Müasir zəmanəmizdə qeysəriyyə əməliyyatı çox sadə və rahat uşaq dünyaya gətirmə üsulu sayılır. Doğuş sancılarında qoraxan gənc xanımlar bu yolu asan hesab edirlər. Lakin səbəbsiz edilən qeysəriyyə əməliyatının da fəsadları var. Gəlin görək əsasən nə zaman qeysəriyyə əməliyyatı vacibdir:
1. Çanaq dar olduğu zaman;
2. Uşaqlıq yolu dar olan zaman;
3. Çanaqda sümük şişləri müşahidə olunarsa;
4. Yumurtalığın həddən artıq şişməsi müəyyən olunarsa;
5. Uşaqlıq yolunda hər hansı bir xəstəlik olarsa;
6. Ciftin dölün boynuna 2 və ya daha artıq dolanması müşahidə olunarsa;
7. Ciftin vaxtından əvvəl qopması müşahidə olunarsa;
8. Doğuş zamanı ananı hər hansı təhlükə gözləyirsə;
9. Dölün köndələn vəziyyəti zamanı;
10. Gözü zəif olan qadınlara keysəriyyə əməliyyatı məsləhət edilir.
Bəzən hamiləliyin 7-ci ayında qanaxma baş verir, həkimlərin müalicəsi nəticəsində hamiləliyi saxlamaq mümkün olsa da döl oksigen çatışmazlığından əziyyət çəkə bilər. Bu zaman qeysəriyyə əməliyyatı vacibdir. İlk övladını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirən qadınlar 2-ci və ya 3-cü övladını da əksər hallarda elə bu yolla dünyaya gətirmək məcburiyyətindədirlər. Və bu, planlı şəkildə həyata keçirilir. Uşağın dünyaya gəlmə gününü həkimlər təyin edirlər. Bəzən isə uşaqlar öz doğum gününü özləri seçirlər. Və həkimin sizə təyin etdiyi gündən əvvəl doğuş sancılarını hiss edə və ya dölyanı mayenin xaric olduğunu müşahidə edə bilərsiniz. Bu zaman təcili olaraq əməliyyat vazkeçilməzdir.
* Qeysəriyyə əməliyatı olunacağınız gündən 2-3 gün əvvəl xəstəxanaya getmək və orada qalmaq məsləhətdir. Əsasən də 1 və ya 2 övladı olan qadınlar bu müddət ərzində tam istirahət edə bilirlər. Psixoloqlarla söhbət aparır, ev işlərindən tam uzaqlaşır və əsəbləri tam sakitləşir. Bu isə gələcək əməliyyat üçün vacibdir.
* Ananın və dölün müayinəsi və analizləri bu zaman aparılır.
* Ən əsası isə "Bütün günü evdəsən, nədən yorulursan? Uşaqlar və ev işləri o qədər də çətin deyil" deyən həyat yoldaşınızı ev, ailə qayğıları ilə baş-başa buraxın.
Əməliyyat olunacağınız gündən bir gün əvvəl həm ruhi, həm də fiziki təmizliyinizə vaxt ayırın. Nə qədər özünüzü ələ alsanız da əməliyyat öncəsi qorxu insanı tərk etmir. Dua edin, sevdiyiniz, sizi sakitləşdirən kitab oxuyun. Duş qəbul edin və gigiyenik təmizliyə riayət edin. Əməliyyatdan öncə həkiminiz sizə bir sənəd təqdim edəcək ki, siz həqiqətən də bu əməliyyata razısınız. O sənəddə yazılır ki, əgər əməliyyat zamanı dölün və ya ananın həyatına təhlükə yaranarsa, uşaqlığın götürülməsi də zəruridir və siz buna razısınız. Gecə tibb bacısından sizə yüngül sakitləşdirici həb verməyini də xahiş edə bilərsiniz. Əməliyyat günü tibb bacıları bağırsaqlarınızı yuyacaqlar. Əyninizə xüsusi xalat və başınıza papaq verəcəklər. Sidik kisənizə katetr yerləşdirəcəklər. Düzdür, bu o qədər də asan deyil, ancaq buna da dözmək lazımdır. Anestezioloq sizdən hansı həblərə qarşı allergiyanız olduğunu soruşacaq. Adətən həkimlər beldən anestiziya təklif edirlər. Bu zaman onurğa sümüyünün müəyyən hissəsinə ağrıkəsici vurulur. Və beldən aşağı hissə keyiyir. Anesteziyadan 6-12 saat sonra ayağa qalxmaq olar. Narkoz ilə olunan əməliyyat zamanı isə 15- 20 saatdan tez ayağa qalxmaq olmaz.
