Uşağın inkişafında psixoloji xüsusiyyətlərin rolu
İradə amili uşaq psixologiyasında əsas xüsusiyyətlərdəndir. Aqillər deyir ki, iradə insanın vücududur, onun libasıdır. İradə möhkəmliyi insanda yeniyetmə dövrlərində yox, məhz üç yaşına qədərki dövrdən formalaşmağa başlayır. İnsan dünyaya iradəli gəlir, yoxsa iradə sonradan yaranır? Əlbəttə, iradənin notları əvvəlcə ailənin ona təlqin etdiyi təlimdə, sonra isə yaşadığı cəmiyyətdə yaranmağa başlayır. Uşaq psixologiyasında iradə amili zəruri hesab olunan xüsusiyyətlərdən biridir. Uşaqlarda iradə möhkəmliyinin düzgün tərbiyə edilməsi onların həyatda dözümlü, təmkinli, səbirli, qətiyyətli olması, tapşırılan hər hansı bir işi axıra qədər yerinə yetirməsi deməkdir. İradəli insan həm qarşısına qoyduğu məqsədlərə çatır, həm də həyatda rastlaşdığı çətinlikləri asan həll edə bilir. Odur ki, uşaqlarda iradə möhkəmliyini formalaşdırmaq üçün valideyn uşaqla birlikdə kiçik həcmli oyun növləri hazırlamalıdır. Nümunə üçün aşağıdakı iki oyun verilmişdir.
Birinci oyun
Əvvəlcə yaxşı olar ki, uşağın qarşısına yüngül çəkili kiçik qutular düzəsiniz. Sonra bu qutuları şahmat şəklində uşaq üçün qurasınız.
Həmin an uşaq qutuların hamısını dərhal dağıdacaq. Siz isə narahat olmayın, yenidən bir daha onları həvəslə düzməyə başlayın. Uşaq yenə də dağıdacaq... Əlbəttə, körpə uşaqla belə bir çətin oyunun oynanılması asanlıqla başa gəlməyəcək. Belə olan halda yaxşı olar ki, uşağın əlindən tutub əzizləyə‐əzizləyə oyunu ona öyrədəsiniz. Görəcəksiniz ki, uşaq oyunu diqqətlə izləyir. Oyun yaxşı nəticə verdikdən sonra qutuların sayını artırmağa başlayın. Bir qədər keçdikdən sonra uşaq qutuları tək qurmağa həvəs göstərəcək. Bu tipli oyunlar uşaqların sərbəst fəaliyyətini formalaşdırır və qabiliyyətlərini üzə çıxarır. Belə oyunların aparılması uşaqlarda yaradıcılığın, səbrin, zehnin və iradənin inkişafına səbəb olur. Yaxşı olar ki, valideyn belə növ oyunlardan çox istifadə etsin.
İkinci oyun
Bu oyun “gizlən-qaç” (xalq arasında buna “gizlənpaç” da deyilir) oyunu adlanır. Uşaqlar bu oyunu çox sevirlər. Bu oyunun özünəməxsus xüsusiyyətləri vardır. Adətən bir qrup uşaq otağa tək daxil olan zaman nədənsə vahimələnib ağlayır, ya da otaqdan qaçaraq qorxduqlarını bildirirlər. Belə olan təqdirdə valideynin uşaqla kiçik him‐cim (pantomimika) oyunları göstərməsi yerinə düşərdi. Məsələn, uşaqla “gizlənpaç” oynayarkən uşaq qorxduğu hadisəni bir anlığa unutmalı olur. Nəticədə isə “mən qorxdum”, “qorxuram” sözlərini demir. Yəni qorxu fikrindən uzaqlaşır. Uşaq “gizlənpaç” oynayan zaman diqqətində, əsasən kimisə axtarmaq və tapmaq komponenti durur. Oyun davam etdikcə uşaqda məqsədə çatmaq halları daha da artır. Uşağın iradəsi isə getdikcə formalaşır və möhkəmlənir. İnadkarlıq uşaqlarda erkən dövrlərdən yaranmağa başlayır. Böyüdükcə uşağın inadından dönməməsi, tərslik etməsi, heç kimlə razılaşmaması valideynlərdə narazılıq hissi yaradır. Valideyn çalışır ki, uşağı inadından döndərsin. O, uşağın inadının əksinə gedərək hadisəni daha da böyüdür. Maraqlıdır ki, uşağın inadı əksinə olaraq daha da artır...
Hadisə
– Mehman, sən ayaqqabını düzgün geyinmirsən. Ayaqqabının sağ tayını sağ ayağa,
sol tayını isə sol ayağa geyinmək lazimdır!
Mehman anasının sözünə əhəmiyyət vermir. Özü istədiyi kimi hərəkət edir. Valideyn uşağın üstünə qışqırır:
– Karsan? Demədim düz geyin?
