
İnsan davranışlarının çoxu onun gələcək həyatının necə davam etməsinə bir yol açır. Məhz bu yolla irəliləyən insan həyatın ona nə gətirəcəyindən xəbərsiz olur. Qarşısına çıxan hər bir xoş hadisəyə sevinən, pis hadisəyə üzülən insan əslində bütün yaşananların onun keçmiş hərəkətləri ilə bağlı olduğundan bəlkə də bixəbərdir. Halbuki bu gün etdiyimiz, etmək istədiyimiz, yaxud etməyi düşünüb sonradan bu fikirdən daşındığımız hər bir şey sonrakı həyatımızda bizə istənilən formada sürpriz etmiş olar. Bütün sürprizlərin xoş olması, bu günə kimi yaşanılan həyatı dəyişmək üçün elə bu gündən çalışmaq isə ən doğrusudur. Psixoloqlar bu fikirdədirlər ki, insanın gələcək həyatının istiqamətini bu gün verdikləri qərarlar kəskin şəkildə dəyişə bilir. Edilməsi lazım olan işlərin bu gün edilməsi vacibdir. Sabaha buraxılan hər bir iş gələcək planların illərlə gecikdirilməsinə səbəb ola bilər. Bəzən istəkdən dönmək həyatı insanın düşünə bilməyəcəyi qədər dəyişə bilir. İndi yaşanılan həyatın da keçmişdə verdiyimiz qərarlardan birbaşa asılı olduğunu nəzərə alsaq, demək olar ki, bu gün görülən hər bir iş sabah üçün bir hazırlıqdır. Psixoloq Emil Behrudinin sözlərinə görə, işləri təxirə salmaq olduqca universal bir səhvdir. İnsan ətraf mühiti, baş verən hadisələri günahlandırmaq yerinə, bütün məsuliyyəti öz üzərinizə götürməlidir. Tənbəllik, işləri təxirə salma, sabaha saxlama isə hər insanda olmur. Bunda insanın yaşadığı mühit, ailəsi, ətrafı, işi də böyük rol oynayır: "Özünüzü sıxışdırılmış və inkişaf edə bilməz hiss etdiyiniz bir peşəyə davam edərkən, artıq yorucu hala gəlmiş bir əlaqəni davam etdirərkən, utancaqlıq və müxtəlif fobiyalara sahib olarkən bir insanın işlərinin təxirə salmaması, sadəcə, mümkün deyil. Elə ən böyük təxirə salınanlardan biri siqaretin, yaxud içkinin tərgidilməsidir. "Hazır olanda atacağam" demək özü bir təxirə salmadır. Bütün həyatı uşaqlara həsr edib öz xoşbəxtliyini davamlı təxirə salmaq da həyata təsir edən amillər sırasındadır. "Uşaq böyüsün, sonra geyinərəm", "uşaq yesin, sonra yeyərəm" kimi fikirlər də bir növ öz həyatından imtina etməkdir", - deyən həmsöhbətimiz hesab edir ki, bu təxirlər sonradan bərpası mümkün olmayan hadisələrə gətirib çıxarar. Bəs nə etməliyik ki, təxirə salma, fikirdən dönmə vərdişlərini unudaq? Bu, demək olar hər 3 insandan 2-sini narahat edən bir sualdır. Ən təsirli üsul isə beş dəqiqəlik müddət qoyulmasıdır. Planlaşdırılmış işlər siyahısına ilk sıraya qısa müddətə həll edilə biləcək işlər salınmalıdır. Maksimum 5 dəqiqə ərzində görülüb qurtarılmalı işlər arasından fikirdən dönülmə ehtimalı olan işlər ilk pillədə olmalıdır. Psixoloq deyir ki, insanlar özlərində bir suala hər zaman cavab tapmalıdırlar: "Təxirə saldığım işi bu anda etməyə başlasam, başıma gələ biləcək ən pis şey nə ola bilər? Cavab, ümumiyyətlə, o qədər əhəmiyyətsiz olacaq ki, bu sizin hərəkətə gəlməyinizə səbəb olacaq. İnsan qorxusunun nə olduğunu bilsə, yaxud nə üçün ertələdiyinin səbəbini aydınlaşdırsa artıq o işi ertələməyə ehtiyac qalmayacaq". E.Behrudi söz bazasından, ümumiyyətlə, "bəlkə" kəlməsini çıxarmağı lazım bilir: "Ertələnən bir iş ikinci bir şəxsdən asılıdırsa, hökmən dürüst olub işi nə üçün sonraya saxladığınızı deməlisiniz. Bu, artıq məsuliyyət yaradacaq ki, siz ikinci dəfə həmin insana bəhanələr uydura bilməyəsiniz". Demək olar ki, bütün isnanlar həyatlarının hansısa nöqtəsində "bundan sonra başqa cür yaşayacağam", "hər şey başqa cür olacaq" kimi fikirlərə qapılırlar. Amma nə zaman? Düyünlü nöqtə də elə burdan başlayır. "Sabah mütləq pəhrizə başlayacağam", "sabah o işi