Yeni doğulmuş körpələrin dəriləri çox incə, həssas olur və asanlıqla zədələnə bilir. Ona görə də valideynlər bu mövzuda çox diqqətli olmalıdırlar. Körpənin dərisinin zədələnməsi onda bir sıra xəstəliklərin yaranmasına da yol aça bilər.
Doğuşdan bir-iki gün sonra körpənin dərisi quru olur. Oynaq yerlərdə isə dəri qıvrılmaları və ya çatlar ola bilər. Buna görə də allergik təsir göstərməyən losyonlar və ya sırf körpələr üçün nəzərdə tutulmuş losyon və yağlardan istifadə edərək körpənizin dərisini gün ərzində bir-iki dəfə nəmləndirməlisiniz.
Yağların sırf körpələr üçün olmağına baxmayaraq, yeni doğulmuş körpələrin dərisinə onları birbaşa çəkmək onlarda allergik reaksiyanın yaranmasına səbəb ola bilər. Ona görə də daha yaxşı olar ki, körpənizi çimdirərkən və ya dərisini islatdıqdan sonra çəkəsiniz. Uşaq yağlarını daha yaxşı olar ki, həftədə bir dəfə işlədəsiniz.
Doğuşdan sonra körpənizin dərisində ucları sarı-ağ və ya qırmızı rəngdə olan səpkilər ola bilər. Bunu körpənin bədəninin müxtəlif yerlərində görə bilərsiniz. Körpənizdə bu tip səpkilər varsa, narahat olmayın. Onlar təqribən bir həftə və ya on gün ərzində keçib gedir. Əgər bu müddət ərzində təmizlənməsə və ya əksinə, sayı getdikcə daha da artsa, bu zaman mütləq həkimə müraciət etməlisiniz.
Yeni doğulmuş körpələrdə bişməcələr də tez-tez özünü göstərən bir narahatlıqdır. Onların qarşısını almaq üçün körpənizə hər dəfə süd verməmişdən əvvəl yoxlayın və əgər ehtiyac varsa, bezini dəyişin. Ana südü ilə bol qidalanan körpələrdə bişməcələr az hallarda olur. Ancaq dəyişilməyən bezlər qaldıqca körpələrdə bu cür narahatlıqlara səbəb olur. Ona görə də körpənizin bezlərini tez-tez yoxlamalı və ehtiyac yaranan kimi dəyişdirməlisiniz.
Əgər körpənizdə bişməcələr yaranıbdırsa, o zaman bezini hər dəfə dəyişdirərkən mütləq bişməcə əleyhinə olan kremlərdən vurun. Əgər krem təsir etməsə və bişməcə getdikcə artsa, bu zaman mütləq həkimlə məsləhətləşməli və körpənizi müayinədən keçirməlisiniz. Həkim hansı krem və ya dərmanı yazsa, onu mütləq körpənizin dərisinə vurmalısınız.
Körpəniz nəcisə getdikdən sonra onun beldən aşağı bütün bədənini yumağınız daha məsləhətlidir. Geyimlərinin isə pambıq və allergiya verməyən yumşaq parçalardan olmağına diqqət edin. Paltarlarını yuyarkən adi təmizləyici vasitələrdən istifadə etməyin. Bunun üçün xüsusi yuyucu tozlar var.
Körpələri öz geydiyimizdən bir qat daha artıq geydirmək məcburiyyətindəyik. Əgər öz əynimizdəki paltardan bir qat çıxarırıqsa, o zaman körpəmizdən də bir qat paltar çıxartmalıyıq. Yəni əgər soyuqdur deyə qalın köynək geyibsinizsə, körpənizin geydiyi köynək sizin köynəkdən bir qədər də qalın olmalıdır və əgər sizə istidirsə, demək körpənizə də müəyyən qədər istidir.
Artıq ana südündən hazır qidalara keçən körpələrə gün ərzində lazımı miqdarda su verilməlidir. Bu, onun dərisinin də quru olmasının qarşısını alacaq.
Ən əsası da unutmayın ki, bir yaşına qədər olan uşaqları günəş şüalarının birbaşa təsirindən qurmaq lazımdır. Çünki körpələrin cildində dərini günəşin zərərverici şüalarından qoruyan “melonin” adlı təbii qoruyucu qat olmur.
XƏBƏR LENTİ
Muzeylərə giriş pulsuz olacaq
Aylıq HAVA proqnozu açıqlandı-FEVRAL
BÜRCLƏR bizə nə vəd edir?-23 Aprel
Uşaq ensiklopediyası (14)
Sübut edildi- Bəd nəzər var
Ezgi Mola həqiqəti açıqladı-FOTO
Parfe (foto-resept)
Günəş tutulacaq
Narazı müəllimlərdən bir qisminin şikayəti təmin edilib
Azərbaycanı böyük fəlakət gözləyir
Ərdoğan aktyorlarla görüşdü - FOTO
İnternetdə 60 saniyə
Futbolçularımız uduzanda cərimələnəcək?
Hündürdaban ayaqqabıların yaratdığı xəstəliklər
Yeni evlənən Sinan Akçıl boşanır
Dubayda dünyanın ən bahalı qəhvəsi təqdim olunacaq
Arzular, arzular, gözəl arzular...
48 yaşlı Göksəl yeni şəklini paylaşdı - FOTO
Angelina Jolienin gözəllik sirrləri
Ermənistanın adı dəyişdirilir?
Şeyma Subaşının səyahət pulunu kim ödəyir?-AÇIQLAMA
Can Yaman haqqında şok iddia
Onu unutmağı bacarın...
220 metrlik teleqüllə sökülüb
Beyons geyimi ilə hər kəsi təəccübləndirdi-FOTO
Köhnə geyimlərdən yeni don tikdi
Əzvay bitkisinin faydaları
Doğum sonrası ləkələrə qarşı ən sadə resept
Holland pendirli qapalı pide (foto resept)
Azərbaycanda bu universitetin tələbələri "yaşadılar"
Qışda planetimzidə "El Nino" hadisəsi təkrarlanacaq
Valideynlərimizə deməyə çəkindiyimiz sözlər
Oksana kral üçün oğul doğdu-FOTO
HAVA necə olacaq?-1 yanvar
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Yeni prezident ölüm hökmünü bərpa etmək istəyir
Azərbaycanda “ Dərslik portalı” yaradıldı
Azərbaycanda yeni binalar belə tikiləcək
Qozlu, ballı tort (foto resept)
Alça kampotu(foto resept)
Emili izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
BÜRCLƏR bizə nə vəd edir? -3 İyun
Dəbli gəlin saç düzümləri
Türkiyədə uşaqlar 40 gün sonra çölə çıxdılar - FOTO
Koronavirusla bağlı SON STATİSTİKA
Motivasiya və uğur qazanmaq üçün taktikalar(3)
Dünya Qazaxıstandakı toydan danışır: Ton yarımlıq tort- FOTO/VİDEO
Hava haqqında - 07.02.2014
Qeyri-adi heykəllər
Hamilələr qurban əti yeyə bilərmi?
- ŞƏRHLƏR