Digər bir əməliyyat zamanı isə ağrıkəsici onurğa sümüyü kanalına tez keçir və tez təsirini göstərir. Və əməliyyat zamanı siz hər şeyi görür və eşidirsiniz. Əlbətə ki, əməliyyatı görmək olmur, çünki sizin qarşınızda kiçik bir maneə qoyulur. Lakin sizi narahat edən hər şey haqqında həkimlərdən soruşa bilərsiniz. Bu əməliyyatın pis cəhəti budur ki, əməliyyatddan sonra 24 saat ərzində arxası üstə uzanmalısınız, nə sağa, nə sola dönmək olmaz.
Müasir dövrdə həkimlər əməliyyat zamanı sintetik sapdan istifadə edirlər. Bu isə 2 ay ərzində sorulur, heç bir fəsadı olmur. Qeysəriyyə əməliyyatı yeganə əməliyyatdır ki, insana xoşbəxtlik nəsib edir. Əməliyyat zamanı oyaq olduğunuz üçün körpənizi ilk anda görür, onun vəziyyəti haqda bilirsiniz. Əməliyyatdan sonra sizi xüsusi otağa gətirirlər və müalicəniz davam edir. Bu zaman körpəni ana südü ilə qidalandırmağa icazə vermirlər. Çünki bu zaman sizə antibiotiklər verilir. Və ən çətini isə odur ki, 24 saat tərpənmədən uzanmaq lazımdır. 1-ci gün ancaq qazsız su içmək olar. 2-3 günlər isə əksinə, daha çox hərəkət etmək, yəni sağa-sola dönmək lazımdır. Bu, bir az ağrılı prosesdir, ancaq etmək lazımdır. 2-ci gün sizə ətli bulyon yeməyə icazə verilir. 3-cü gün isə körpənizə ziyan olmayacaq yeməkləri yemək olar. 3-cü gün siz artıq körpənizi ana südü ilə qidalandıra bilərsiniz.
Həkiminiz ayağa qalxmağa icazə verdikdən sonra mütləq bandajdan istifadə edin. İlk 2 həftə bu, sizə çox kömək edəcək. Bandaj əməliyyatdan sonrakı ağrıların qarşısını alacaq və siz rahat hərəkət edəcəksiniz. 24 saat hərəkətsiz uzandığınız üçün ilk öncə qalxmaq sizə çətin gələcək. Nəfəs almaqda çətinlik çəksəniz də əhəmiyyət verməyin. Yavaş-yavaş qalxmağa çalışın və bir az yeridikdən sonra geri qayıdın və yenidən uzanın. Bir qədər dincəldikdən sonra yenə gəzməyə davam edin. Hər şey artıq geridə qalıb və siz artıq yaxşılığa doğru gedirsiniz. Gündə ən azı 3 dəfə yaranızın üzərinə buz qoymaq lazımdır. Bu, həm daxili qanaxma baş verməməsi üçün vacibdir, həm də uşaqlığın yavaş-yavaş yığılmasına kömək edir.
Evə buraxıldıqdan sonra hər gün yaranı hidrogen-pereoksidlə yumaq lazımdır. Sonra üzərini spirtlə silib zelyonka sürtmək lazımdır. Həyat yoldaşınızla intim münasibətləri 6 həftə sonra bərpa edə bilərsiniz. 8 həftə sonra isə tam əvvəlki həyata qayıdacaqsınız. Lakin həkim nəzarətində olmağı unutmayın. Əvvəlki formanızı qaytarmaq üçün çörək və un məmulatlarından hazırlanmış yeməklərdən uzaq durun. İnanın ki, bunun körpənizə heç bir xeyri yoxdur. Daha çox meyvə və tərəvəz yeməyə çalışın. Qatıq için. Çünki bir çox qadınlarda əməliyyat sonrası qəbizlik əmələ gəlir və düzgün qidalanmadıqda çəki sürətlə artır. Və bu çəkidən qurtulmaq çox çətin olur.
