Körpə
Dölün yaşı mayalanma məqamından - 32 həftə və sonuncu aybaşının ilk günüdən 34-cü həftəlikdir. Körpənin çəkisi - 2.2-2.4 kq. Paranazal sinuslara qədər artması isə - 32 sm. uzanıb, uzunluğu - 43-44 sm -dir. Uşaq daim yenilənən embrionətrafı mayeyə sutkada təxminən yarım litr sidik ifraz edir. Dərisi isə artıq qırmızı deyil. Bədənin yağlılığı azalıb. Əgər balaca hamiləliyin bu müddətində dünyaya gəlsə bu, düşmə yox, vaxtından əvvəl doğulmuş sayılır. Belə uşaqlar müstəqil nəfəs ala bilir və intensiv qulluq tələb etmir.
Gələcək ana
Uşaqlıq qasıq simfisindən 14 sm yüksəklikdə olub, məsafə - 34 smdir. Bu, orta göstəricilərdir, narahat olmayın, sizin göstəricilər bir az fərqli də ola bilər. Uşaqlığın ölçüsü 30-32 sm-ə çatır, o, əsl ölçüləri ilə müqayisədə 500 dəfə böyüyüb, çəkisi isə 10 dəfə artıqdır.
Embrionətrafı suların həcmi təxminən 1 litrdir, müqayisə üçün deyək ki, hamiləliyin ikinci ayında bu göstərici 20 ml. idi.
Uşağın çəkisinin müəyyənləşdirilməsi üçün USM istifadə edirlər, lakin heç də həmişə dəqiq hansı çəkidə olacağını təyin etmək olmur. Bunun üçün başqa metodlardan da istifadə edirlər. Başın diametrini, qarının əhatə dairəsini, körpənin budunun uzunluğunu nəzərə alırlar. USM ilə birlikdə bu məlumatlar uşağın təxmini çəkisini müəyyən etməyə kömək edəcək.
Siz hələ doğmağı planlaşdırdığınız doğum evini təyin etməmisinizsə, həkimlə məsləhətləşib onun telefon nömrəsini götürün, məhz bu doğum evində tələb olunan doğum evi əşyalarının siyahısını müəyyənləşdirin.
Süd vəziləri böyüməyə davam edir, onlardan ağız südü axa bilər. Sizin döşləriniz süd ifrazı hormonlarının təsiri altında fəallaşmağa başlayır.
Cinsi münasibətlə hamiləliyin 33-36-cı həftələrində ehtiyatlı olun, çünki qadınların cinsiyyət yolları doğuşa hazırlaşır, infeksiyaların düşmə ehtimalı çoxdur. Körpəni narahat etmək lazım deyil, qoyun o düzgün vəziyyətdə qalsın və çevrilmək fikrinə düşməsin.
Brekston Xiks tutmaları daha müntəzəm baş verir. Bu ağrılar uşaqlığın yuxarı hissəsində yaranır, sonra isə aşağı - qarına tərəf yayılır və nəhayət kəsilir. Bu halda narahat olmaq lazım deyil. Bu, hələ həqiqi sancılar deyil. Amma əgər birdən sizdə embrionətrafı su axsa, dərhal həkimə müraciət edin.
Ağırlıq hissini azaltmaq üçün gah bu, gah da digər tərəfə dövri hərəkət edin, yatağa uzanın.
Siz çox həssas məqama, uşağınızı dünyaya gətirməyə yaxınlaşırsınız.
Doğuş necə olur, sizin orqanizminizdə nə baş verir?
Doğuş uşaqlıq yolunun açılması ilə başlayır. Sancıların təsiri artıqca sizin uşaqlıq yolunuz getdikcə tam genişlənəcək və 10-12 sm-ə qədər açılacaq.
Sancıların davamiyyət müddəti və tezliyini müəyyən etməklə doğuşa nə qədər vaxt qaldığını bilmək olar. Sancıların davamiyyət müddətinı saatla müəyyənləşdirmək üçün nə vaxt başlayıb, nə vaxt sona çatdığını nəzərə alırlar. Sancıların tezliyi isə ilk sancı və növbəti sancı arasındakı zaman fərqi ilə müəyyən edilir.
Doğuşa bir neçə həftə qalmış uşaqlıq aşağı sallanır, körpənin başı doğum kanalına doğru irəliləməyə başlayır. Siz nəfəs almağın daha asan olduğunu hiss edə bilərsiniz. Hərdən elə olur ki, uşaq sancılar dövründə və ya doğuşun birinci dövründə doğum kanalına doğru irəliləməyə başlayır.
Doğuş üç dövrə bölünür:
Birinci dövr - bu, uşaqlıq yolunun açılması və sancıların başladığı ən uzun dövrdür. Birinci dövr ilk dəfə doğan qadınlarda 13-18 saat, əvvəl ana olanlarda isə 10-12 saat davam edir. Sancılar daha tez-tez, güclü və davamlı olur. Əsl sancılar - uşaqlıq yolu qısalır və bütün qarına yayılır. Amma uşaq uşaqlıq yolu tam açılmayınca doğum kanalı ilə hələ hərəkət etmir. Döllük köpük yaradır, sancılar zamanı uşaqlıqyoludaxili təzyiq yüksəlir və bu, uşaqlıq yolunun açılmasına vasitəçilik edir. Birinci mərhələ uşaqlıq boynu tamamilə açıldıqda bitir. Adətən suyun açılması uşaqlıq yolu 5 sm-dən çox açıldıqda baş verir. Həqiqi sancılar zamanı mümkün qədər sakitləşmək, uşaqlıq yolunun açılması və sizin haldan düşməməniz üçün vaçib şərtdir.
İkinci mərhələ - uşağın doğulması başlayıb. Doğuşun ilk dövrünün ardınca dərhal ikinci dövrü- uşaqlıq boşluğundan körpənin çıxışa doğru hərəkəti başlayır. Bu zaman güc gəlir. Bu zaman maksimum nəfəs alıb və nəfəs verin. Ana gücənərək uşağı çıxarmağa kömək edir. Güc gəlmələri arasında maksimum dincəlməyə çalışın.
Üçüncü dövr - doğuşun sonudur. Cift uşaqlığın divarlarından ayrılır və çıxır (cift, göbəkbağı və döllük qişası). Doğuşdan dərhal sonra uşağı sinəsi üstə uzatmaq vacibdir.
Sizdə doğuş sancılarının nə qədər olacağını söyləmək çətindir. Hər bir qadın fərqlidir. Birinci və ikinci dövrlər adətən ilk hamiləlikdə 12-14 saat davam edir, əgər sizdə təkrar doğuşdursa, bu, təxminən 6-8 saat çəkəcək . Elə hallar olur ki, qadınlar 20-24 saat ərzində də doğur.
İşlər və problemlər barədə unudun, yalnız öz balacanız və gələcək doğuşunuz haqqında fikirləşin, açıq havada gəzməyə daha çox vaxt ayırın.
Maksimum səy göstərin ki, erkən doğuş baş verməsin. Bunun üçün sakit həyat tərzi keçirməyə çalışın, güclü stress və fiziki yüklənmələrdən çəkinin.
Çox emosional və qorxu filmlərinə baxmayın, sakit musiqi dinləyin, maraqlı, şən məqalələr oxuyun, doyunca istirahət edin. Uşağı laylalarla əzizləyin!
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR