Qadin.NET / Uşaq şeirləri

Uşaq şeirləri

Otuz altı altı

Ay uşaqlar, işlərim

Yaman düşübdür tərsə.

Hazırlaşa bilmədim,

Düzü, sabahkı dərsə.


Barı xəstələnəydim,

Qalxaydı hərarətim.

Qurtaraydı canımı

Sabahkı dərsdən mənim.


Təlaşla, həyəcanla

Termometrə baxıram.

Hanı mənim qızdırmam?

Niyə azarlamıram? 

Uşaq şeirləri

Qarnım da heç ağrımır,

Sağlamam, nə bəladır?

Yenə də hərarətim

Otuz altı, altıdır.


Demək, səhər səkkizdə

Məktəbə getməliyəm.

Nahara qədər orda

Gör nələr etməliyəm.


Lövhə önündə susub

Pörtüb qızarmalıyam.

Heç nə bilmirəm axı,

Nədən danışmalıyam?


Yenə də hərarətim

Otuz altı, altıdır.


İsticə nəfəsimi

Mən ona üfləyirəm.

Şirin dillə yalvarıb

Yavaşca söyləyirəm:

Uşaq şeirləri

- Əzizim, canım civə,

Yüksəl, yüksəl bir qədər.

Məktəbdən qalmaq üçün

Otuz yeddi bəs edər.


Ah, nə gözəl! Nəhayət!

Otuz yeddi və iki!

Sevincimdən o saat

Başım gicəlləndi ki.


- Xəstəsən, əziz balam?

- Hə, deyəsən, naxoşam.

- Onda tez bircə uzan,

Yerindən durmayasan.


İndi mən uzanmışam,

Yerim yorğan altıdır.

Əslində hərarətim

Otuz altı, altıdır.

S.Mixalkov

Tərcümə: G.Orucova

Uşaq şeirləri

Qələm

Müəllimin qələmi

İnci düzdü vərəqdə.

Baxıb həmin qələmdən

Aldı o gün Şəfəq də.


Yenə də "kotan əkib",

O, dəftəri  "dağladı".

Yağlıca "iki" alıb

Acığından ağladı.


Elə bilirdi ki, sehr

Qələmin felindədir.

Demirdi ki, bəs qələm

Gör kimin əlindədir.

Vəli Əhməd

Uşaq şeirləri

Ağıllı qarışqa

Bala dovşana dedi anası:

- Gəl, kömək elə mənə, qadası!

Görürsən işim başımdan aşır.

Sən də buğdanı yuvaya daşı.


- Mən oynamağa gedirəm axı!

Deyib boz dovşan qaçdı aşağı.

Gördü yamacda kiçik qarışqa

Kələm daşıyır öz yuvasına.


Dedi: - Balaca, işləmə bunca!

Gəl, oynayaq biz yamac boyunca.

Qarışqa dedi: - Sonra oynaram,

Mənə bu işi tapşırıb anam.

Hikmət Ziya 

17 avqust 2014
GO BACK