Uşaqlarda yetkinlik dövrü
Əziz xanımlar, xüsusən də analar! Yeniyetməlik dövrü elə bir dövrdür ki, bunu bütün gənclər keçir. Bəs bu dövrdə uşaqlarla necə ünsiyyət quraq ki, onları başa düşə bilək. Və onlar bizi doğru anlasın. Əsas olaraq söyləsək, yetkinlik çağındakı çılğınlıqlar təbiidir və hətta olması lazımlı dəyişmələrdir. Bunları anlamamaq, ya da maneə törətməyə çalışmaq da səhvdir, tamamilə boş buraxıb sadəcə olanları izləmək də səhvdir. Öz yetkinlik dövrümüzü də xatırlayıb uşağımıza rəhbərlik etməmiz lazımdır. Təbii bütün bunları doğru etdiyimizi fərz etsək belə, bu dəyişmə dövrünün sonunda necə bir adamın ortaya çıxacağının zəmanəti də yoxdur. Allahın təqdiridir.
On beş yaş və bundan yuxarı yaş qurupundan başlayaraq uşaqlarda yeni bir dövr başlayır. Bu dövr hər uşaqda və ailədə eyni başlayıb , sona çatmır. Bir məşhur ifadə formasıyla "gəncləri anlamaq" (ya da anlamamaq), babalarımız zamanında bir problem idi, atalarımız zamanında da, indi də problem olaraq qalır. Yeniyetmə olmaq da çətin, yeniyetmə ana-atası olmaq da. Psixoloji baxımdan yetkinlik çağı təyin olunmuş olan şəxsiyyətin, cəmiyyətdə bir fərd olaraq, necə bir rolla, necə bir şəkildə var olacağının təyin olunduğu, yəni gəncin yetkin bir insan olaraq cəmiyyətdə öz adına var olmağa hazırlandığı bir dövrdür. Uşaqkən hər şeyi ailəsindən gözləyən, davamlı dəstəyə möhtac olan insanın, öz ayaqları üstündə dayanıb öz yolunu çəkə bilməsi üçün də, belə çətinlikli bir dəyişmə dövrü keçirməsi qaçınılmazdır. Bu da onu göstərir ki, gəncin özünə xas bir yol çəkməsi, ailənin şikayət etmək yerinə istəməsi lazım olan bir şeydir əslində. Bu isə demək olar ki, ən böyük problemdir.. Valideynlər, uşağının hələ o köhnə dinc, ana quzusu halının davamını istəsə, dəyişməyə qarşı müqavimət göstərsə, bu dövr asan keçilə bilməz. Hətta bəzən iyirmi və yuxarı yaşlara qədər gecikər. Yoxsa iyirmi beş yaşında belə hələ də dizinizin dibində dayanan, hər məsuliyyəti sizə yıxan bir uşağınızmı olsun istəyirsiniz?
Akif Əhmədov
Ailə tərbiyəsində atanın rolu
Ailə kiçik bir dövlətdir. Bu dövlətin qüdrətli, firavanlıq və asayiş içərisində mövcud olması onun liderlərindən – ata və anadan asılıdır. Valideynlər necədirsə, övladları da elə olacaqdır. Əgər onlar özlərinə, şəcərələrinə layiq övladlar istəyirlərsə, o zaman özləri də belə ata-ana olmalıdırlar. Hər bir kəs hələ övladı dünyaya göz açmamışdan bunları fikirləşməlidir, özü övladı üçün nümunə olmalıdır. Bu mənada deyə bilərik ki, əslində, ailə tərbiyəsi övlad dünyaya gəlməzdən əvvəl başlayır. Odur ki, valideynlər övladlarının hər zaman onlardan nümunə götürdüyünü hiss edərək davranış və əxlaqlarında həmişə diqqətli olmalıdırlar. Axı hər kəsin ailə şəcərəsi onun taleyində böyük rol oynayır.
Müşahidələr göstərir ki, həyat tərzi və əxlaq normalarını deməkdənsə, göstərmək daha təsirli olur. Hər səhər dişlərini fırçalayan, idman edən ata övladına sözün yaxşı mənasında nümunədir. Əksinə, özü siqaret çəkən atanın oğluna “siqaret çəkmə, sağlamlığın üçün ziyandır” deməsi səhranın ortasında qışqıran birinin səsi kimidir, özündən başqa heç kim onu eşitməyəcək. Oğul öz-özünə deyəcək ki, siqaret çəkmək səhhət üçün ziyanlıdırsa, bəs atam özü niyə bahalı-bahalı siqaretlər çəkir?
Amma atanın uşağına bir hissi öyrətməyə özündən başlamışsa, bu, daha təsirli və effektiv olacaqdır. Uşaq görmədiyini 100 dəfə eşitsə də, qəbul etməyəcəkdir. Çünki uşaqların ruhu, bütün hissiyyatı irsən ötürüldüyündən onlar valideynlərinin davranış və əməllərinə həssas olurlar. Bu vəsiləni qırmamaq üçün ancaq nümunəvi əməllər yaşatmaq lazımdır.
Belə bir nümunə göstərək: ata hər gün evə gecə 12-dən sonra gəlir. O gələndə ya uşaqlar yatmış olur, ya da ata özü gələn kimi yatır. Əgər belədirsə, nə vaxtsa onun oğlu da evə gec gəlsə, yola gətirmək çətin olacaq. Axi ailədə artıq pis nümunə var.
Bəzən uşaq səhv hərəkət etdikdə onu təhqir etmək, vurmaq olmaz. Hətta bəzi hallarda onun səhv hərəkət etməsi doğrunu seçməsinə kömək edir deyə hər səhvi də üzə vurmaq olmaz. Uşaqla ata arasında səmimiyyət olmalıdır. Ata ilə oğulun, eləcə də ailə üzvlərinin bir-birləri ilə öz aralarında qarşılıqlı məsuliyyət hissi, etimad və diqqət olmalıdır. Bəzən ailədə uşaq tərəfindən edilən kiçik səhvlər nəzərdən qaçırılsa da, yaxşı əməllərinin heç biri diqqətdən yayınmamalıdır. Özünün təqdir edilməsi övladın ailə qarşısındakı nüfuzunu formalaşdırır.
Övlad həyatda inamı atadan götürür, özünə atasını ideal seçir. Bu, övladın şəxsiyyət kimi formalaşmasında çox vacib faktordur. Biz övladlarımıza kişi olmağı öyrətməliyik. Bu, fiziki mənada, bioloji olaraq ağıla gələn haqq deyil. Bu, cəsarətli olmaq, əməklə məşğul olmaq, çörək qazanmaq, nəyisə qorumağı bacarmaq, sahiblik hissi deməkdir, gələcəyə hazırlanmaq deməkdir.
Heç havada dəstə vurub uçuşan durna qatarını seyr etmisinizmi: öndə ata durna, arxasınca da qatarın digər durnaları. Birdən o ata durnanı vursalar, nizam pozular. Bu, ailədə də belədir. Ata yerində olanda, sözün həqiqi mənasında, ailə üçün nümunə olanda bu ailə heç vaxt problemlə qarşılaşmır. Bu ailənin nizamı heç vaxt pozulmur.
***
İyirmili yaşlardan bəhs edəndə bilmirəm diqqətinizi çəkdimi, dünyada universitet gəncliyi ən tənbəl, ən məsuliyyətsiz vaxt olur.Təbii ki,bəzilərində. Halbuki eyni gəncləri ibtidai məktəb illərində belə xeyli dinc, tərbiyəli uşaqlar olaraq görürmüşük.Nədir bunun sirri sizcə? Məncə səbəbi açıq.Normalda məktəb dövründə bəzi yerlərə uşaqları qoymayanda,onları çox sıxanda,istəklərini nəzərə almayanda , yığılmış olan enerji və həvəslər,universitetdəki azadlıqla birlikdə birdən və balanssız şəkildə partlaya bilir. O yaşa qədər "dinc uşaq" mövqeyində yaşayan gənc anidən digər tərəfə keçir.Əgər belə balanssız oynamalar istəmirsək, yetkinlik dövründəki dəyişmələri güc tətbiq edərək anlamazlıqdan gəlmək yerinə, anlamağa və doğru istiqamətləndirməyə çalışmalıyıq.
Canlılar aləmində valideynlər-uşaq əlaqəsinin ölümə qədər davam etdiyi tək canlı, insandır. Çünki insan, yaradılış etibarilə acizdir, hər vaxt, hər yaşda şəfqətə möhtacdır.Övlad ya valideyni ilə xoş rəftar etməlidir.Ya da valideynin dediyi "Ya mənim dediyim kimi olarsan, ya da bu evdən çıxıb gedərsən" - fikri ilə razılaşmalıdır. Bir üçüncü yol olmalı deyilmi? Mütləq evdən qaçmasımı lazım? Əgər aradakı bağı biz məcbur edib uşağın qopmasına gətirib çıxarmazsaq, bəzi səhvlər etsə belə sonunda valideynləri ilə bir ortaq nöqtə tapacaq.
Ana-atanın əlbəttəki evdə sözü keçməlidir."Gənclərə daha çox azadlıq və seçmə haqqı" anlayışına yer verirsək bu o demək deyil ki,uşağı özbaşına buraxmaq,mütləq sərbəstlik vermək lazımdır.Əgər valideyn uşağa "Nə istəyirsən et" şəklində bezdirici sözünü deyirsə, bu əslində problemlərlə üzləşməkdən qaçışın bir başqa formasıdır. Ana-ata, vəzifəsini edəcək və evdə etibarlı olan qaydaları qoyaraq sözünü deyəcək. Madam ki, gənc hələ öz başına yaşayacaq imkanlara sahib deyil, valideynlərinin dəstəyinə bir ölçüdə möhtacdır, onun üçün qoyduğunuz qaydalarda onun da fikrini alın. Belə olduqca bir növ özünün qoyduğu qanuna qarşı gəlmək ona düz gəlməyəcək. Zorla nəyisə etdirməkdənsə xoşluqla daha yaxşı olar.
***
Kəmalə Məmmədova
İndiki zamanda övlad tərbiyə etmək çox çətindir. Şükürlər olsun övladlarım mənim və atalarının zəhmətini yerə vurmayıblar.Oğlum 11-ci sinifə qədər ipə-sapa yatmayıb. Məktəbə məcburu göndərmişəm.Əlavə dərslərə onu güclə göndərmişəm.Amma nə faydası oxumadı. Elə vaxt olurdu ki,evə əsəbi gəlirdi,söz-söhbət salırdı evdə. Mən isə bacardığım qədər onunla mülayim davranırdım.Həmişə çox pulu olsun istəyirdi.Qoysaydıq gedib fəhləlikdə edərdi. Ən çox istədiyi maşın idi. Çox sürətli idarə edirdi. Atası qorxduğundan ona maşın almırdı. Gecə hamı yatandan sonra atasının maşınını 2 dəfə qaçırdıb. Səhərə yaxın gəlirdi. Mən atasına deyəndə məndən küsürdü. Amma bizə kobud cavabı olmayıb.Sadəcə özünü ağıllı sayırdı.Əsəgərliyə gedənə qədər atasının hesabına geyinib keçinirdi.Əsgərlikdən sonra olduqca dəyişdi.”Kişilik məktəbi” ona çox şey öyrətmişdi. İndi şükürlər olsun ki,namaz qılır.İçkidən,siqaretdən,pis vərdişlərdən uzaqdır.Buna görə Tanrıya çox şükür edirəm. Mənim oğlumla münasibətim həmişə dostluq kimi olub.Ona olan inamım onu pis olmağa qoymadı.....
