Bir çox valideynlər əsasən 2 uşaq - qız və oğlan övladlarının olmağını arzu edir. Qadınlar adətən ilk övladını dünyaya gətirdikdən sonra doğuş zamanı yaşadıqları ağrı və stressi bir daha yaşamamaq üçün bir daha övlad dünyaya gətirməyəcəkləri qərarına gəlirlər. Lakin bir müddətdən sonra bu ağrılar yaddan çıxır və övladları üçün ya bacı, ya da qardaş dünyaya gətirmək barədə düşünməyə başlayırlar. Artıq "İkinci övladı dünyaya gətirmək lazımdırmı?" sualı onları düşündürmür. Sadəcə "Nə vaxt?" sualı düşündürür. Kişilər də çox zaman "Nə qədər tez olarsa, bir o qədər yaxşı olar" deyə düşünürlər. Fikirləşirlər ki, uşaqlar arasında nə qədər yaş fərqi az olsa, onlar o qədər daha yaxşı bir-birlərini anlayarlar. Lakin həkimlər qadının sağlamlığı baxımından bir neçə il gözləməsini məsləhət görürlər. Qonşular, qohumlar - hərə bir məsləhət verir.
Bəs onda kim haqlıdır? Gəlin bunu bir neçə sahədən araşdıraq.
Hər bir qadın üçün ana olmaq ən böyük arzu, ən böyük sevincdir. Lakin hamiləlik hər bir qadın üçün həm fiziki, həm psixoloji problemlər yaradır. Bədəndə hormonol dəyişikliklər baş verir. Sonra doğuş sancıları və s. Ancaq problem bununla da bitmir. Yuxusuz gecələr, fiziki yorğunluq, stress gənc anaların hamiləlikdən sonra yaşadıqları zamandır. İlk 1 il ərzində gənc analar 2-ci uşaq haqqında heç düşünmürlər. Uşaq bir az böyüyür və yeriməyə başlayır. Sonra uşaq bağçasına gedir. Və gənc analar bu zaman 2-ci uşaq barədə düşünməyə başlayırlar. Fikirləşirlər ki, artıq vaxtdır. Bir qadın üçün 2-ci hamiləlik zamanı 1-ci hamiləlikdən 3-4 il sonradır. Bu, həm fiziki, həm də psixoloji cəhətdən uyğundur. Qadınlar üçün bir pis cəhət odur ki, iş həyatını davam etdirə bilmir.
Qadın doğuş zamanı heç bir problem yaşamayıb və hamiləliyi normal keçibsə, fiziki və psixoloji olaraq 2-3 il sonra 2-ci uşaq üçün tam hazır olur. Qeysəriyyə əməliyyatı olan qadınlara isə həkimlər ən az 3 ildən sonra hamilə olmağı məsləhət görürlər. Çünki yeni uşaq dünyaya gətirən qadınnın uşaqlığı yalnız 3 ildən sonra 2-ci hamiləliyə hazır olur. Hamiləlik bu müddətdən tez baş verdikdə ya anada, ya da uşaqda problemlər baş verir. Həm də bu zaman 1-ci uşağı ana südü ilə qidalandırmaq olmaz. Ana südünün isə uşaqlar üçün nə qədər əhəmiyyətli olduğunu hər birimiz yaxşı bilirik.
Uşaq psixoloqunun rəyi
Uşaqlar əsasən bacı və qardaşlarını 4-5 yaşında qəbul etməyə başlayırlar. Çünki 4-5 yaşdan balaca uşaqlar özlərini anadan çox asılı vəziyyətdə hiss edir və onun bir parçası olduğunu hesab edirlər. Ancaq bu müddət ərzində uşaqlar anadan az da olsa uzaqlaşır və başqa bir uşaqla paylaşmağa qismən də olsa hazır olurlar. Və artıq həmsöhbət və oyunlar oynamaq üçün tərəfdar axtarmağa başlayırlar. Bir çox uşaqlara təklik bəzən çox çətin olur və özləri valideynlərindən bacı və ya qardaş istəməyə başlayırlar. 6-7 yaş fərqi o qədər də yaxşı hesab olunmur. Çünki 6-7 yaşda artıq uşaq məktəbə gedir və onun həyatında ciddi dəyişikliklər baş verir. Bu zaman bu yaşda uşağın anaya böyük ehtiyacı olur. Və bu zaman sizin vaxtınızı balaca uşaqla keçirməyiniz onun üçün çox çətin olacaq. Bu, sizdən asılı olan bir şey deyil. Çünki balaca uşaq daha çox diqqət tələb edəcək. Və siz vaxtınızın daha çox hissəsini ona həsr etmək məcburiyyətində qalacaqsınız. Bu, böyük uşağın dərslərinin geriləməsinə də səbəb ola bilər. 2-3 yaş fərqi olan uşaqlar bir yerdə oynaya bilir və bir-birini daha yaxşı başa düşürlər.
Deməli, 1-2 və 6-7 yaş fərqi məqsədəuyğun deyil.
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR