XX əsrin ən məşhur fantast-yazıçılarından biri Ayzek Azimovun sözlərinə inansaq, bir neçə həftə əvvəl geridə qoyduğumuz 2014-cü ildə artıq hər birimiz psixiatrlara müraciət etməyə başlamalıydıq. Eyni zamanda biokimyaçı olan Azimov, 1964-cü ildə dərc etdiyi essedə gələcəyin, daha doğrusu məhz 2014-cü ilin nəyə oxşadığını proqnoz etməyə çalışmışdı.
Buna səbəb isə Kvins, Nyu-Yorkda təşkil olunmuş "Anlaşma dünyası" adlı ilk beynəlxalq sərgi idi. Həmin sərgi hələ də yaddaşlardadırsa, bu, sadəcə, onun gələcəklə bağlı proqnozlarından qaynaqlanmalıdır. Orada təqdim edilmiş futuristik texnologiyaların bəziləri hələ geniş istifadədə deyil. Heç uçan avtomobillər və sualtı evlərlə rastlaşmısınızmı? Azimovun 50 illik proqnozlarına nəzər yetirək.
1. "Kommunikasiyalar video-eşitməli olacaq və siz, zəng edən adamı eşitməklə bərabər, onu həm də görmüş olacaqsınız"
İki abonent arasında ilk transkontinental videozəng 20 aprel 1964 tarixində, Bell Systems (daha sonralarsa Bell Laboratories) şirkətinin hazırladığı texnologiya köməyilə baş tutmuşdu. Fantast Azimov, çox güman ki, Skype və Apple FaceTime kimi proqramların bu gün mövcudluğundan çox, onların ucuzluğuna heyran qalardı. 1964-cü ildə Vaşinqtondan Nyu-Yorka edilmiş 3 dəqiqəlik videozəng 16 dollar dəyərində idi, indiki kursla isə bu, 118 dollara bərabərdir.
2. "Antarktikada yerləşən meteoroloji stansiya da daxil olmaqla, Yerin istənilən nöqtəsinə bilavasitə zəng edə biləcəksiniz"
Əlavə şərhə ehtiyac yoxdur. Sadəcə telefonunuza istədiyiniz ölkənin kodunu yığın. Antarktikanınkı 672 olsa da, bəzi regionlarının kodu Yeni Zelandiya ilə eynidir (+64).
3. "2014-cü ildə robotlar hər yerə yayılmayacaq və çox da keyfiyyətli olmayacaqlar, lakin mövcud olacaqlar"
Robotics (robot texnikası) sözü ingilis dilinə məhz cənab Azimovun səyilə daxil olub. Hələlik intellektual robotlar hazırlamağa nail olmamışıq ki, xidmətçilərin işini lazımi qədərilə əvəz edə bilsinlər. Lakin bu gün, maraqlıdır ki, Azimovun qeyd etdiyi hadisələr baş verməkdədir - bəzi layihələr var ki, imtahan vermə qabiliyyəti olacaq dəmir-tələbələri təkmilləşdirmək, həkimləri əvəz edəcək robot-cərrahlar üzərində işlər aparmaq və dəmir əllərdən kulinar şedevrlər yaratmaq hədəfləri güdür.
Azimovun mövzu ilə bağlı başqa bir zamanı qabaqlamış açıqlaması isə "miniatür kompüterlərdir". Bu gün smartfon adı ilə tanınan bu kompüterlər müasir həyatımızın əvəzolunmaz hissəsinə çevriliblər. Azimov hesab edirdi ki, bu minikomplar robotların beyni olacaq. Lakin şəhərdə azdıqda və ya yeni bir şəhəri öyrənmək üçün xəritədən yardım istədikdə, smartfon bizim də beynimiz kimi fəaliyyət göstərmiş olmurmu? Bəlkə "peyğəmbər" robot dedikdə elə bizləri nəzərdə tutub?..
4. "Televiziyanın vəziyyətində isə divar ekranları adi teleradioaparatları əvəz edəcək, habelə 3D görüntülər göstərə bilən şəffaf kublar yaranacaq"
Azimovun proqnozlarının ən diqqətəlayiq aspekti budur ki, o, tez-tez hər hansı bir texnologiyanı qeyd edir, lakin bu texnologiyanın səbəb olacağı entuziazmı həddindən artıq şişirdirdi.
Fantast-yazıçı buna layiqdir: düz ekranlı televizorlar ənənəvi televiziya radioaparatlarını əvəz edib, 3D texnologiyalar isə kub formasında olmasa da, elektronikanın müxtəlif sərgilərinə artıq bir neçə ildir ki, əlavə edilib.
Lakin 3D texnologiya publikanı gözlənildiyi kimi heyran qoya bilmədi. 2014-cü ilin iyul ayında BBC, cəmiyyətdə olan az marağı nəzərə alaraq, 3D proqramların buraxılmasını dayandırdı.
5. "Ay ilə əlaqə saxlamaq bir qədər narahat olacaq. 2014-cü ilədək Marsa pilotsuz gəmilər endiriləcək"
Əlbəttə ki, Azimov gələcəyi dəqiqliklə görməli deyildi. Görünür ki, kosmik eranın inkişafı dövrü ona, Ayda quracağımız bazalarla bağlı optimistik proqnozlar verməyə əsas yaradırdı. Düşünürdü ki, peykimizlə əlaqə qurduqda, cəmi 2,5 saniyəlik siqnal gecikməsi baş verəcək.
