Ailədə bacı-qardaş arasındakı münaqişə əsrlər boyu davam edir və bu mübahisəni həll etmək valideynlər üçün heç də asan olmur. Bugünkü xəbərimizi psixoloq İrina Dimiunun təqdim etdiyi nümunələr əsasında hazırlamışıq. Odur ki, hər bir ana üçün bu xəbərdə lazımi məlumat var.
1. "Mənim 8 yaşlı oğlum və 6 yaşlı qızım var. Onlar hər gün xırda bir şeyin üstündə mübahisə edirlər. Artıq bu mübahisələrə səbr edəcək taqətim qalmayıb. Zəhmət olmasa, mənə çıxış yolu göstərin." Mariya Dinu (33 yaşlı ana).
Adətən bu növ mübahisələrin daim davam edəcəyi düşünülür, lakin heç də belə olmur. Müəyyən zaman çərçivəsində bütün sular durulur. Ana, adətən, bu vəziyətdə bir səhv edir. Səhvi qızını müdafiə etməkdir. Bilərək və ya bilməyərək qızını haqlı çıxarmağıdır. Bunu istəmədən də edə bilər. Məsələn, qardaş 8 yaş, bacı 6 yaşındadırsa, mübahisə zamanı ananın ilk cəhdi “Axı o səndən balacadır” və ya “Axı o qızdır, sən oğlan” kimi ifadələr işlətməyidir. Bu cümlələri dəfələrlə eşidən 6 yaşlı qız hər xırda səbəbə görə qardaşı ilə mübahisə etməyə hazır olar. Çünki bilir ki, anası hər dəfə onu müdafiə edəcəkdir.
Əslində isə bu vəziyətdə ananın etməsi vacib olan çıxış yol tapmaq və mübahisənin hər iki tərəfə nə bəxş etdiyini izah etməkdir. Məsələn, televizorda gedən cizgi filmini bacı bəyənmirsə, qardaş bəyənirsə və məhz bu səbəbdən mübahisəyə başlayıblarsa, ananın etməsi gərəkən ilk cəhd onları yanına çağırıb soruşmaqdır. Əvvəlcə qızdan ” Sən bu cizgi filmini niyə sevmirsən?”-deyə soruşmalıdır. Sonra isə oğuldan “Bacın bu cizgi filminə baxmaq istəmədiyini deyəndə sən nə hiss edirsən?”-deyə soruşmalıdır və uşaqlarının verdiyi cavablara qarşı da diqqətli olmalıdır. Çıxış yolu isə elə seçilməlidir ki, hər iki tərəf xoşbəxt olsun və heç bir tərəfi günahlandırmadan “Mən görürəm ki, hər ikiniz bu məsələyə görə üzülürsünüz” cümləsi ilə sözə başlaya bilərsiniz. Qəti şəkildə unutmayın ki, şiddət çıxış yolu deyil. İzah edərək qarşılıqlı anlayış sayəsində bir çox problemin öhdəsindən gəlmək mümkündür. Eyni zamanda valideynlər uşaqlarının adədən nə üstündə mübahisə etdiklərini qabaqcadan təxmin edə bilərlər. Məhz bu yolla da mübahisə “səbəbkarını” gizlətməklə və ya ümumiyyətlə” yox” etməklə baş verəcək mübahisənin qarşısını əvvəlcədən ala bilərlər.
2. "Mənim üç oğlum var. Böyük oğlanın 12, ortancılın 10, kiçiyin isə 7 yaşı var. Böyüklə ortancıl oğlum, adətən, birlikdə oynayırlar. Lakin kiçik kənarda qalır. O özünü tənha hiss edir. Qardaşları tərəfindən sevilmədiyini düşünür". Klaudiya Petraçe (40 yaşlı ana).
Bu hallar adətən üçuşaqlı ailələrdə rast gəlinən problemdir. Kiçik oğlunuzun özünü tənha hiss etməməsi üçün onun tərəf müqabili məhz siz olmalısınız. Daha yaxşı olar ki, hər üç uşağın birlikdə edə biləcəyi əyləncələr və ya oyunlar düşünəsiniz. Məsələn, düşərgəyə gedə və ya təbiət qoynunda bir neçə “kəşfiyyat” oyunları oynaya bilərsiniz. Birlikdə topla bağlı olan istənilən oyun (basketbol, voleybol, futbol və.s), stolüstü oyunlar, məntiqi oyunlar və s. oynaya bilərsiniz. Yetər ki, oyunlarda siz özünüz də iştirak edin. Zamanla sonbeşiyiniz də qardaşları tərəfindən “qəbul” ediləcəkdir.
3. "Mənim iki qızım var. Birinin 11 yaşı var. O, nisbətən dolu bədənlidir. Böyük qızımın isə 14 yaşı var. Kiçikdən fərqli olaraq incə olmaqla yanaşı həm də zövqlə geyinməyi sevəndir. Kiçik qızım böyük bacısına həsəd aparır. Halbuki, hər ikisi eyni yemək yeyir, eyni münasibət görür. Bilmirəm çıxış yolunu nədə axtarım." Laviniya.P. (37 yaşlı ana).
Bir valideyn iki fərqli xasiyyətə malik uşağa eyni cür davranmamalıdır. İlk olaraq buna nəzər yetirin. İstəkləri, zövqləri, arzuları fərqli olan iki uşağın hər ikisi ayrı bir şəxsiyyətdir. Kiçik övladınızın dolu bədən olduğundan başqa nə bilirsiniz? Onun şirniyyata olan meyli və ya sizin təqdim etdiyiniz yeməkdən əlavə çərəzlərə həvəsli olması barədə dəqiq öyrənin. İncə bədənli qızınızın zövqlə geyindiyini qeyd etdiyiniz üçün belə nəticəyə gəlmək olar ki, kiçik qızınız nəinki bədən quruluşuna görə, hətta geyim zövqünə görə də həsəd aparır. Demək, siz kiçik qızınıza yetərincə diqqət ayırmalısınız. Onun dolu bədənli qızların və xanımların çox gözəl insan ola biləcəyini, hətta misal olaraq bir neçə nümunə də göstərə bilərsiniz. Onun incə beli yoxdur, əvəzində səmimiyəti, sadəliyi və gözəl gülüşü var. Bunun kimi özünə inam və özünəsevgi hisslərini aşılamağa çalışın. Uşaqlar yaşından asılı olmayaraq bir şəxsiyyətdir. Şəxsi dünyası və marağı da fərqlidir. İlk növbədə ana olaraq onun dolu bədənli olmasını problem olaraq görməyin. Onu olduğu kimi sevin və ona özünəinam hissini aşılayın.
Tərcümə etdi: Xəyalə Murad
XƏBƏR LENTİ
2014-cü ilin dəbli geyimləri
Yeni doğulan qoca uşaq dünyanı heyrətləndirir
Serenay Sarıkaya Cem Yılmazı belə təbrik etdi-FOTO
Dünyanın diqqəti Eboladan yayınır
"Ana" və "ata" olmayacaq
İldə bir milyon Azərbaycanlı İrana müalicə məqsədi ilə gedir
Alimlər evimizdəki cihazların casusluq edə biləcəyini açıqladı
Sabahın HAVAsı
Qərarsızlıq... sonrakı peşmançılığın əsas səbəbi
“WhatsApp” məlumatlarınız “Facebook”da - ehtiyatlı olun
Azərbaycanda çörəyin satışına dair tələblər müəyyənləşib
Son sutka ərzində Rusiya Qarabağa 20 təyyarə göndərib
Namaza başlamazdan əvvəl...
5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə müavinətlər veriləcək
91 yaşlı qadın həyatında ilk dəfə pasport aldı-FOTO
Marsda çəkilən şəkil alimləri ümidləndirdi
Bengü qızı üçün paylaşdı-FOTO
“Fənərbaxça” lider oldu
Yaponların bu ixtirası hər kəsi QƏZƏBLƏNDİRDİ-FOTO
İxtisas seçimi başladı
Ağlaması körpənin həyatını xilas etdi - FOTO
iPad mini-də Retina olacaq
İçlikli ət ruleti (foto resept)
Sıla ana olmaq istəyir
Şabalıd haqqında bilmədiklərimiz
DİN-dən “WhatsApp”da yayılan səs yazısı ilə bağlı AÇIQLAMA
Mehriban Əliyeva uşaq sığınacağının açılışında - FOTO
Azərbaycanda xırda təkanlar böyük zəlzələdən xəbər verir?
Bu yazın ən sevimlisi kimonolar
TQDK-dan imtahanlarla bağlı açıqlama
"Facebook"dan qorxulu yenilik
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Badımcanlı- toyuqlu zapekanka (foto resept)
Mənim əl işlərim
Hava haqqında - 28.01.2014
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
HAVA necə olacaq?-19 noyabr
Ağ saçlarınız təbii rənginə qovuşdurun
Hava haqqında
Zoğallı tart (foto resept)
Məşhurlar ziyafət gecələrində
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
ÜST: “2021-ci ildən tez peyvənd olmayacaq”
Bu avtomobil yalnız 25 nəfərə qismət olacaq
Uruqvay prezidenti rəsmi tədbirə ayaqyalın gəldi
2017-ci ilin payız ayaqqabıları
Bakıda yolunuzu seçərkən diqqətli olun
İçlikli kabak (foto resept)
İranın təhdidlərindən sonra ABŞ fikrindən daşındı
Şarlardan dekorasiyalar
- ŞƏRHLƏR