Uşaq qorxaraq ağlamağa başlayır….
Yaxşı olardı ki, valideyn ayaqqabını cütləyib uşağı başa salsın. Əgər uşaq yenə də tərs geyinsə, heç bir söz deməsin. Çünki bir azdan uşaq özü hiss edəcək ki, yeriyə bilmir. Valideyn onda bir də uşağı başa salmalıdır. Düzdür, bu valideyndən səbir tələb etsə də, hər halda qışqırtıya, uşağın ağlamağını kəsməyə daha çox vaxt sərf olunur.
Hadisə
Şirniyyat mağazasına anası ilə daxil olan 3 yaşlı Fatimə əlini bahalı torta uzadıb ”onu istəyirəm” deyir. Anası başqa şirniyyatları göstərib deyir: “O pisdir, bax, bunlar yaxşıdır, gəl, bunu alaq." Fatimə isə: “Onu istəyirəm!” – deyə ağlamsınır.. Görəndə ki, anası başqa şirniyyatlar alıb, onun istədiyini yox, tez əlini anasının əlindən çəkir. Başını aşağı salıb “küsdüm” – deyə yerində durur. Anası onun əlindən tutub aparmaq istədikdə dartınıb o biri tərəfə qaçır. Vəziyyətin gərginləşdiyini görən ana məcbur olub Fatimə istəyən şirniyyatı alır… Əgər belə hallar tez‐tez təkrar olunarsa, valideyn qoxmamalıdır ki, bu hal vərdişə və ərköyünlüyə çevrilsin. Uşağa çoxlu izahatlar verilməlidir. Yuxarıdakı hadisədə isə Fatimənin anası növbəti dəfə mağazaya daxil olmamışdan əvvəl ona deməlidir: “Bax, mağazada ağlasan, hec nə almayacağam, özüm nə lazımdırsa, onu alacağam, ağlasan, bir də səninlə mağazaya getməyəcəyəm.” Mağazada isə Fatimənin xoşladığı şirniyyatı alır. Uşaq sanki başa düşür:“Anam lazım olanı alır”.
Hadisə
Vüsalə paltar dolabını açıb paltarları yerə tökməyə başlayır, sonra özünün istədiyi paltarı götürüb geyinməyə çalışır. Anası bu hadisəni görcək paltarları Vüsalənin əlindən alıb onu tənbeh edir. Vüsalə isə anasının tənbehini qəbul etmir, ağlayıb hay‐küy salır. Anası onu sakitləşdirə bilmir, əlindən tutub başqa otağa aparır. Vüsalə isə anasından ayrılıb həmin otağa doğru qaçır. Görəsən, uşağın belə vəziyyətində valideyn nə etməlidir? Valideyn uşağı o biri otağa aparanda orada ona daha maraqlı olan məşğuliyyət tapmalıdır. Onu başa salmalıdır ki, sən hələ balacasan, paltarları dağıtma, məndən istə, böyüyəndə özün götürərsən. Hətta bir neçə paltar verib deyir: “Gəl, bunu gəlinciyə geyindirək”. Müşahidələr göstərir ki, iki və üç yaşlı uşaqlar özlərini daha sərbəst hiss etmək istəyir, onlardan tələb olunan qadağaları qəbul etmək istəmirlər. Bu yaş dövründə onlar özlərini müstəqil şəkildə göstərməyə can atırlar. Odur ki, onların inadkarlıqlarına qarşı bir qədər səbirli və nəzakətli olmaq lazımdır.