Yetkinlik dövründəki bu köklü dəyişmələr, ilk olaraq uşağın bədənindəki hormonsal dəyişikliklərlə başlar. 11-12 yaş ətrafında uşağın bədənində, hormon ifrazatlarında yeniliklər, fərqliləşmələr olduqca, bu dəyişmələr beyindəki davranış mərkəzlərini də təsir edərək köklü bir başqalaşmağa gətirib çıxarırlar. Bunların detalına girmək istəmirəm. Ancaq unudulmaması lazım olan budur ki, bu dəyişmələr ana-atadan əvvəl, gəncin özünü narahat edər. Bədənindəki, xüsusilə də hisslərindəki dəyişmə, ən əvvəl gənci narahat edər. "Mənə nə olur?" deyər çaşar. Amma dəyişmələrlə öz-özünə baş etmək istər və çox da həvəslə kömək istəməz. Həm onun bu qürurunu anlayışla qarşılamaq və həm də ona rəhbərlik etmək, gərəyində işıqlandırmaq, valideynlərin diqqət yetirməsi lazım olan həssas bir tarazlıqdır.
Bu dövrdən etibarən valideynlərin uşaqları məlumatlandırması, bunun üçün də aralarında, qız uşaqları ilə ananın, oğlanları ilə də atanın daha çox maraqlanması tövsiyə edilər. Atanın qızlarına, ananın oğullarına qarşı araya bir az məsafə qoymasında fayda vardır. Əks halda xüsusilə oğlan uşaqlarının "böyük adam oldum, ana quzusu deyiləm artıq, anam mənim üstümə düşməyi buraxsın" deməsi və ya qızların atanın həddindən artıq marağından narahat olması mümkündür.
Təbii, hələ şəkilsiz bir xəmir kimi olan bu dövrdəki şəxsiyyətin bir şəklə girməsi üçün bir də qəlib lazımdır. O qəlib də "ideallar"dir. Yəni gənc, özünə xarici dünyadan təqlid ediləcək "mükəmməl" nümunələr tapar. Daha əvvəllər bu ideallar ana-ata ikən, artıq xarici dünyadan nümunələr axtarılar. Bu bir müəllim də ola bilər, bir idmançı və ya bir siyasətçi də. Və onlara bənzəməyə çalışar. Ayrıca özünə bir məqsəd, hədəfi tapmağa çalışar. Peşə seçimi də bu nöqtədə dövrəyə girər. . Onunla bu mövzularda söhbət etmək və qabiliyyətlərinə görə (amma məcbur etmədən, yalnız tövsiyələrlə) istiqamətləndirmək çox faydalı olacaq.
***
Pərvanə Əliyeva
Oğlum 8-ci sinifdə oxuyur.Dərslərini yaxşı oxuyur,müəlimləri ondan çox razıdır.Çox tərbiyəlidir.İndi bütün yeniyetmələr kimi mənim də oğlum yetkinlik dövrünü yaşayır.Hiss edirəm ki, əsəbi olub. Arada məni dinləmədiyi vaxtlarda olur. Bir sözümü iki edir.Bəzən üzərinə qışqıranda cavab qaytarır.Sonra peşman olub üzr istəyir.Üzümdən öpüb könlümü alır.Fikirləşirəm ki,bu normaldır.Bütün bu yaşda uşaqlar keçid dövrünü belə keçir.Ən çox onunla “davam” komputer arxasında oturmaq üstə olur. İstəkləri çox olur. Geyimə elə də həvəskar olmasa da bahalı telefon, maşın istəyir. Ən böyük arzusu təyyarə idarə edə bilməkdi. Xarici ölkələri gəzib görməyi çox arzulayır. Aviasiya akademiyasına hazırlaşır. 15 yaşı olsa da özünü çox böyük aparır. Bəzən onunla problemlərimi bölüşürəm. Mənə dəstək olur, təsəlli verir. Atasını lap çox istəyir. Canım oğlumu həyatımdan da çox sevirəm!....
