Başınızı, ən əsası isə - qəlbinizi itirməyin.
Buğa - əlçatmaz bir arzuya doğru inamla qaçırsınız. Hətta bilirsiniz ki, nə qədər barmaqlarınız üstə dayanmağa çalışsanız da, indi istədiyinizə toxunmaq belə mümkün deyil. Amma bu, sizin inadınızı qırmır. Sevdiyiniz adamlara inanın. Bu gün məhz siz münasibətləri tənzimləyirsiniz. Son zamanlar fikir ayrılığı səbəbindən aranızın soyuduğu insanlarla da münasibətləri düzəltməyə nail olacaqsınız.
Əkizlər - sakit gündür. Heç bir improvizə etmədən əvvəlcədən hazırladıqları plan üzrə hərəkət edənlər üçün çox məhsuldar olacaq. İntuisiya səhvə aparır, yelbeyinlik və xudpəsəndlik düzəldilməsi çətin şəraitlər yaradır. Pulla bağlı sövdələşmələr aparmağa dəyməz.
Xərçəng - sizin soyuqqanlı ağlınız emosiyalarınızın üzə çıxmasına əngəl olacaq. Əlbəttə, başqa vaxt bu, əla olardı. Amma indi heç yerinə düşmür, çünki xeyli əyləncə və xoş təəssüratdan qala bilərsiniz. Azca sərbəst olun, peşman olmazsız. Bu gün xəsislik eləməyin, yoxsa yaxşı fürsətləri əldən qaçıra bilərsiniz. Yeri gəlmişkən, bu gün işgüzarlığınız döyüş hazırlığı vəziyyətindədir, istifadə edin.
Şir - bu gün çoxlu danışıqlar və müzakirələrlə yadda qalacaq. Əksəriyyət çətin sualların cavabını axtarmağa çalışır. Hətta ən düzgün insanlar bu gün azca da olsa, hiyləgərlik işlətməyə çalışacaqlar. Günün ikinci yarısı isə məsuliyyət hissi itəcək. Səfərə, özü də təklikdə, çıxmayın.
Qız - başınız özünüzə elə qarışıb ki, başqalarının problemlərini görmürsünüz. Eyni zamanda bu, başqalarında sizin eqoist olduğunuz qənaətini yaratmayacaq. Təhlükə başqa yerdən gəlir. Sizə yarınmağa çalışanların, etimadınızı qazanmaq istəyənlərin əsl məqsədi nədir? Bax bu barədə düşünməyə dəyər. Dilinizi dinc saxlamağa çalışın, sərt zarafatlarınız kimisə əyləndirə bilər, amma onları eşidənlər arasında qəlbi qırılanların sayı daha çox olacaq.
Tərəzi - babat gündür, dözmək olar. Hərdən narahatlıq keçirəcəksiniz, amma bunların heç biri ciddi səbəbdən qaynaqlanmır. Planlaşdırdıqlarınızın öhdəsindən asanlıqla gələcəksiniz. Məlahətiniz ətrafdakıların gözünü qamaşdırır. Münasibətlərinizdə diqqətli olun, bugünkü seçiminiz çox yanlış ola bilər. Köhnə dostlarınızı unutmayın. Onlar çətin anda sizi dəstəkləyəcək və darıxmağa qoymayacaqlar.
Əqrəb - çox şey istəyirsiniz. Amma nəyə daha çox can atsanız, onu da əldə edəcəksiniz. Gözlənilmədən müttəfiqləriniz peyda olacaq, başqalarının təcrübələrinə güvənin, yalnız öyrənmək xatirinə səhv etmək lazım deyil. Şəxsi zəmində xoşagəlməzliklər, sarsıntılar ola bilər. Tanımadığınız və məqsədləri qaranlıq olan adamların işlərinizə burun soxmasına izin verməyin.
Oxatan - bu günə çox ümid olmayın. O, xoş keçsə də, həyatınızda nəyisə köklü surətdə dəyişməyə qadir deyil. Boş xəyallar qurmayın. Səyahətə çıxmaq, imicinizdə, interyerinizdə nəyisə dəyişmək də kefinizi açmayacaq. Bilirsiniz niyə? - Çünki bütün bunlar özünüzdən, hisslərinizdən qaçmağınız üçün bir səbəbdir. Çox özünüzə qapılmayın. Ancaq düşünüb-daşınmağa dəyər.
Oğlaq - uğura arxayın olmayın, bu gün hər şeyi öz zəhmətiniz və inadınız bahasına əldə edəcəksiniz. Rəhbərliklə, rəsmilərlə münaqişəniz ola bilər. Siz çox sərbəstsiz, hərdən dözülməz dərəcədə. Çoxları isə bunu intizamsızlıq, yelbeyinlik, məsuliyyətsizlik kimi qəbul edir. Bu gün investisiya yatırmağa dəyməz, ziyana düşərsiniz. Yaxınlarınıza diqqət ayırın. Bir az romantik olun, gəzintiyə çıxın. Bir çox.Oğlaqlar bu gün hisslərini etiraf etməkdə çox cəsarətli olacaqlar. Əla! Peşman olmayacaqsınız.
Dolça - düşünməyin ki, bütün dünya sizin əleyhinizə qalxıb. Tezliklə hər şey düzələcək. Maliyyə işlərində ehtiyatlı olun. Sizin üçün vacib olan layihələrin taleyini tanımadığınız insanlara həvalə etməyin. Nüfuzlu şəxslərdən kömək gözləməyin. Təəssüf ki, şəxsi həyatınızda da çətinliklər var.Xüsusilə gənc Dolçalar üçün. Bunun bircə çıxış yolu var - olanları yaxşıca analiz etmək.
Balıqlar - çox ləngsiniz. Əslində, bu, elə də pis deyil, sadəcə, ətrafınızdakılar sizi daim tələsdirməyə çalışacaqlar. Hər şeyi zarafata çevirsəniz də, səbrinizin tükənməsi ehtimalı var. Unutmayın ki, bu gün bitəcək. Pis davrandığınız insanlar isə yanınızda qalsalar da, qəlbləri qırılacaq. Odur ki, əsəblərinizi cilovlayın.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Anadangəlmə üzü olmayan uşaq əməliyyat olundu-FOTO
Çox düşünmə xəstəliyi
Tehranda hotellərin QİYMƏTLƏRİ
Facebook-da daha bir yenilik
Çindən şad xəbər gəldi: 4 günə sağaldır - Koronavirusun yeni dərmanı
“Skype”da rus dilinə tərcümə funksiyası yaradıldı
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
95 yaşlı qazi koronavirusa qalib gəldi
"Baku World Challenge" yarışında iştirak edəcək avtomobillər nümayiş etdirilib
Xəyanət edən kişilərdə müşahidə edilən davranışlar
Oskar - 2012
Bakıdakı toz-dumanı nə vaxtadək davam edəcək? - AÇIQLAMA
Azərbaycanda xarici pasportların verilməsində yenilik
Tuba da “Netflix”lə müqavilə bağladı
Selelüti yox edən şalvar
Günün qoroskopu: ünsiyyət üçün əla gündür
Alma piroqu (foto resept)
Sezonun trendi: XXL köynəklər
2018 gəlinlik kolleksiyası
Alimlər pendirin faydasını sübut etdilər
Qat-qat xəmirli sarmal kökələr (foto resept)
Dırnaqlarda yeni trend - "Kürü manikür"
Xərçəng xəstəsinin arzusu xəstəxanada REALLAŞDI
Çində uşaq bağçasında oynanılan oyun hər kəsi heyrətə gətirdi - VİDEO
Xarço-Gürcü mətbəxi (foto resept)
"Whatsapp" bizə nə hazırlayır?
Etirafım
Koronavirusla mübarizə üçün ən effektiv çay
Təbii yol ilə kirpik uzatma maskası
Gül kələmli alfredo (foto resept)
"WhatsApp" bombanı partlatdı
Uşaqların 1-ci sinfə hazırlığı ilə bağlı yeni qanun
"Timsah göz yaşları"
İki stəkan südün gücü
Azad olduğunuz çəkini geri qaytarmayın
Saçın tökülməsinə qarşı maska
Əlil və şəhid ailələrinə xoş xəbər
Nanə çayının faydaları
Başqasının göz yaşını əlinlə silmə
Avtobuslarla bağlı yeni qadağa
Martda çox isti olacaq
Müxtəlif ərzaq mallarının qarşılıqlı əvəz olunması
Dırnaqlardakı saralmanı aradan qaldıran üsullar
Lotereyada 273 milyon dollar uddu
Avropa Birliyinin həsəd aparılacaq Ermənistan sevgisi
Azərbaycan Ordusunun toplardan erməniləri atəşə tutması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA
Sağlam dırnaqlara sahib olaq
İŞİD Bağdada girdi: 1000 ölü
DİQQƏT! Ət satışı qadağan edildi
Rusiyada qız eyvandan insanlara pul səpdi - VİDEO