Vahimə
Vahimə və qorxu anlayışları geniş psixoloji məna kəsb edir. Qorxunun üç əsası vardır. Bunların birincisi dəhşət hissidir. İkincisi bu dəhşət hissinin səbəb olduğu fiziki dəyişikliklərdir. Son əsası isə bu haldan qaçma və özünü qoruma hissidir. Qorxunun uşaqda yaratdığı dəhşət hissi düşüncələrində fərqləndirmələrə səbəb olur. Mənfi istiqamətdə düşünən uşaq uğur qazana və heç nə edə bilməyəcəyini düşünür. Bu halı böyüdür və özünü çarəsiz hiss edir. Bu hiss və düşüncələrsə, onda hadisələrə nəzarət edə bilməyəcəyi fikrini oyadır. Fiziki dəyişikliklərin dərəcəsi, eyni zamanda, qorxunun dərəcəsini də göstərir. Qorxunu yaşayan uşağın ürək döyüntüləri və tənəffüs ritminin sürəti artır, ağzı quruyur, əzələləri sıxılır və əlləri tərləyir. Bu dəyişikliklərin səbəbi uşağı bu haldan qaçmağa hazırlayır. Qorxu hissi oyandığı anda uşağın fiziki və psixoloji cəhətdən necə reaksiya verəcəyi önəmlidir. Ac, yorğun və həssas olduğu zamanlarda uşağın qorxusu da çox olur. Uşaqda istər mərkəzi, istərsə də periferik sinir sistemi tam formalaşmağa başladığından məhz bu dövrdə onlarda yaşlarına uyğun olan hərəkətlər meydana çıxır. İnsan beyni çox böyük dərketmə imkanlarına malikdir. Qeyd etmək lazımdır ki, digər psixi proseslər kimi hisslər də beyin fəaliyyətinin məhsuludur. Onların əmələ gəlməsində beynin qabıqaltı sahələrində baş verən sinir prosesləri çox mühüm rola malikdir. Bu baxımdan hisslərin yaranmasında hippokamp, hipotalamus, talamus müstəsna rol oynayır. Həmin sahələr ürəyin, həzm orqanlarının və daxili ifrazat vəzilərinin fəaliyyətini tənzim etməklə hal və halətin fizioloji əsasını təşkil edir. Qabıqaltı sahə ilə beynin qabığı arasında daim əks münasibətin olması insan orqanizimində reaksiyaların nizama salınmasında müstəsna rola malikdir. Vahimə uşaq psixikasında gərginlik vəziyyəti yaradır. Nəticədə tez yorulub öz funksiyasını bərpa edə bilməyən və bu gərginlikdən fasiləsiz qıcıqlanan beyin qabığı və qabıqaltı törəmələrdə ektopik ocaqlar əmələ gəlir. Gələcəkdə hər hansı şiddətli impuls bu ocağı oyadaraq uşaqda qorxu hissini oyadır.
Hüseyn Xəlilov
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Artıq çəkini gizlətmək üçün necə geyinməli?
Toxunma hissini gücləndirən əlcək
Bir-biriylə ən yaxşı razılaşan bürclər
Bədəndəki xalları götürmək olarmı?
Azərbaycanda məscidlərin açılmasının əsas şərti bilindi - RƏSMİ
Əfv olunanların siyahısı
Azərbaycanda haqsız rəqabət hallarının qarşısı alındı
Bakıda marşrut avtobusu hökumətin qərarını belə pozdu - FOTO
2020-ci il hansı bürclərə düşərli olacaq?
Müdriklərin etmədikləri 10 əməl
Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Tibbi Hüquq Assosiasiyasının 50 illik Qızıl yubiley mükafatına və fəxri diplomuna layiq görülüb
Zibillikdən tapılan Azərbaycan pulları
Parlaq və ləkəsiz dəri üçün maska
“Kurtlar Vadisi Pusu”nun aktyoru mədəsini kiçiltdi - FOTO
Günün qoroskopu: Hisslərinizi cilovlayın!
Dəbə uyğun olanı, yoxsa yaraşanı geyinək?
Seda Sayan 7-ci dəfə ərə gedəcəkmi?
Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 363 yeni yoluxma
Dünyanın ən möhtəşəm su mənzərələri
Bu ilin "ən stil" məşhurları seçildi
“Facebook”da rus erməni savaşı
Kağız halva-11
Kipr şirniyyatı (foto-resept)
Bəyəndim (Like)
"Prezidentlik müddətinin 7 il olması qanunauyğundur"
Daha varlı və xoşbəxt olmağın sirri - Fen-şuy
Gül formalı şirin kökə (foto resept)
Sən kimsən? (Test)
Günün qoroskopu: Yaxınlarınızın sizə sualı var
Məhəmməd Əmin Rəsulzadənin vəfatından 60 il ötür
Bakıda həkimlər evlərə niyə getmirlər?
İrem Derici keçmiş əri ilə olan münasibətlərindən danışdı
Semyon Peqovun növbəti yalanı ifşa olundu - FOTO
Marsda şəhər salınacaq-VİDEO
Sadə kələm salatı (foto resept)
3 yaşında itən qızın 24 il sonra valideynlərinə qovuşdu
"Yeni il nağılı" deserti
Jirinovskidən Qarabağla bağlı səs-küylü AÇIQLAMA
İranlı deputat koronavirusa yoluxduğunu etiraf etdi - FOTO
"Kokostar" keksləri (şəkər xəstələri üçün)
Prezident dəyişiklik etdi
Dəri çatlarının qarşısını necə almalı?
Yay fəslinin klassik geyim tərzi
Dişləri ağardan sadə və effektli ÜSUL
Çanta modelləri
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Kəşfiyyat 1963-cü ildən bəri bu qadını axtarır
Ətsiz kələm dolması (foto resept)
Fransa telekanalı Messini bənzəri ilə səhv saldı – FOTO
DYP-dən “İnstagram” və “Facebook”da canlı yayım edənlərə XƏBƏRDARLIQ

- ŞƏRHLƏR