Qeysəriyyə əməliyyatını 3 dəfə keçirmək olar. Çünki hər dəfə hamiləlik zamanı əməliyyat olunan nahiyədə qanaxma baş verə bilər. Və bu da həm ana, həm də körpə üçün təhlükəlidir. Əgər siz qeysəriyyə əməliyyatı ilə körpənizi dünyaya gətirmisinizsə, 2-ci övladınızı bu üsulla ən az 3-4 il sonra dünyaya gətirməyiniz məsləhət görülür. Bu dövr ərzində orqanizminiz tam sağalır və immunitetiniz bərpa olunur. Və yenidən bu əməliyyat üçün tam hazır olursunuz.
Təbii doğuş qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən hər bir qadının arzusudur. Və bu əməliyyatdan sonra təbii doğuş mümkündür. Lakin bunun üçün körpənizin çəkisi az, uşaqlıq yolu geniş olmalıdır. Bir də qadın bu doğuşa psixoloji hazır olmalıdır.
XƏBƏR LENTİ
Günün ulduz falı - 14.03.2014
Uşağa şəxsiyyət vəsiqəsi verilmir – SƏBƏB
Salfet üçün üzüklər
Bu sözlər BELƏ YAZILACAQ - Yeni qaydalar
Nazirlikdən qar AÇIQLAMASI
Azərbaycanda xüsusi karantin rejimi günlərində internetlə bağlı problem olacaq? - AÇIQLAMA
Yeni il şirniyyatı (foto-resept)
Fransız dili-Dərs 13
2018-də qarşınıza çıxacaq 3 trend
Rusiyada kosmosdan reklam göstərmək üçün lazerlər sınaqdan keçirildi
Sabahın HAVASI
Nə üçün?
Yediklərimiz dərimizə necə təsir edir?
Metabolizmanı sürətləndirən 3 üsul
Dəri pencəklər
Bakıda torpaq neçəyədir? – QİYMƏTLƏR
Xəzinəyə bərabər brilyant satılacaq - FOTO
Peru silkələndi
"Qadin.Net" - bənzərsiz məkan
Ağ evə hiyləgər rəhbər gəlir
Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxdu, 41 nəfər sağaldı - RƏSMİ
Qaraciyəri təmizləyən 3 tərəvəz suyu
Makaron salatı (foto-resept)
Pəhriz zamanı yol verilən yanlışlıqlar
Uşaqları televizordan necə uzaq tutmalı?
Kəpənək qalstuklarının tarixcəsi
Trend: Toxunma donlar
Sarkisyana növbəti şapalaq
Senia Şeyma Subaşını sevindirdi
Daha bir ölkə sərhədlərini turistlərin üzünə açdı
Heyrətamiz mikrodünya
Bredli Kuper “Analar günü”nü İrina Şeyklə birgə keçirdi - FOTO
Bu gün Milli Mətbuat Günüdür
Alma haqda bunları bilməlisiniz!
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
Mehriban Əliyevadan xanımlara bayram təbriki - FOTO
Könüllü həbsxananı seçən ahıllar
WhatsApp-da YENİLİK!
Xalçaların təmizlənməsi
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Kəndlərimiz ermənilər tərəfindən atəşə tutulur
Saturnun peykində yaşamaq üçün hər şey
Hadisənin geyimi sevənlərini heyrətləndirdi-FOTO
Azərbaycanda büdcəyə dəyişiklik edilə bilər - AÇIQLAMA
Bu avtobuslara minməyin! - Sərnişinlərə xəbərdarlıq
Həyat davam edir
Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA
4 qat dünya çempionu Van Damın məşhur hərəkətini təkrarladı - VİDEO
Tramp Ağ Evi tərk etmə şərtini irəli sürüb
Zehni sağlamlığa mənfi təsir edən vərdişlər
- ŞƏRHLƏR