Vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin yalnız bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsi, həmçinin dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə rüsumların real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılmış "Hökumət Ödəniş Portalı"nın (HÖP) infrastruktur imkanlarının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır.
AMB-dən Trend-ə verilən məlumata görə, hazırda respublikada fəaliyyət göstərən bütün kommunal xidməti təşkilatları, mobil və stasionar rabitə operatorları ilə yanaşı, Maliyyə, Vergilər, İqtisadiyyat və Sənaye, Daxili İşlər, Energetika və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan İpoteka Fondu, Dövlət Miqrasiya Xidməti kimi dövlət orqanları yaradılmış infrastruktura inteqrasiya olunub. Eyni zamanda, HÖP infrastrukturu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya resursları, "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən banklar, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılmış "Elektron Hökumət" dövlət informasiya resursu ilə tam şəkildə inteqrasiya olunub.Layihənin cari mərhələsində Təhsil Nazirliyi ilə həyata keçirilən birgə fəaliyyət nəticəsində dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələrin təhsil haqlarının mərkəzləşdirilmiş qaydada toplanılmasının təmin olunması məqsədilə nazirlikdə xüsusi informasiya sistemi yaradılıb və HÖP infrastrukturuna inteqrasiya olunub. Təhsil Nazirliyi tərəfindən pilot olaraq seçilmiş dövlət ali təhsil müəssisələri (Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Bakı Slavyan Universiteti və Sumqayıt Dövlət Universiteti) yaradılmış informasiya sisteminin avtomatlaşdırılmış iş yeri ilə təmin edilərək onlara tələbələr haqqında məlumatların mərkəzi informasiya bazasına daxil edilməsi və qəbul edilmiş ödənişlər haqqında hesabatların alınması imkanı yaradılıb.Tələbələrdən təhsil haqlarının toplanılması prosesində şəffaflığın təmin olunmasında və toplanmış maliyyə vəsaitlərinin zəmanətli şəkildə müvafiq hesablara çatdırılmasında maraqlı olan bütün ali təhsil müəssisələri Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə müraciət etməklə yaradılmış infrastruktura qoşula bilərlər.
Yaradılmış infrastruktura qoşulmuş ali təhsil müəssisələri üzrə qəbul edilmiş təhsil haqqı ödənişləri haqqında məlumatlar real vaxt rejimində Təhsil Nazirliyinin mərkəzi informasiya sisteminə, maliyyə vəsaitləri isə bu müəssisələrin hesablarına xidmət göstərən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə çatdırılır. Hər bir əməliyyat gününün sonunda toplanmış vəsaitlərin müvafiq hesablara çatdırılması üzrə elektron üzləşmə aparılır və bu barədə Təhsil Nazirliyinin mərkəzi informasiya sisteminə məlumat çatdırılır.Təhsil Nazirliyi ilə birgə həyata keçirilmiş bu tədbir nəticəsində infrastruktura qoşulmuş dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələr Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkənin istənilən regionunda "Azərpoçt" MMC-nin və 42 bankın 2000-ə yaxın ödəniş məntəqəsində və infrastruktura inteqrasiya olunmuş ödəniş terminallarında nağd formada, həmçinin ödəniş kartlarından istifadə etməklə HÖP-ün internet resursları və "Elektron Hökumət" portalı vasitəsilə nağdsız formada ödənişlərini həyata keçirmək imkanına malik olublar. Xatırladaq ki, yuxarıda qeyd olunan istənilən üsulla təhsil haqları üzrə borcların öyrənilməsi və ödənişlərin aparılması üçün ödənişli təhsil alan tələbənin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsindən, təhsil müəssisəsi tərəfindən tələbəyə verilmiş xüsusi koddan və ya qəbz nömrəsindən istifadə edilə bilər.Mərkəzi Bank tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə Hökumət Ödəniş Portalının infrastruktur imkanlarının genişləndirilməsi və təqdim edilən elektron ödəniş xidmətlərinin çeşidinin artırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Amerikada ən populyar idman növləri müəyyənləşdi
Yeni planet kəşf edildi
Sevgimizin rəmzi mələk...
Düşmən orduda çaxnaşma
Nənənin başı söhbətə qarışdı, nəvəsini oğurladılar - VİDEO
Bütün dünyanı bu 13 ailə idarə edir
Kəpəkli saçlar üçün maska
Əlvida, sərinlik!
Rusiyalı epidemioloq: “Peyvənd edilənlər də yoluxa bilər”
Günün qoroskopu: yaşananları nəzərdən qaçırmayın
2015-ci ilin saç kəsimləri və rəngləri
BÜRCLƏR bizə nə vəd edir? - 6 MART
Reventador oyandı
Macarıstanlı Agnesin əl işləri
Əl və ayaq baxımı
Hipnoz
Mişel Obama
İnternet bizim haqqımızda nə bilir?
Bu qidaları soyuducuya qoymaq olmaz!
Zamana meydan oxuyan trendlər
Rusiya dünyanı QİÇS-dən xilas edə bilər
Market sifarişini gətirən kuryer qadını öldürdü
Qazancı ilə Cey Lo, Beyons və Ledi Qaqanı geridə qoydu
2019 yaz aylarının dəbi
Avropa Oyunlarının dağ velosipedi üzrə qaliblər bilindi
Türk serialında Nəsimi sözləri-VİDEO
Bakıda yer yenə ağardı
Ebru sənəti
İki nəfər 90 milyon avro uddu-FOTO
Azərbaycanda daha 38 nəfərin koronavirusa yoluxduğu aşkarlandı - RƏSMİ
Getmədən görək
“Facebook”un işində nasazlıqlar yaranıb
İnternet televiziyalar kabellə yayımlanacaq? - RƏSMİ AÇIQLAMA
Bu günün tarixi
Arıqlamağa əngəl olan səbəblər
"Prezident İlham Əliyev Azərbaycanı qloballaşmanın zərərli təsirlərindən qorumağın yollarını müəyyənləşdirdi"
Məşhur aktrisa Dinini Dəyişdi-FOTO
Mülayim hava şəraiti hansı bitkilərə ziyan vurub?
Erməni silahı susmur
Pendirli "Vol-au-vent" (foto-resept)
Koronavirusa qarşı vaksinasiyaya əks göstərişi olan xəstəliklər - SİYAHI
Oyun zamanı "Qarabağ"dan sürpriz
2 ay axşam yatmazdan əvvəl bunu qəbul etsəniz, nələr baş verdiyini görəcəksiniz
17 yaşlı qız gözəllik müsabiqəsinin qalibi oldu - FOTO
167 kq-lıq qadın "Barbie"yə bənzəmək istədi-ŞOK nəticə
Vampirlik edən cütlük
Ebru Şallının 3 qızıl qaydası
Payızda xəstələnməmək üçün nə etməli?
BÜRCLƏR bizə nə vəd edir?-27 Sentyabr
Alişan xanımı ilə Bakıda - FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]