəmi bir neçə dəqiqəyə çəkmək olar.
"Əsas məsələ fotonun çəkildiyi zamanı işıq-kölgə münasibətlərini yaxşı bilmək, habelə bədəni daha arıq göstərən geyim seçməkdir. Başqa fəndlər da var", - Ventura yazıb.
Ventura sözlərini çəkdiyi fotoları müşayiət edib.
İki fotonun çəkildiyi vaxt arasında cəmi 15 dəqiqəlik fasilə var.
Qadının ilk fotosundakı vücudu ilə ikinci fotodakı görkəmi arasında ciddi fərq var: ikinci fotoda qadın daha arıq görünür.
Halbuki qadın arıqlamayıb: Ventura onu daha arıq göstərmək üçün bəhs etdiyi fəndlərdən yararlanıb.
"İlk foto yaxşı səhər yeməyindən sonra çəkilib. Həmin fotoda əməlli-başlı qarnım var. Bədənim daha böyük görünsün deyə, al qırmızı bikinidəyəm. Üzümün ətli görünməsi üçün saçlarımı arxadan yığmışam.
İkinci fotoda bikininin aşağısını qara rəngdə seçdim, üstəlik süni "qaralma" kremindən yararlandım.
Saçlarımı açdım, dikdaban ayaqqabı geyindim. Daha sonra Adobe Photoshop-da fotonu xüsusi manipulyasiya filtrlərindən keçirdim. Bu minvalla daha arıq göründüm.
Fitnes və "arıqlama kursları"nın reklamlarının hamısında belə fəndlərdən yararlanırlar. Sürətlə arıqlamaqla bağlı jurnallarda, telekanallarda və İnstagram-da yayılan fotolara inanmağa dəyməz", - Ventura yazıb.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Güclü zəlzələ Sakit okeanın sükutunu pozdu
Kişilər və pişiklər
Boşanmadan sonra səmimi görüntüləri yayıldı-FOTO
İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi”
Arılar zamanı geri qaytara bilirlərmi?
HAVA necə olacaq?- 29 APREL
İlk zəng
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ
“Space” kanalı cəzalandırıldı: Yayımı üç saat dayandırılacaq
Suda işləyən dünyanın ilk oyun noutbuku - FOTO
"Fantaziya" tortu (foto resept)
Qızların beyni daha tez inkişaf edir?
Heyva mürəbbəsi (foto-resept)
Ramazanın 18-ci gününün duası
Azərbaycanda orduya çağırışla bağlı yeni tapşırıqlar verildi
Saakaşvili ağladı
Cool olmaq əslində nə deməkdir?
Ərdoğan Aya-Sofya məbədini ziyarət edib - FOTO
Son halı sevənlərini heyrətləndirdi- FOTO
Şadlıq sarayları artıq müflisləşməklə üz-üzədir - VİDEO
Yer kürəsi həqiqətən düzdür?
Daha 517 nəfərdə koronavirus aşkarlandı - 7 xəstə öldü
Ayaqqabı almadan əvvəl bunları bilməlisiniz!
Virusların yayılmasını azaldan yeni fakt ortaya çıxdı
Xərçəng xəstələrinə ümid verən xəbər
DİM abituriyentlərə daha bir şans verdi
Ordu döyüş vəziyyətində
Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur
Məhəmməd Hadinin büstünün altında cəsədinin qalıqları tapılmayıb
Cəbhə xəttində təxribat
Kate Moss Cazelle ayaqqabı reklamında
Azərbaycanda ali məktəblərdə yenilik: Harvarda tay olacaqlar
Enerji içkilərini içdikdən sonra bədəndə NƏ BAŞ VERİR?
Ürək keksi (foto-resept)
Qubada Qanlı dərə qurbanları anıldı
HAVA necə olacaq?- 21 fevral
7 yaşlı azərbaycanlı "Brüs Li" - Bacarığı ilə görənləri heyrətləndirir
Bürclərə görə bənzərliklər - Xanımların diqqətinə
DİN-dən metro istifadəçilərinə XƏBƏRDARLIQ - FOTO
Leyla Əliyeva "Bahar sevincləri" sərgisində-FOTO
“Acunun təklifini qəbul etmədiyim üçün peşmanam” - Sərdar Ortaç
Qatlanan displeyli smartfonlar satılacaq
Azərbaycanda qadın pilotlar hazırlanacaq
Yaponiyada güclü zəlzələ oldu
Aysel Teymurzadə həyat yoldaşını təbrik etdi!
Misir piramidalarındakı sirlər
Pelenin halı pisləşdi
Prezident işğaldan azad olunmuş ərazidə dövlət bayrağını ucaltdı - VİDEO
Çinli cərrah meyvələri əməliyyat etdi - VİDEO
Saçınızı yuduqdan sonra çayla yaxalayın ki ...















- ŞƏRHLƏR