Əgər sən qarşılıqsız sevginin qurbanısansa ...
1. Qəbul et ki, sevgi adətən şüurlu qərar olmur. Əgər bir şəxs onu sevdiyini bildiyi halda, sizə qarşı eyni hissi hiss etmirsə, buna xəyanət kimi və qəsdən edirmiş kimi baxma. O, ola bilər ki, sizi sevmək istəyir, lakin sadəcə olaraq alınmır, anlaya bilmir və bəlkə heç vaxt da anlaya bilməyəcək. Bəzən nə etsən də, o hisslər yaranmır. Çalış bunu şəxsiləşdirmə.
2. Ehtiyac hissinin kökünü kəs. Əgər sən depresiya, kədər, ağrı hiss edirsənsə, böyük ehtimalla bunun səbəbi xoşbəxt olmaq üçün həmin şəxsə ehtiyac duymağınızdır. Lakin xoşbəxtlik haqqında olan tədqiqatlar göstərir ki, əslində bizim xoşbəxt olmaq üçün sağlam nikbinlik dozasına ehtiyacımız var.
3. Məsafə qoy. İstəmədiyin halda, o şəxslə yaxın olmağa məcbursansa, bu sənin üçün yaxşı olmaya bilər. Onunla yaxın olan şəxsə və ya şəxslərə hiss etdikləriniz haqqında danışmayın, əks təqdirdə onlar sizi olmayana inandırmağa və bağlamağa çalışa bilərlər. Onlara zəng etmə, onların tez-tez olduqları yerə getmə.
4. Subay olmaqdan zövq al. Qarşılıqsız sevginin öhdəsindən gəlmək, ayrılığın öhdəsindən gəlməyə bənzəmir. Bu əslində olmayan münasibəti bitirməkdir. Sən gərək həyatında heç kim olmadan zövq almağı öyrənəsən.
Əgər sizə qarşı qarşılıqsız hissləri olan biri varsa...
1. Yadda saxla, bu onun tərəfindən şüurlu verilmiş qərar deyil. O, səni narahat etməyə cəhd etmir, hətta özünü buna görə pis hiss edir. Sən ona dost kimi bağlı olsan da, o sənə qarşı güclü emosional hisslər bəsləyə bilər.
2. Onun sevgisini ya nəzərə al, ya da əngəllə onu. Bəzən biz haqsız yerə, keçmiş təcrübələrimizdən təsirlənərək bu insana qarşı şübhə duyuruq, yaxud da onun sevgisini qəbul edə bilmirik.
3. Əgər bu şəxsi sevmədiyinə əminsənsə, qərarlı ol. Səninlə yaxın ola biləcəyinə inanmağına izin vermə. Ona bu hisslərin qarşılıqsız olduğunu izah etmək sənə çətin gələ bilər. Ona belə izah edə bilərsən: “Sənin mənə qarşı hiss etdiklərini, mən sənə qarşı hiss etmirəm. Bilmirəm niyə, lakin mən necə hiss etdiyimə əminəm və inanmıram ki, bu dəyişsin”. O əsəbi ola bilər, depresiyaya düşə bilər, lakin sən bu anlaşılmaz vəziyyəti izah etsən, o tezliklə düzələcək.
4. Həmin şəxs sizin sərhədlərinizi anlamadısa, onunla olan əlaqənizi kəsin. Əgər həmin şəxs sizə dost kimi yanaşmır və daha çox yaxınlaşmağa başlayırsa, ən yaxşı yol onu dostluq pilləsində aşağı endirməkdir. Onunla olan söhbətlərinizi qısa kəsin, birlikdə vaxt az keçirin.
Tərcümə edən: Aidə
Mənbə linkdə: http://m.wikihow.com/Deal-With-Unrequited-Love

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR