Uzun illər Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin özəl həkimi işləyən daxili xəstəliklər üzrə
mütəxəssis, professor və yazıçı Osman Müftüoğlu yeni tip koronavirusa qarşı görülən tədbirlər çərçivəsində doğru hesab edilən yanlışların siyahısını hazırlayıb.
Qadin.Net publika.az-a istinadən həmin siyahını təqdim edir:
1. Bol sarımsaq və soğan yemək
Bəli, soğan, sarımsaq kükürd və alisin ilə zəngin acı, büzücü özəllikləri olan təbii dərmanlardır, amma koronavirusdan qorunma kimi ciddi bir işi sadəcə onların üzərinə yükləməklə həll etmək yanlışdır. Hələ hər gün 4-5 diş sarımsaq, 2-3 soğanı çiy-çiy yemək mədəyə və ictimai münasibətlərə xəyanət sayılır! Xəstəsinizsə, koronavirusa yoluxmusunuzsa, o zaman ikisini də rahatlıqla yeyin. Bunun sayəsində qoxunuzdan xoşlanmayanlar sizdən kənar gəzərlər, nəticədə virus daha az yayılar.
Məsələ budur: lazımi, balanslı, çeşidli qidalanmaq və bol tərəvəz, meyvə, protein qəbul etmək.
2. Turşuya yüklənmək
Turşuların, xüsusilə, kələm, xiyar, sarımsaq və soğanı bol olan turşu ziyafətinin probiotik zənginlik sayəsində immun sistemini gücləndirdiyi doğrudur. Lakin bu təbii qüvvənin insanı koronavirusdan sığortalamağı çətin məsələdir.
Turşu yeyərkən bir az da mədənizi düşünün.
3. Spirtli içki virusu öldürür
Doğrudur! 60% və ondan yüksək miqdarda tərkibində spirt olan hər növ əl təmizləyicisi virusları anında yox edər. Lakin bu, sadəcə əl təmizliyində keçərlidir. Əlləri təmizləyərək deyil, spirtli içki qəbul etməklə virusları öldürməyi düşünmək son dərəcə risklidir.
Mövzu virus infeksiyasıdırsa, spirtli içkidən uzaq durun!
4. Sirkə qarqarası yaxşıdır
Duzlu su ilə qarqara ola bilər, amma xlor dioksidi əlavə edilmiş, ya da sirkə ilə qarqara qətiyyən olmaz! Nizamlı və tez-tez etdiyiniz təbii qarqaralar mexaniki təmizləmə yolu ilə işə yarayacaq.
5. Tez-tez su içmək faydalıdır
Nizamlı şəkildə su içmək məqbul və yerində tövsiyədir. Amma məsələ koronavirusdan qorunmaqdırsa, işə yaramaz.
Tövsiyəm budur: Tez-tez ilıq su için, amma bunu virusları su ilə mədəyə yollayıb mədə turşusu ilə öldürmək üçün yox, susuz qalmayıb immun sisteminə dəstək olmaq üçün edin.
6. Gümüş suyu (kolloidal) virusu yox edər
Bu, bir Amerika əfsanəsidir. Kolloidal gümüş mayesi içməyin ciddi toksiki təsiri ola bilər. Böyrəklərə və cildə zərər verə bilər.
7. İsti içkilər içmək lazımdır
Koronavirus istidən, yəni yüksək temperaturdan xoşlanmır. Kəskin isti içkilər ağız-boğaz bölgəsini yandıraraq qoruyucu epitel təbəqəsini və qabaqlayıcı immunitet epidemiyalarını zədələyir. Qısası, nə isti su, nə də isti bitki çayları içmək virusun vecinə deyil. Əksinə, onların keyfini artıra bilər.
İsti sudan mütləq faydalanmaq istəyirsinizsə, tövsiyəm budur: dəsmal və yataq örtüklərini 60 dərəcə və ondan isti su ilə yuyun.
8. Kəllə-paça şorbası virusa qalib gələr
Bu, tam bir sayıqlama və yanlışı yanlışla cilalama tövsiyəsidir. Kəllə-paça, toyuq bulyonu, pomidor və balqabaq şorbası olmasının fərqi yoxdur. Şorbaların hər birinin faydası var. Lakin şəfa məsələsində əsla və əsla dərman niyyətilə istifadə etmək olmaz.
9. Maska taxmaq kifayətdir
Xeyr! Kifayət deyil. Maska sizi virusa yoluxmaqdan qorumaz. Xəstəsinizsə, virusu başqalarına yoluxdurmanızın qarşısını ala bilər. Maskaya yox, əl təmizliyinə güvənin.