Bu dövrdə bir başqa açar anlayış məsuliyyətdir.. Bizdə yenə çox mübahisə vəmüzakirəli bir mövzudur bu. Sanki uşaqlarımız axmaq və bacarıqsızmış kimi, edəcəkləri hər şeyə qarışmaq, ona sadə bir cibxərcliyi mövzusunda belə təşəbbüs verməmək, otağına çatana qədər hər şeyinə müdaxilə etmək kimi "pis" vərdişlərimiz var cəmiyyət olaraq. Yaxşı bu şərtlərdə uşağın qabiliyyətləri, iradəsi, planlama qabiliyyəti necə inkişaf edər? Sözə gəlincə təriflədiyimiz gənclərə, otaqlarının nizamı mövzusunda şərait yaratmasaq, gənc özünə necə güvənəcək? Deyilən məsləhətlər" Otağına qarışmayın, ora onun şəxsi sahəsi olsun. Nizamı, təmizliyi belə onun məsuliyyətində olsun. Hərhalda oranı zibilliyə çevirəcək deyil?" Ya da onun üçün alacağınız hər hansı bir şeyin pulunu ona etibar edin. Bəzi ev işlərinin məsuliyyətini ona köçürmək də uşağın özünə güvən qazanmasına köməkçi olar.
Ana və ata arasındakı əlaqə ailənin təməl daşıdır. Əgər, valideynlər öz əlaqələrində çətinliklər yaşayırlarsa, bu çətinliklərin ailənin digər fərdlərinə əks olunması qaçınılmazdır. Ana və ata, uşaqları ilə olan əlaqələrinə olduğu qədər, bir-birləri ilə olan əlaqələrinə də diqqət yetirməlidirlər. Əgər ana, atanı alçaldırsa və ya ata, ananı ciddi qəbul etmirsə uşaqlar bir-birinə hörmət göstərməsi mövzusunda nə öyrənə bilər?
Qısaca, yaxşı bir gənc yetişdirə bilmək üçün, əvvəl ailənin nüvəsinin, yəni ana-ata əlaqəsinin möhkəm olması lazımdır.
***
Ruhəngiz
Bu dövr mənim fikrimcə ən çətin dövrdür. Çünki mətbuatdan da bildiyimə görə bu yaşlarda intihar,mübahisə vəs.çox olur.Davranışlarında da dəyişiklik olur.Özlərini ağıllı hesab edirlər.Məsləhətə qulaq asmaqdan çox məsləhət verməyi xoşlayırlar.Əsəbi olurlar.Hər sözə fikir verirlər.Mən də bunları nəzərə alıb onunla mülayim davranıram.Söhbətlərinə səbrlə qulaq asıram.Halbuki öz səbrim heç qalmayıb.Bu elə bir yaş dövrüdür ki,bir sözlə analıqdan başqa övladınla dost olmağa çalışmalısan.Onsuz da müəyyən bir müddətə qədərdir.Mənə,atasına qarşı hərdən pis olur,yəni cavab qaytarır,Amma nəzərə alıram ki bu belə deyildi,yaş dövrü ilə əlaqədardır.Qulluğa məmnuniyyətlə gedir.Amma xoşuna gəlməyən hərəkət,söz olduqda öz fikrini deyir.Səbrsiz də olur...
***
Bütün ailə üzvlərinə, duyğu və düşüncələrini ifadə etmə fürsəti verilməlidir. Hətta bunun üçün müəyyən sıxlıqla ailə yığıncaqları təşkil etmək xoş bir yoldur. Əgər bir gəncin fikirlərini dinləməz ya da hirslə və ya alçaldaraq susdursaq, aradakı tək qapını da bağlamış olarıq. Və artıq o bağlı qapının ardında hansı dünyaların qurulduğunu anlamaq da mümkün olmaz.Əslində bu dövrdə qarşıdakını anlama və ünsiyyət mövzusunda, ana-ata uşağa görə çox daha üstünlüklüdür. Çünki yetkinlər hələ yetkin olmadılar amma, ana-ata bir zamanlar yetkin olmuşdu.Bu keçmişdəki təcrübələri xatırlayıb nəzərdən keçirərək, uşağı anlamağa çalışmaq, valideynlərin ən əhəmiyyətli köməkçisi ola bilər. "Mən onun yaşlarında ikən, buna bənzər nələr yaşamışdım görəsən?" deyə zehinini işə salan hər valideyn, uşağına kömək edəcək bir şey tapacaq keçmişində. Bu da uşağa daha bir anlayışla yaxınlaşmağı təmin edər. Hələ hələ bu xatirələrimizi uşaqla paylaşsaq, o zaman uşağımız "o da mənə bənzər şeylər yaşamış, demək ki məni anlaya bilər" deyə düşünüb, daha əvvəl paylaşmaq istəmədiyi şeyləri ifadə etməyə başlaya bilər.
XƏBƏR LENTİ
Nazirdən müəllimlərin sertifikasiyası ilə bağlı AÇIQLAMA
Fəaliyyətə başlayan ictimai iaşə müəssisələrində təmizlik və dezinfeksiya işlərinə nəzarət olunur
COVID-19 Yer kürəsinin üçdə ikisini yoluxduracaqmı? - EKSPERT RƏYİ
İşsiz qalan gənc milyonçu oldu
Ronaldo xəstə uşağa görə avtobusu dayandırdı - VİDEO
Robin Ulliamsın oğlu evləndi-FOTO
Xaricdən gətirilən telefonlar vergiyə cəlb olunacaq
"Neft bu qiymətə olsa daha ədalətli olar"
Azərbaycan ictimaiyyəti Fəxri xiyabanı ziyarət edir
Yeniyetməlik dövrü
Dünya ulduzları kömək istədilər
Wi-Fi-ın zərəri sübut olundu
Günün qoroskopu: sizi çox iş gözləyir
İlk dəfə onunla FOTOsunu paylaşdı
Saçlara qulluq üsulları
Eyni paltarı geyinməkdən çəkinməyən məşhurlar
Gözəl qarına sahib olaq
Körpələrdə Daun sindromu
Qarşılıqsız sevginin öhdəsindən necə gəlməli?
Azərbaycanda zəlzələ olub
Erməni qoşunları Dağlıq Qarabağdan çıxarılır
Bu gecə həyəcan başlayır
Uşağın əmziyi özündən böyük problemə dönərsə...
Diş fırçanızı vanna otağında saxlamayın!
Sevgililər 75 il sonra görüşdü-FOTO
Çörək iki dəfə bahalaşdı?
Boyat çörəkdə pizza (foto-resept)
Nazirlik: Azərbaycanda bir həftəlik istirahət 800 dollar təşkil edir
İlin ən cəlbedici kişisi seçildi-FOTO
Möcüzəvi daşın sirli əlamətləri
Dünyanın ən dar şəhəri
HAVA necə olacaq?
Qozlu keks (foto resept)
"O səs Türkiyə"də yeni münsif Bəyaz olacaq
Britni Spirs hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO/VİDEO
Daimi nikahla müvəqqəti nikahın fərqləri nədir?
Bacarıqlı xanımlar üçün
Milyarder kosmosa uçmağa hazırlaşır - 5 ay sonra
Hava haqqında - 27.08.2013
Fotomontaj deyil
Qadınların nifrət etdiyi 6 kişi davranışı
Təyyarələrdə telefona icazə verildi
Bu il manat ən azı 10% ucuzlaşacaq
Günün ulduz falı
Dünyanın ən darısqal şəhəri
Ən çox qazanan üç futbolçu
2017-ci ilin ən yaxşı 100 mahnısı açıqlandı
İnternet dükanlara maraq artır
"Ş" hərfi ilə başlayan adların mənası
Eurovision-2019-un sloqanı məlum oldu
- ŞƏRHLƏR