Vunderkindi necə tanımaq olar?
-O,artıq 3 yaşında kitab oxumağı,rəsm çəkməyi,yazmağı və saymağı bacarır.
-Məktəblilər üçün icad olunmuş psixoloji oyunlar oynayır.
-Məişət texnikası ilə maraqlanır.
-Mobil telefonda oyun oynayıb, kompüterdə fayllar açır.
-Valideynlərindən onu rəqsə, rəssamlığa və digər dərnəklərə yazdırmağı tələb edir.
Uşaq nə qədər kiçikdirsə, onun istedadını müəyyənləşdirmək bir o qədər çətindir. Ona görə də uşaq böyüdükcə onunla işləmək lazımdır. Psixoloqların araşdırmalarına görə,istedadı olmayan uşağa vaxt və pul sərf etməklə,onu yüksək istedad sahibi etmək olmaz. İstedadı olmayan uşağı güclə sənətə gətirən valideyn faciəvi finalla qarşılaşacaq. Valideynin təkidi ilə sənət sahibi olan uşaq hobbisindən və əyləncəsindən məhrum olur. Sənət yolunu valideynin istəyinə görə müəyyənləşdirən uşaq 20 yaşında yorulur və əsəb gərginliyi keçirir. Bu yorğunluğun fəsadları mədə xorası, hipertoniya və stenokardiyadır. Vunderkindlər hər hansı bir sahəyə yiyələnmək üçün böyük əmək sərf edirlər. Onlar uşaqlıq yaşamır, oyun oynamır, dostları ilə münasibət qurmurlar.
Uşaq qeyri-adi qabiliyyətini itirə bilər?
Heç kim zəmanət verə bilməz ki, 5 yaşlı uşağın istedadı onun 20 yaşında da özünü göstərəcək. Çünki uşaq dil açıb,danışdığı ərəfədə onun qeyri-adi istedadı olmur. Bu zaman onun nitq fəaliyyəti güclənir, uşaq bütün gücünü danışmağa və yeni sözlər öyrənməyə sərf edir. Qeyri-adi istedada malik uşaqlar əsasən,riyaziyyat,fizika və kimya elmlərinə meyilli olurlar. Bu həvəs uşağın inkişaf mərhələsində getdikcə itə bilər. Lakin valideyn bu istedadı uşağında inkişaf etdirsə,övladı gələcəkdə şahmat üzrə çempion da ola bilər.Uşağı hər kəsin yanında tərifləmək də olmaz. Bununla uşağın psixikasını korlayarsız.Çünki bu halda uşaq istedadına güvənib, daha öz üzərində işləməyəcək. Uşaqların istedadına biganə yanaşan valideynlər övladlarında olan vunderkindliyi yox edirlər. Ona görə də uşağın gizli istedadını aşkara çıxartmaq və imkan daxilində ondan daha çox nailiyyət tələb etmək lazımdır. Vunderkind valideyni olmaq istəyirsinizsə, uşağınızın gələcəkdə hansı peşə sahibi olacağını proqnozlaşdırmayıb,bu vəzifəni onun öhdəsinə buraxın.
Montessori sistemi
Psixoloqlar uzun illər vunderkind uşaqları başqa həmyaşıdlarından fərqləndirən cəhətlərı araşdırıblar. Uşaqların psixologiyasına yaxından bələd olan italyan pedaqoqu-defektoloq Mariya Montessori bu vəzifəni öz boynuna götürdü və problemin həllini əqli cəhətdən zəif inkişaf etmış uşaqlarda gördü. Onların problemləri məşğul olan müəllimə çox maraqlı faktlar aşkarladı. Montessori uşaqlara hələ çox kiçik yaşlarında kartondan evlər, şəkil üçün çərçivə və oyuncaqlar düzəltməyi öyrədirdi. Müəllimə keçirdiyi mütəmadi məşqlər sayəsində onlara nəinki danışmağı, həm də oxuyub-yazmağı öyrətdi. Montessori bir faktı da aşkarladı ki, bu uşaqlar dərslərini normal həmyaşıdlarından daha tez qavrayırdılar. Müəllimə belə nəticəyə gəldi ki,oyun dərsləri normal uşaqların da inkişafına kömək edir. Beləliklə, Montessori Avropa ölkələrində öz tədris sistemini tətbiq edir. Beləcə, bağçalarda uşaqlara rəngarəng muncuqlardan boyunbağı düzəltmək və şəkillər vasitəsiylə kitab oxumaq öyrədilir.Bu dərslər uşaq fantaziyasını və təxəyyülünü inkişaf etdirir. Nəticədə məlum olur ki, uşaqla uzun zaman ünsiyyətdə olmadıqda, o, emosional, psixi və psixosomatik gərginlik keçirir. Bu vəziyyət vunderkind uşaqlara da aiddir.
Psixoloq məsləhəti
-Uşağın uğurlarını camaat arasında nümayiş etdirməyin. O zaman uşaq özü üçün yox,özünü qohumlara, dost-tanışa və anasının rəfiqələrinə göstərmək üçün çalışacaq.
-Uşağı dərslərlə çox məşğul etməyin.
-Uşaq hansı fənnə daha çox meyl göstərərsə, o, həmin sahədə də inkişaf edəcək.
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR