Otuz altı altı
Ay uşaqlar, işlərim
Yaman düşübdür tərsə.
Hazırlaşa bilmədim,
Düzü, sabahkı dərsə.
Barı xəstələnəydim,
Qalxaydı hərarətim.
Qurtaraydı canımı
Sabahkı dərsdən mənim.
Təlaşla, həyəcanla
Termometrə baxıram.
Hanı mənim qızdırmam?
Niyə azarlamıram?
Qarnım da heç ağrımır,
Sağlamam, nə bəladır?
Yenə də hərarətim
Otuz altı, altıdır.
Demək, səhər səkkizdə
Məktəbə getməliyəm.
Nahara qədər orda
Gör nələr etməliyəm.
Lövhə önündə susub
Pörtüb qızarmalıyam.
Heç nə bilmirəm axı,
Nədən danışmalıyam?
Yenə də hərarətim
Otuz altı, altıdır.
İsticə nəfəsimi
Mən ona üfləyirəm.
Şirin dillə yalvarıb
Yavaşca söyləyirəm:
- Əzizim, canım civə,
Yüksəl, yüksəl bir qədər.
Məktəbdən qalmaq üçün
Otuz yeddi bəs edər.
Ah, nə gözəl! Nəhayət!
Otuz yeddi və iki!
Sevincimdən o saat
Başım gicəlləndi ki.
- Xəstəsən, əziz balam?
- Hə, deyəsən, naxoşam.
- Onda tez bircə uzan,
Yerindən durmayasan.
İndi mən uzanmışam,
Yerim yorğan altıdır.
Əslində hərarətim
Otuz altı, altıdır.
S.Mixalkov
Tərcümə: G.Orucova
Qələm
Müəllimin qələmi
İnci düzdü vərəqdə.
Baxıb həmin qələmdən
Aldı o gün Şəfəq də.
Yenə də "kotan əkib",
O, dəftəri "dağladı".
Yağlıca "iki" alıb
Acığından ağladı.
Elə bilirdi ki, sehr
Qələmin felindədir.
Demirdi ki, bəs qələm
Gör kimin əlindədir.
Vəli Əhməd
Ağıllı qarışqa
Bala dovşana dedi anası:
- Gəl, kömək elə mənə, qadası!
Görürsən işim başımdan aşır.
Sən də buğdanı yuvaya daşı.
- Mən oynamağa gedirəm axı!
Deyib boz dovşan qaçdı aşağı.
Gördü yamacda kiçik qarışqa
Kələm daşıyır öz yuvasına.
Dedi: - Balaca, işləmə bunca!
Gəl, oynayaq biz yamac boyunca.
Qarışqa dedi: - Sonra oynaram,
Mənə bu işi tapşırıb anam.
Hikmət Ziya
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Evinizi payıza hazırlamaq üçün 5 yol
Füzuli rayonunun işğaldan azad edilmiş kəndlərinin yeni görüntüləri - VİDEO
Mətbəx üçün pərdələr
Atəşkəs rejimi yenə pozuldu
Xaşxaşlı piroq (foto resept)
Bakıda qəribə mənzərə: bala yad olmur
İlk görüşdə bu yeməklərdən uzaq olun
Qozun faydaları
25 gün ancaq maye qəbul edən qız öldü - FOTO
Aydan Şener hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Görmə qəflətən itsə, nə etmək lazımdır?
Bu, milyon ildə bir olur
Qoltuq altı qaralması
Uşağın terapiyaya getməli olduğunu göstərən hallar
Ermənistan və İran arasında vizasız səfərlərin tətbiqinə başlandı
Azərbaycanda erkən nikah quranların sayı ilbəil artır
İcbari tibbi sığortadan istifadə etmək istəyənlərin NƏZƏRİNƏ
Universitetlər paytaxtda olmayacaq
Oyunlardan nə qazanacağıq?
HAVA necə olacaq?
HAVA necə olacaq? 24 İyun
Meyvə ətirli parfümlər
FİFA klubumuzu sərt cəzalandıra bilər
İt yiyəsinə 200 min dollar qazandırdı
Acundan dünya tv tarixində İLK – FOTO
Bu qəsəbələr içməli suya həsrət qalacaq
İş yerində sağlam qidalanın
Bakı tam dəyişəcək: paytaxtı tanıya bilməyəcəksiniz
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
“Çukur”da yeni aktyor
Duanın insana faydası
Baş infeksionist toylara icazə verilməsi barədə: "Ehtimal çox yüksəkdir..."
Saçların tez uzanması üçün üsullar
Bu günün hava proqnozu
COVID-19 statistikası: Ən çox ölüm bu yaş aralığındadır
Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı
Ən yaxşı hellouin geyimləri
Operativ Qərargah xəbərdarlıq etdi
Kəsmikli bağlama (foto resept)
Ermənistanda həbs dalğası
Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxdu - RƏSMİ
Bayram bazarlığı: Əliniz cibinizdə olsun!
Mən səni necə sevirəm?!
Yaxın 16 ildə mən nə edəcəyəm?
Yeri asteroiddən qorumağın yolu-FOTO
Həyat dərsi
2020-ci ilin ayaqqabı trendləri
Dünyanın "ən xəyanətkar" qadını-FOTO
Qurudulmuş Xarı bülbülün kədərli hekayəsi: “Qardaşım itkin düşdü, Xarı bülbül bir də olmadı” - VİDEO
Yay geri qayıdır















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]