görəcəyəm" sözləri isə elə "sabah"larda qalır. Ətrafımızdakılardan eşitdiyimiz kimi, özümüz də özümüzə zaman-zaman bu kimi sözlər veririk, amma növbə işi həyata keçirməyə gələndə nədənsə nəticə hasil olmur. Səbəb yenidən başlamaq üçün yeni bir gün gözləməyimizdir. Əslində yenidən başlamaq üçün hər an münasibdir, hər gün öz-özlüyündə yeni bir günə başlama anıdır. Əslində həftələr və həftənin günləri bizim beynimizdə qurduğumuz bir bölgüdür. Elə isə həyata yenidən başlamaq, yeni başlanğıclar etmək üçün içində olduğumuz hər gün ən münasib zamandır. Müsahibimiz bildirir ki, ən pis vərdişlərdən biri də qərarından dönməkdir. Son anda edəcəyin işdən vaz keçmək bəlkə də gələcəkdə hansısa şanlı bir işdən boyun qaçırmaqdır. Dayanmadan fikir dəyişmək, ediləcək bir işdə konkret qərara gələ bilməmək də işin sonraya saxlanması üçün səbəb ola bilər: "İstənilən halda özündə tənbəllik, qərarsızlıq hiss edən insanlar proqram qurmalı və bu proqram əsasında yaşamalıdırlar. Vərdiş halına gələnə kimi gündəlik işləri yazmalı və hökmən ona əməl etməlidirlər. Belə olan halda işi sabaha saxlamaq, işdən, ümumiyyətlə, boyun qaçırmaq da mümkün olmayacaq. Yalnız bu yolla özündə dəyişim etmək mümkündür. Əks halsa "sabahdan hansısa bir işə başlayacağam" demək həm o işin sonrakı sabahlara qalmasına, həm də, ümumiyyətlə, birdəfəlik təxirə salınmasına səbəb ola bilər".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Demet yeni serialla efirlərə qayıdır-FOTO
Prezidentlik müddəti artırılır- 5 ildən 7 ilə
Bengünün xına gecəsindən ilk FOTOlar
Koronavirus iflic edir - Alimlərdən şok açıqlama
Putinin Avropa Oyunlarının açılışında iştirakı gözlənilir
Silikon sinə qadını ölümdən xilas etdi
Nazirlik: "Qripin müalicəsi üçün kifayət qədər dərman ehtiyatı var"
Android 4.4 sürətlə populyarlaşır
"Kuzenlerim" serialının aktyor və aktrisaları
Müəllim yıxıldı, utandı və arıqladı - FOTO
İran parlamenti Urmiya gölü ilə bağlı qərar verdi
Bu gün Azərbaycanda daha 352 nəfərdə koronavirus aşkarlandı, iki nəfər vəfat etdi
Azərbaycanda vətəndaş nikahı qanuniləşdirilə bilər
Şərab içərkən qədəhlər niyə toqquşdurulur?
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Tatlısəsin qızından maraqlı ETİRAF
Xanımların nəzərinə: əvvəl gözlərinizi tanıyın
Məhkəmə məşhur aktyorlarla bağlı QƏRAR VERDİ
Dil təmizliyi üçün təbii üsullar
Kakaolu fındıqlı keks (foto-resept)
ABŞ-ın Konqres kitabxanası
Son model bilərziklər
Co Bayden: "Dünya Türkiyə ətrafında birləşdi"
Dişləri də ağardan süd pəhrizi
Naxçıvan paxlavası (foto resept)
Abituriyentlərə son xəbərdarlıq
Qadınlar nədən qorxur?
Bensunun 150 minlik hədiyyəsi-FOTO
Onun qiyməti açıqlandı: 120 milyon avro!
Rusiyanın yeni planı: Azərbaycan nəzarətə götürülür
İpoteka asanlaşdı: minlərlə aztəminatlı mənzil alacaq
Bu ərazilərdə su kəsiləcək
Fiziki və hüquqi şəxslərin hesablarına nəzarət gücləndirilir
Nazirlər toplanırlar - Türkiyədə
"Babil" bu tarixdə yayımlanacaq
Tarixin ən dəhşətli SOYUДћU OLACAQ - 60 DƏRƏCƏ
Sabahın HAVAsı - XƏBƏRDARLIQ
Vanilli pudinqli biskvit (foto resept)
Avtomobilin təkərindən sıçrayan su paltarımıza düşsə...
Röya Ayxan: "Kişi üçün bu bəsdir"
Müalicəvi vannalar
Günün qoroskopu: fiziki işə qatlaşmayın
Çinli ananın fəryadı: “Nə olar, qızımı aparın...” - VİDEO
Kosmosda sement hazırlandı – Şok təcrübə/FOTO
Nostradamusdan daha az məşhur Azimov
Toyuq dönərinə görə məhkəməyə verdilər
İmtahan apreldə olacaq
“Bir millət, iki dövlət. Zəfər paradı” poçt markası və zərfləri dövriyyəyə buraxıldı
Nikaha daxil olmaq toy etməkdən də çətin oldu
Külək nə vaxta kimi davam edəcək?















- ŞƏRHLƏR