Lakin Azimovun "2014-cü ilədək Marsa aparatlar göndərəcəyimiz" proqnozu özünü necə lazımdır doğruldub. Heyf ki, fantast marsoxod Cuiosity-nin tvitter səhifəsini görə bilmədi...
6. "Avto-yeməklər hazırlayan və suyu isidərək, qəhvəyə çevirən mətbəx qurğuları inkişaf etdiriləcək"
Avtomat qəhvə aparatları artıq mövcuddur.
Azimovun maya və yosunlardan hazırlanan geniş və müxtəlif dadlı məhsullarla ("saxta hind quşu əti" və ya "psevdo-steyk") bağlı proqnozu isə iki il əvvəl reallaşıb. Alimlər laboratoriyada yetişdirdikləri ilk kotleti təqdim ediblər. İnsanların bu qidaları bəyənəcəklərini düşünən Azimov yanıla da bilərdi, çünki laboratoriya kotletinin dadını yoxlayanlar, onun "kafi miqdarda yağı olmadığını" deyirdilər.
7. "Robotlaşdırılmış beyinli avtomobillərin hazırlanması üçün çoxlu səylər göstəriləcək"
Elə bu yaxınlarda Mercedes-Benz öz pilotsuz (sürücüsüz) avtomobilinin konseptini təqdim etdi. Hər il səylər göstərilir. Amma, hər halda fantastın "robotlaşdırılmış beyinləri", "avtomatik idarə olunan maşınlardan" daha təhlükəsiz səslənir.
8. "Dünya əhalisinin hamısı bütün ölçülərdə gələcəyin texniki yeniliklərindən zövq ala bilməyəcək. Bu texnikalar bu günlə müqayisədə insanların daha az hissəsi üçün əlçatan olacaq. Maddi olaraq onlar indikindən daha yaxşı yaşasalar da, ümumiyyətlə daha böyük ölçülərdə geri qalacaqlar"
Ayzek Azimovun bu proqnozla zamanı qabaqladığını vurğulamaq olar. Fantastın proqnozlarının sayı daha çoxdur, onların bəziləri tam, digərləri isə müəyyən qədər həyata keçib. Onun, əhali sayının artması və doğum üzərində nəzarətlə bağlı xəbərdarlıqları isə başqa bir məqalənin mövzusu olsa yaxşıdır.
Texnologiyaların hamı üçün bərabər istifadəyə verilməyəcəyi təqdirdə, faydası kimi, eyni zamanda daha artıq zərərinin də ola biləcəyini peyğəmbərcəsinə proqnoz etmiş Azimov, bəlkə də psixoloji problemləri olmuş Nostradamusdan, nədənsə, daha az məşhurdur.
XƏBƏR LENTİ
Azərbaycanda 25 həkim koronavirusdan ölüb – SİYAHI
Məşhur əsərlər günümüzdə
Demi Murun qızı 30 illiyini qeyd etdi-FOTO
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər
Sintepon haqqda nə bilirik?
Kıvanç da 2 milyon qazanacaq
"Facebook"dan daha bir YENİLİK
İki ay ərzində küçəyə çıxma qadağası təklif edilib - RƏSMİ
2019-cu il makiyaj trendləri
Qeyri-adi mebellər
Saç tökülməsinin 7 səbəbi
"Beşiktaş" səfərdə qol vurmadan məğlub oldu
Payız fəsli üçün geyimlər
10 il birini gözlədilər, üçqat sevindilər
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 38 yeni yoluxma
Asan hazırlanan salat (foto resept)
Gəlin saç modelləri
Anna Sedokovanın Moskva biznesi iflas etdi-FOTO
Azərbaycanda tək böyrəkli uşaq doğuldu - Sağ böyrəyi də kiçikdir
""Formula 1" yarışında 5 min dollarlıq bilet satışı kifayət qədər olub"
Dalaşmağın 28 səbəbi
Cins şalvarlar
Hazır bulyonları yeməklərə qatmayın -XƏBƏRDARLIQ!
Həkim bir xəstəyə nə qədər vaxt ayırmalıdır?
Məşhur filmdən Azərbaycana Təşəkkürlər-FOTO
Prezident: “Daha üç kənd işğaldan azad edildi”
Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanılıb
Azərbaycanın şimal-qərbində zəlzələ olub
Gözəllik üçün fotoks
Qəbizlikdən əziyyət çəkənlərə MƏSLƏHƏT: hər gün...
Rahat-hulqum (foto resept)
Xarkovda metro partlayışı
Can verənlərin gözünə ölüm mələyi eyni şəkildə görünür?
Demet Özdemir sevgilisindən koronavirusa görə ayrıldı-FOTO
Abdulla və Mulan: dünyanın ən qəribə dostluğu
Türkiyədə koronavirusu müəyyən edən test hazırlandı
Aksesuar sevən xanımlar üçün
Azərbaycan silah satacaq
Diplomatik korpusun nümayəndələri urbisidə məruz qalmış Ağdamda
Qara meşə tortu (foto resept)
Azərbaycanlı alimin hazırladığı vaksin insanlar üzərində sınaqdan keçiriləcək
Arıqlamaq üçün məşhur sirri
Sadə ziyafət donları
Sabahdan Azərbaycanda payız başlayır
Romantik yataq otağı dekorasiyası
Dahilərdən gözəl sözlər-1
Azərbaycanda tibbi kadr çatışmazlığı var?
Günün ulduz falı
Şokoladlı mus (foto-resept)
Gün var əsrə bərabər: Ötənləri yada salaq
- ŞƏRHLƏR