10. Əl dezinfeksiyaediciləri problemi həll edər
Daha bir mühüm yanlışlıq budur. Televiziyada reklamları verilən və “bakteriyalardan qoruyur” şüarı ilə bazara çıxarılan antiseptik, dezinfeksiyaedici və mikroböldürücülərin əllərinizi sabun-su təmizliyindən daha çox qoruya biləcəyinə ümid etməyin.
Təkrarlayaq: əllərinizi tez-tez bol isti su və sabunla yuyun.
BONUS
Virusdan daha təhlükəli bir epidemiya var: dedi-qodu
Koronavirusdan qorunmaq üçün sonsuz sayda tədbirlər var. Xüsusilə, şəxsi gigiyena və təmizlik bu virusdan qorunmada işə yarayır. Qısası, dedi-qodu, yanlış, əsassız məlumat yaymaq virusdan daha risklidir.
Məlumat üçün xatırladaq ki, azərbaycanlı professor Rəşid Mahmudov verilişlərin birində koronavirusdan qorunmaq üçün kəllə-paça, soğan, sarımsaq yeməyi, burun və qulağa hidrogen peroksid (perekis) tökməyi məsləhət görmüşdü
XƏBƏR LENTİ
Eyni yaşda olan məşhurlar
Çətin ləkələri təmizləmək üçün 8 sadə üsul
Burcu Esmersoy hər kəsi HEYRƏTLƏNDİRDİ-SƏBƏB
Gözəl saçlar üçün 23 hörük modeli
Sıla kökəldi-FOTO
İlin ən yaxşı müğənniləri onlar oldu-SİYAHI
Düşmən geri çəkilməyə məcbur edilir, xeyli itki verir - RƏSMİ
Xəzərdə zəlzələ olub
Cəbrayıl və Füzulisiz 27 il...
"Aşk-ı Memnu"nun Bülenti illər sonra-FOTO
Müdafiə Nazirliyindən müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə MÜRACİƏT
Bu günün hava proqnozu
Bakının əsas piyada keçidlərindən biri bağlanıb
Sağlam beyin üçün 4 qayda
"İqtisadi imkanların genişlənməsi güclü sosial siyasətlə tamamlanır"
Qızıl kəskin ucuzlaşdı
Nar arıqlamağa kömək edirmi?
Çingizdən bir ilk - Dünyada 25-cidir-VİDEO
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Ebru Gündeşin qızı anasına bənzərliyi ilə diqqət çəkdi-FOTO
Yunis Hüseynov Ebola virusuna qarşı peyvənd ediləcək
Sami Yusuf Azərbaycana həsr etdiyi növbəti mahnısını təqdim etdi - VİDEO
Duz lampası nədir, faydaları nələrdir?
Qaçqınlar təhlükə altında qalıb
Koronavirusa yoluxan 91 yaşlı şəxs SAДћALDI
Xocalıdan Xankəndi istiqamətində hərəkət edən düşmən texnikası məhv edildi - RƏSMİ
Uşaqla birlikdə "böyüyən" paltar yaradıldı
Prezident Olimpiya Tədris-İdman Mərkəzində
Futbolda yeni qayda
Tez arıqlamağa kömək edən 3 idman hərəkəti
Tanış olun: 3 yaşlı taekvondçu qız
Sobada balonda kabab (foto resept)
Erməni deputat: "Xocalı qətliamını törədənləri lənətləyirəm"
Məşhur aktrisa ikinci dəfə ana oldu
Burcu Çetinkaya BOŞANDI-FOTO
Hava haqqında
SOS: toyuq ətindən ölə bilərsiniz
Bu ayaqqabılar satış rekordu qırır - FOTO
"Şəkərbura" (foto-resept)
COVID-19-a təkrar yoluxmanın başlıca səbəbi
Azad söz( 2 -ci hissə)
Günün ulduz falı
Nəhəng almaz 63 milyon ABŞ dollara satıldı
İlham Əliyev: “Laçın dəhlizi şəhərdən keçməyəcək, yeni yol inşa ediləcək”
Yerli TV və radiolar yayımlarını dayandıracaq-SƏBƏB
"Gözü yaşlı Xocalım"
Uzunömürlü olmaq istəyirsinizsə...
Məşhur Bloger Həbs Olundu-SƏBƏB/FOTO
Azərbaycanda güclü istilər olacaq
Zakir Həsənov Qarabağdan danışdı