“Paytaxtda keçiriləcək Bakı-2015 Avropa Oyunlarına hazırlıq məqsədilə Nəqliyyat Nazirliyində tədbirlər planı hazırlanıb. Bu planın həyata keçirilməsi üçün xüsusi kommissiya işləyir. Bu işlər görüləndən sonra Bakını tanımayacaqsınız, Bakı tamam dəyişəcək”.Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANSPRESS-ə açıqlamasında belə deyib. Onun sözlərinə görə, magistral yolların çəkilməsi, şəhər nəqliyyatında, eyni zamanda intellektual idarəetmə sistemilə bağlı böyük planlar var.“Bakı nəqliyyatının inkişaf etdirilməsi çərçivəsində ehtiyat sürücü bazası yaradılır. Həmin sürücülərin xarici dilə yiyələnmə məsələsi aktualdır. Sürücülərin geyim forması hazırlanır. Yaxın günlərdə avtobus sürücüləri vahid geyim formasına keçəcəklər. Hələlik bu formaların iki nümunəsi hazırlanır. Yoxlamalardan sonra onlardan biri seçiləcək və təsdiqlənəcək”, - deyə Namiq Həsənov bildirib.Nazirlik rəsmisinin sözlərinə görə, Bakıya yeni orta və iri tutumlu avtobusların gətirilməsi planlaşdırılır. Bu avtobuslar şəhərdaxili sərnişin nəqliyyatında işləyəcək. Həmin avtobuslar eyni zamanda Bakıya gələn qonaqlara xidmət göstərəcək.Digər yeniliklərdən biri də avtobus dayanacaqlarında “Wi-Fi” sistemi quraşdırılmasıdır. Bununla da, dayanacaqda dayanıb, avtobus gözləyən sərnişinlər itirdikləri vaxtdan səmərəli istifadə edə biləcəklər.Namiq Həsənov onu da bildirib ki, bu ilin sonuna qədər Bakıya əlavə olaraq 500 yeni taksi də gətiriləcək. Bununla da, paytaxtın taksi sistemi tamam dəyişəcək.“Artıq taksidən istifadə edənlərin təhlükəsizliyi tam təmin olunacaq. Əhaliyə və gələn qonaqlara mədəni və təhlükəsiz daşınma xidməti göstəriləcək”, - deyə N.Həsənov əlavə edib.Əsas yeniliklərdən biri də, paytaxtda mövcud tıxacın qarşısını almaqdır. Bu istiqamətdə görülən ən vacib işlərdən biri avtomobil saxlamaq üçün xüsusi parkinqlərin salınmasıdır. Nazirlik rəsmisi deyir ki, həmin parkların bəziləri hətta əhaliyə pulsuz xidmət göstərəcək. Bu parklama yerlərinin salınması yollarda tıxacın aradan qaldırılmasına xidmət edəcək.Digər yeniliklərdən biri də, paytaxtda xüsusi dayanma-durma nöqtələrinin yaradılmasıdır. Belə məntəqələr yaradılandan sonra, bəzi ərazilərdə sürücülər avtomobillərini müvəqqəti olaraq saxlaya bilcəcəklər. Bununla da, harda gəldi avtomobil saxlayanlar olmayacaq.
Namiq Həsənov onu da əlavə edib ki, ən əsas problemlərdən birinin həlli istiqamətində artıq yekun işlər görülür. Onun sözlərinə görə, Dərnəgül istiqamətində salınan yeni yol qovuşağı yaxın vaxtlarda istifadəyə veriləndən sonra Bakıda demək olar ki, tıxac problemi olmayacaq.“Bakının əsas avtomobil hərəkətini təmin edən Dərnəgül istiqamətindəki yeni yol qovşağının tikintisi yekunlaşmaq üzrədir. Bu yol istifadəyə veriləndən sonra paytaxtın əksər hissələrində hərəkət sıxlığı tamam aradan qalxacaq”, - deyə Namiq Həsənov bildirib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Mikroelementlər-1
Nüsrət Ərzurumdan FOTO paylaşdı
Xanımlarımız üçün gündəlik sadə makiyajlar
Hadise yeni imicdə-FOTO
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Azərbaycanda zəlzələ oldu
Koronavirusla bağlı son STATİSTİKA
Radio və televiziya işçilərinin peşə bayramıdır
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
CeyLo Türkiyədən 1 milyon qazanıb
Günün ulduz falı
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Koronavirusun qalıcı ZİYANLARI
Ətli blinçik (foto resept)
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Milyaderlər uşaqlarına nə hədiyyə edir?
Akın əsil adını açıqladı
Hava haqqında
Qışda güllərə necə qulluq etməli?
Aydın-Qərb, Qaranlıq-Şərq?
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO
DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!
Yerlərinə yapışdır
Subaylar üçün vacib xəbər
HAVA necə olacaq?- 16 APREL
Depressiya əleyhinə 7 faydalı qida
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Balıq satışı qaydaları sərtləşdirildi
Hellouindəki qeyri-adi kostyumlar
Hərəkətin möcüzəvi gücü (Son)
Məşhurların kompleksləri
Sərnişinlərə şad xəbər
Məşhur cütlüyün övladı olacaq-FOTO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Cobs haqqında film bəyənilmədi
Pomidorlu düyü şorbası (foto resept)
Leyla Əliyeva atasını belə təbrik etdi - VİDEO
Əks cinsi 7 saniyəyə valeh edin
Məşhur bədən boyama festivalı
Qış aylarında körpə gəzintisi
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Jasmin çayının faydaları
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bu günün hava proqnozu
Bakı sakini nazirliyə ceyran bağışladı
Yedikləriniz əhvalınıza təsir edir
- ŞƏRHLƏR