Bayraq
Bayraq müəyyən ölçüdə və rəngdə parçadan ibarətdir. Bayraqlar müxtəlif olur. Məsələn, dövlət bayrağı, hərbi dəniz bayrağı, hərbi-hava qüvvələri bayrağı və başqa bayraqlar.
Avropada ilk dəfə qırmızı bayraq 1832-ci ilin iyununda Fransanın paytaxtı Paris şəhərində zəhmətkeşlərin üsyanı zamanı barrikadaların üzərində qaldırılmışdı.
1844-cü ildə isə ilk dəfə Osmanlı dövlətində qırmızı bayraq və üstündə ağ aypara və ulduz olan bayraq qəbul edildi.
Rusiyada qırmızı bayraq ilk dəfə 1876-cı ildə Peterburqda fəhlələrin nümayişində qaldırılmışdı.
Dövlət bayrağı müqəddəsdir, o xalqın bayrağıdır.
Baytar
Gecə yuxusunda olan Afrika üzərindən böyük bir quş uçur. O, çox ehtiyatla hərəkət edir, çünki onun çiynində bütün Afrikada ən lazımlı adam oturub. Uzaq, kiçik Limpopo çayı sahilində xəstə meymunlar onu gözləyirlər. Bu adamın adı...Hə, tanıdınızmı? Əlbəttə, bu doktor Aybolitdir!
Doktor Aybolit bütün dünyada ən tanınmış baytardır. O, K.İ. Çukovskinin gözəl kitabının səhifələrində yaşayır, özü də bütün başqa baytarlar kimi heyvanları müalicə edir. Baytarlıq çox xeyirxah, maraqlı və lazımlı, həm də Yer üzündə ən qədim peşələrdən biridir.
Müasir baytarlar təkcə heyvanları müalicə etməklə kifayətlənməyib, sağlam heyvanlara da nəzarət edir, onları müxtəlif xəstəliklərdən qoruyur, lazımi peyvəndlər edirlər. Əgər bir heyvan xəstələnibsə, harada olursa-olsun, baytar köməyinə çatacaq, lazım gəlsə, lap Afrikaya da uçacaq. Əlbəttə ki, quşun çiynində yox, təyyarədə.
Bakı
Bakı ! Qədim və həmişəcavan şəhərimiz !
Hər daşında bir tarix, canlı salnamə yaşar. Qoca Şərqin qapısında məğrur-məğrur dayanmış, keçmişimizdən bu günümüzə inamla addımlamısan. Tarixin səhifələrində adına "qəhrəman şəhər", "neft şəhəri" sözləri həkk olunub.
Xəzər dənizinin qərb sahilində, Abşeron yarımadasının cənubunda ucalan Bakı Azərbaycanın paytaxtıdır. Köhnə Bakı çox da gözəl və böyük deyildi. Əyri-üyrü küçələr, neft qoxulu qəsəbələr, bir balaca külək əsəndə toz burulğanı... Lakin buna baxmayaraq Maksim Qorki Bakını cənnətə bənzətmiş, onu İtaliyanın ən gözəl şəhərlərindən biri olan Neapol ilə müqayisə etmişdir.
Son illər Bakı sürətlə inkişaf etmiş, güclü sənaye şəhərinə çevrilmişdir. Bakı eyni zamanda mühüm elm və mədəniyyət mərkəzidir.
Bürclü qala divarları ilə əhatələnmiş qədim İçərişəhər, Xəzərin sahilində əsrlər boyu əzəmətlə durmuş qocaman Qız qalası, Şirvanşahlar sarayı kompleksi, Cümə məscidi, Gülüstan sarayı nəinki Bakının, eləcə də Azərbaycanın görkəmli tarixi və müasir memarlıq abidələrindəndir.
Abbasqulu Ağa Bakıxanov (Qüdsi)
(1794-1847)
Bir həkim ölüm ayağında şaha vəsiyyət edir ki, onun ömür boyu barmağında gəzdirdiyi üzüyünü ölkədə ən müdrik adama yadigar versin. Şah böyük məclis qurur, hamını çağırtdırır və belə bir şərt qoyur ki, üç suala kim düzgün cavab versə, üzük ona çatacaqdır. Suallara ən düzgün cavab verən kasıb, zəhmətkeş bir kişi olur. O. ən xeyirli şey nədir? sualına "hünər" , ən yaxşı şey nədir? sualına "yaxşılıq", insana ən lazım olan nədir? sualına "həqiqət" - deyə cavab verir. Kasıb kişinin cavabı ona ölkədə ən müdrik adam kimi şöhrət qazandırır. O, üzüyü alır, üstəlik vəzir rütbəsinə yüksəlir...
İndicə oxuduğunuz həmin sətirlər 19-cu əsrin birinci yarısında yaşamış böyük Azərbaycan alimi, şairi və maarifçisi Abbasqulu ağa Bakıxanovun "Hikmətin fəziləti" adlanan mənzum hekayəsinin qısa məzmunudur. Abbasqulu ağa Bakıxanov Bakı xanı II Mirzə Məhəmmədin oğludur. Bakı yaxınlığındakı Xilə kəndində (indiki Əmircan qəsəbəsi) anadan olub, gəncliyindən mükəmməl bilik almağa daim səy göstərib. Onun "Gülüstani - İrəm" əsəri Azərbaycan və Dağıstan tarixinə dair qiymətli mənbədir.
A. Bakıxanov xalq, ədalət, həqiqət yolunda canını qurban verən mərd, fədakar qəhrəmanları tərənnüm edərək yazırdı:
Gül qönçədə qala bilməz, yırtıb çıxar
paltarı,
Budur onun təbiətdən öz hünəri,
vüqarı.
Beləcə də haqq yolunda çarpışan hər
mərd insan,
Ya xalqına xeyir verər, ya da yolda
verər can.
Balet
Balet musiqili teatr sənətinin mürəkkəb bir növüdür. Baleti təşkil edən hissələr ssenari, musiqi və xoreoqrafiya, yəni rəqsdir. Latın sözü olan baletin də azərbaycanca mənası da rəqs edirəm deməkdir. Balerinalar və rəqqas artistlər rəqsin köməyi ilə əsərin mövzusunu, obrazların xarakterini, onların fikirlərini, hisslərini və əhval-ruhiyyələrini tamaşaçılara çatdırırlar.
Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baleti ilk Azərbaycan milli baletidir. Bu 1940-cı ildə tamaşaya qoyulmuşdur. İlk azərbaycanlı balerina xalq artisti Qəmər Almaszadədir.
Ə. Abbasov uşaqlar üçün "Qaraca qız" baletini yazmışdır.
Qara Qarayevin Nizaminin eyniadlı poeması üzrə bəstələdiyi "Yeddi gözəl" və " İldırımlı yollarla" , Fikrət Əmirovun "Məhəbbət əfsanəsi" baletləri balet sənətinin ən yüksək nailiyyətlərindəndir.
XƏBƏR LENTİ
Dekor sabunlar təhlükə mənbəyidir
Müdriklər demişlər (1-ci hissə)
Nyu-Yorku siçanlar basdı
Eynəkdən istifadə edən qadınların makiyajı
Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi: "Şəkillər saxtadır"
İngiliscə lazımlı frazeoloji birləşmələr (I hissə)
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu dinc əhali və mülki infrastruktura atəş açmır
Twitter Avropada güclənir
Gənclərin gec evlənməsinin səbəbi məlum oldu
Milli Ordumuzda dəyişiklik
"Çocuklar duymasın" serialı final etdi
Aşura günü yağış yağacaq
Bu tarixdə dünyada yaşayan insan qalmayacaq
Azərbaycanda sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr açıqlandı - SİYAHI
Serdar Ortaç və Demet Akalın qalmaqalı böyüdü
"Çukur" serialının çəkilişləri təxirə düşdü
Rezidenturada 24 plan yeri boş qaldı
Yanıqlar
Ayaqaltı modelləri
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
Çəhrayı dabanlara sahib olmaq üçün...
Bakıda daha bir yolda çökmənin səbəbi açıqlandı.
Hamilə qadının 7 körpəsi olacaq-AZƏBAYCANDA
Qadın barğamını kəsib boynundan asdı
Mehmet Ali Erbilin vəziyyəti ağırlaşdı
Can Yaman Demetə xəyanət etdi?-FOTO
Putindən Qarabağla bağlı AÇIQLAMA
Qış pəhrizi
Kosmosda şəffaf qalaktika kəşf olundu
Konsert həvəskarlarının nəzərinə
Türkiyə parlamentindən çağırış: Qarabağı azad edin
Azərbaycanda koronavirusa yeni yoluxma sayı 3 mini keçdi, 26 nəfər vəfat etdi
Faydalı 7 məsləhət
Məşhur aktrisadan FOTOsessiya
Göz formasına uyğun makiyaj etmək üsulları
Kirayə mənzillərin qiyməti aşağı düşüb
Təmizlənmək üçün ən mükəmməl yay pəhrizi
Bürclərə görə 2018-ci ilin PROQNOZU: SARI İT İLİ kimlər üçün UДћURLU OLACAQ?
Anormal valideynlər
1 günə 20 min qazandı-FOTO/VİDEO
"Nargis" jurnalı və "28 Cinema" ilin ən böyük moda gecəsini təşkil edəcəklər
Bakıda I sinfə qəbulla bağlı edilən müraciətlərin sayı açıqlandı
Rusiya Qələbə Paradını təxirə saldı
Saçları gözəlləşdirən sadə üsullar
Zəka geriliyi
Kartof salatı (video-resept)
Almaniya qondarma "erməni soyqırımı"nı tanıdı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Uşaqlarda zəhərlənmə əlamətləri və ilk yardım
Sabahın HAVAsı
- ŞƏRHLƏR