Gilas
Bax, bu ağac gilasdı,
Yaz gəldi bu ağacın
Budağından gül asdı.
Sonra güllər büküldü,
Ləçəkləri töküldü.
Yaşıl-yaşıl düymələr
Böyüdü gilas oldu.
Sırğa-sırğa damcılar
Budaqlardan asıldı.
Hesab dəftəri
Bu vurma cədvəlidi,
Bu vurulan, bu vuran.
Yeddi çox gülməlidi,
Onun beli əyridi.
Sən birə bax, birə bax,
Uzundraz, yaramaz.
Hansı rəqəmə vursan,
Ona təsiri olmaz.
Çəmbərquyruqdu iki,
Yoxsa əyribaş atdı?
Kimə vurdu özünü
İki dəfə çoxaltdı.
İki dəfə üç altıdı,
İki səkkiz on altı.
İki dördə vuruldu,
Dördün keyfi duruldu.
İki dənə dörd oldu,
Dörd dənə iki oldu.
Altı qaz üzür göldə,
Bu da ki, ovçu İki.
Çaxmağı çəkən kimi
Qazlar oldu on iki.
Sehrli çubuğunu
Üçə sarı uzatdı.
Üç qıvrıldı, açıldı,
Çevrilib oldu altı.
Dovşan və köpək
Sarı dovşan bostandan
Qarpız oğurlayanda
Keşik çəkən boz köpək
Duyuq düşdü bir anda.
Yüyürdü hürə-hürə:
"Bu bostana kim girə?"
Yumaq kimi büzüşüb
Dovşan kola girmişdi.
Boz köpək ona baxdı
Elə bildi yemişdi.
Bir az sərçəyə hürdü,
Bir az kölgəyə hürdü.
Gəlib çardağın altda
Yenə yerinə girdi.
Uzundərə
Yaz gəlmişdi bağça-bağa,
Quşlar oxuyurdu: cik-cirik!
Dimdik sola, quyruq sağa
Rəqs edirdi bir sərçəcik.
Tülkü baxırdı quşlara
Ağzının suyu axırdı
Deyib sərçəni çağırdı.
-Uzundərə oynayıram
Sən də öyrən qaydasını.
Bax beləcə rəqs eləsən,
Görəcəksən faydasını.
"Fayda" sözünü eşidib
O, şəklədi qulağını
Sağa çəkdi kəlləsini,
Sola atdı ayağını.
Tozu qaldırdı göylərə,
Çəmənliyi ayaqladı.
Şappıltıyla dəydi yerə,
Durub yenə oynaqladı.
Quşlar çaldı, o oynadı
O oynadı, quşlar çaldı.
Arada mayallaq aşdı,
Səntirlədi neçə kərə.
Dedi:-nə vaxt qurtaracaq
Nə uzundu Uzundərə?!
Çırpıb körpə qanadını
Quşlar ona çaldı çəpik.
Baxıb tülkünün halına
Doyunca güldü sərçəcik.
Müəllif: Zahid Xəlil
XƏBƏR LENTİ
Həftəsonu küçəyə çıxanları nə qədər cərimə gözləyir? - VİDEO
Qadınlarda menopauza və müalicəsi
Dadlı tort (foto resept)
Günün qoroskopu - 20.11.2013
Zorakılıq, qızlara yoxsa cəmiyyətə?
Nobel Sülh mükafatına namizədlər açıqlandı
16 kameralı smartfon gəlir
Şumaxer ayıldı və xəstəxanadan çıxdı
Sevgi, evlilik: ən gözlənilməz təklifi kim edəcək?
Saxta kosmetik vasitələr müxtəlif fəsadlara yol açır
Koronavirus vaksininin qiyməti açıqlandı
Yazın ilk çiçəyi
FHN əməkdaşları üçün yeni yaşayış binaları istifadəyə verildi
Fərqlilik sevənlər üçün gəlinliklər
Oskar almağa ən çox şansı olan filmin adı açıqlandı
Bahar Muradovadan Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi iddiaları ilə bağlı AÇIQLAMA
Tibb tarixində DAHA BİR İLK: xəstə 3000 km məsafədən əməliyyat edildi
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
İbrahim Tatlısəs Sibel Canın konsertində ağladı - FOTO
116 ildir yanan lampanın QƏRİBƏ HEKAYƏSİ
Con Frenç Sloanın rəsmləri (3)
BÜRCLƏR bizə nə vəd edir? - 12 APREL
“Taxt-tac oyunları” -nın məşhur aktyoru koronavirusa yoluxdu-FOTO
İlham Əliyev: Niyə də olmasın?
Körpü altında studiya tikdi
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Bakıdadır
Evdə pomidor konservi (foto-resepti)
Qarderobunuzdan yer tutan geyimlər
Bella Hadid ərə gedir-FOTO
Azərbaycan Dövlət Miqrasiya Xidməti noyabr ayı üzrə vəziyyəti açıqladı
Ronaldu PSJ klubuna keçə bilər
Həbsxanadan belə qaçış ancaq filmlərdə olur - FOTO
Fəxrəddin Manafov xanımı ilə - mediada ilk
Özcanla Mahsun Kırmızıgül övladları ilə _FOTO
3 günə 5 kilo arıqladan qatıq pəhrizi
Günün qoroskopu: qərarları vaxtında və sürətlə qəbul edin
Hamiləlikdə qadın psixologiyası
Bu şəxlər 190 manat ala bilməyəcək - Rəsmi
Sərinlədən soyuq şorba (foto-resept)
Tapılan qədim sikkələr dünyanı şoka saldı - FOTO
Bakının ən böyük prospektlərdən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bu sezon ən iddialı trendləri
Avropa İttifaqı Krıma uçuşlara müvəqqəti qadağa qoyub
Diri toyuqların satışı məhdudlaşdırılacaq
"Ömürlük deputatlar" parlamentlə vidalaşır
"Gəlin" ləqəbli şəlalə
Ronaldonu hələ bu qədər "şirin" görməmişdiniz - VİDEO
Şəhid əsgərimiz təltif edildi
Danışa bilməsə də, milyonlar onu seçdi-FOTO
Bu dəfə Kənanla Kıvanç “toqquşacaq”
- ŞƏRHLƏR