Azot.
Təxminən iki yüz il bundan əvvəl alimlər müəyyən etmişlər ki, atmosferdə nəfəs almağa yaramayan və alov törətməyən bir qaz var. Atmosferin təqribən 4/5 hissəsi bu qazdan ibarətdir. Yeni tapılmış qazı "azot" adlandırdılar. Yunan dilində "azot" , "həyat üçün yararsız" deməkdir. Laboratoriya şəraitində azot başqa elementlərlə birləşmirdi. Tezliklə məlum oldu ki, təbiətdə müxtəlif elementlərin tərkibində azota rast gəlmək olur. Kənd təsərrüfatında tarlalarda gübrə kimi istifadə edilən şora insanlara çoxdan məlumdur. Latın dilində azotun adı da elə "nitrogenium", yəni "şora törədən" deməkdir.
Bəs necə olur ki, atmosferdə azot başqa elementlərlə birləşir? Əvvəla, tufan zamanı ildırım bir anlığa havanın temperaturunu elə yüksəldir ki, həmin yerdə azotun molekulları sürətlə hidrogen, oksigen və s. elementlərin molekulları ilə birləşir. Bu birləşmələr yağış suyunda həll olur və torpağa keçir.
Azot zülalların tərkibinə daxil olan maddələrdən biridir. Zulallar isə bildiyimiz kimi, bütün canlıların həyatının əsasıdır. Deməli, azotsuz yer üzündə həyat ola bilməz. Azot təbiətdə daim dövr edir. Tərkibində azot olan birləşmələrdən süni liflərin, dərmanların, partlayıcı maddələrin, rənglərin, lakların və bir çox başqa şeylərin istehsalında istifadə edilir.
Ay
Ay yerə ən yaxın göy cismidir. Yerin yeganə təbii peykidir. O daim yerin ətrafına dolanır. Yerdən aya qədər olan məsafə 356 min -- 407 min kilometr arasında dəyişir, çünki Ay Yer ətrafına uzunsov çevrə -- ellips boyunca dolanır.
Ay yerdən diametrinə görə 4 dəfə, həcminə görə 49 dəfə kiçikdir. Yer kürəsini təşkil edən maddələrdən hər biri Ay ağırlığında olan 81 kürə düzəltmək olar. Yerdən adi gözlə Ayda boz ləkələri həmişə seçmək olur. Bu o deməkdir ki, Ayın yalnız bir tərəfi daim Yerə yönəlmişdir. Ay öz oxu ətrafında 27,2 günə fırlanır. Bu müddət bir ay günü (sutkası) adlanır. Ayın Yerdən görünməyən tərəfini kosmik uçuş aparatları ilə öyrənmək mümkün olmuşdur. Ay özü işıq saçmır, Ay işığı isə onun səthində əks olunan Günəş şüalarından ibarətdir. Günəş tərəfindən tam içıqlandırılmış üzü Yerə tərəf çevrildikdə biz onu işıqlı disk şəklində görürük. Bu, bədirlənmiş Ay adlanır. Ay Yer ilə Günəş arasında olduqda isə biz Ayı tamam görmürük. Buna təzə Ay deyirlər.
Bəzən təzə Ay zamanı Ay Günəşin qarşısını kəsir, belə dəqiqələrdə Günəş tutulması baş verir. Yaxud elə olur ki, bədirlənmiş Ay zamanı Yer onun üzərinə kölgə salır və bu zaman Ay tutulması baş verir.
Qədimdə Aydakı boz ləkələri dəniz hesab edirdilər. İndi biz yaxşı bilirik ki, Ayda bi damcı da su yoxdur. Ayda yüksək dağ silsilələri, xüsusiylə çoxlu dairəvi dağlar - kraterlər var. Bu kraterlərin bəziləri meteoritlərin Ay səthinə düşməsi nəticəsində, ən iri kraterlər isə vulkan püskürməsi nəticəsində yaranmışdır. Ay səthindəki obyektlərə əfsanəvi qəhrəmanların, yaxud görkəmli alimlərin adları verilmişdir. Məsələn, 74 nömrəli obyekt Azərbaycan ensiklopediyaçı alimi Nəsrəddin Tusinin adınadır.
Ayın səthində istilik çox vaxt 130 dərəcəyə çatır, gecələr isə, əksinə, mənfi 170 dərəcə şaxta olur.
Ayı
Yəqin ki, heyvanxanada, sirkdə, filmlərdə qonur ayını, ağ ayını görmüsünüz. Qonur ayı ilə ağ ayı bir-birindən görkəmcə çox fərqlənirlər. Qonur ayılar sarımtıl, qəhvəyi və hətta qara rəngdə olurlar.
Ağ ayılara yalnız Arktikada rast gəlmək olar. Bütün ömrünü buzlar üzərində, suda keçirən ağ ayı saatda 4-5 kilometr sürətlə uzun müddət üzə bilir. Suiti, balıq və quşlarla qidalanır. Dişi ağ ayı doğuş vaxtı buz kahaya girir. Çəkisi 700 kiloqram (erkəkləri 1000 kiloqramadək) olan bu nəhəng heyvanın təzə dogulmuş balaları siçovuldan bir az böyük olur. Balaları böyüməyincə ana ayı kahasından çıxmır.
Qonur ayılar Avropada, Asiyada, Şimali Afrikada və Şimali Amerikada yaşayır. Ölkəmizin cənub rayonlarından başqa, demək olar ki, bütün meşələrdə qonur ayı var. Qonur ayılar meşə giləmeyvələri, bitki kökləri, meyvələrlə qidalanırlar: böcəkləri və sürfələri torpaqdan qazıyıb çıxarır, qurbağa və balıq tuturlar. Ayı balı çox sevir, hətta arıların sancması da onu qorxutmur, təki bal olsun.
Ayı qış yuxusuna gedib yazadək rahat yatmaq üçün payızda özünə istədiyi sığınacaq axtarıb tapmalıdır. Əgər ayı payızda lazımı qədər piylənməsə, kahaya girməz, bütün qışı ac-yalavac gəzər və çox acıqlı olar.
Ayı ayıq yatır, bədənin temperaturu aşağı düşmür. Qonur ayılar 50 ilədək yaşayırlar. Qonur ayılar yaxşı əhliləşir. Hələ qədimdən qaraçılar, ayıoynadanlar ayılarla kənd və şəhərləri gəzir, camaata qəribə oyunlar göstərirdilər. Ağ ayılar isə "dərslərini" çətin öyrənən "şagirdlərdir". Bir çox təcrübəli təlimçilər ağ ayını ən təhlükəli heyvan hesab edirlər.
Aysberq
"Aysberq" sözü holland və ingilis dillərindən Azərbaycan dilinə tərcümədə "buz dağı" deməkdir. Doğrudan da aysberqlər qütb sahələrindəki buzlaqların dənizə sürüşüb düşməsindən yaranır. Bu belə olur: buzlağın ucu bir müddət dəniz üzərində sallanıb qalır, qabarmalar, axınlar, küləklər onun özülünü tədricən oyub nazikləşdirir. Nəhayət, buzlaq sınıb qopur və gurultu ilə suya düşür. Aysberqlər çox böyük olmur; uzunu 1-2 kilometr, eni yarım kilometr. Lakin bəzən uzunu onlarca kilometr, hündürlüyü 100 metrdən çox olan nəhəng buz dağlarına da təsadüf edilir.
Aysberqin vətəni Arktikanın və Antarktikanın buzlaqlarıdır.
Okeanda aysberqlərlə qarşılaşmaq çox təhlükəlidir. 1912-ci ildə Amerikadan Avropaya üzən böyük sərnişin gəmisi "Titanik" dumanda aysberqlə toqquşub məhv olmuşdu.
Bəs aysberqi yedəklə limana gətirib onu "lövbərdə" saxlamaq və beləliklə, milyonlarla adamı, həmçinin əkin sahələrini su ilə təchiz etmək mümkün deyilmi? Alimlər bu sualı həyata keçirmək üçün çox çalışırlar. Artıq Avstraliyada belə bir təşəbbüs edilmişdir.
Akvarel
Latın dilindəki "akva" -- "su" sözündən əmələ gələn "akvarel" sözü su ilə qarışdırılan rəng deməkdir. Bu sulu şəffaf boyalar hələ qədim dövrlərdə məlum idi. Lakin Qədim Misirin və antik dövrün rəssamları onlara ağ boyaq qatırdılar. İndi sizin işlətdiyiniz təmiz, qatışıqsız akvareldən 15-ci əsrdə istifadə etməyə başlamışdılar.
Akvarellə gözəl təbiət mənzərəsini, açıq səmanı, aydın səhəri, canlı təbiətin ən incə rənglərini çəkmək mümkündür. Belə rənglə işlənmiş rəsm əsərləri də akvarel adlanır.
Məşhur Azərbaycan rəssamları Ə.Əzimzadə, B.Kəngərli, M.Abdullayev, T.Salahov, Y.Hüseynov və başqaları gözəl akvarellər yaratmışlar.
XƏBƏR LENTİ
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Balotelli: "Messi və Ronaldu da..."
Bekhem Seriala Çəkildi - FOTO
Azərbaycanda Nazirlikdə "SOS"!
Xocalı qətliamı zamanı əsir düşən musiqiçi "Əl-Cəzirə"yə danışdı
Xilaskarlarına minnətdar olan heyvanlar
Ezgi Mola ərə gedir
Gözəl ayaqlara sahib olaq
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Qar yağacaq!
Bunlar kişilər üçün zərərlidir
2011-ci ilin gecə geyimləri
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur... - FOTO
Bakının bir hissəsinə su verilməyəcək
Dünyanın ən gözəl və qeyri-adi meşələri
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hər şeyin balacası
İNANILMAZ: Meşə insanları
Günəş ləkələrinə qarşı nə etməli?
Hava haqqında - 12.11.2013
2019 ayaqqabı trendləri
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
2019 Məzuniyyət Saç Modelləri
Uşağın makrozomik olaraq doğulması
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Sabahdan məktəblər bağlanır
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Cərimələr azalır
BÜRCLƏR bizə nə vəd edir?- 29 yanvar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Soçi bitdi, savaş olacaq?
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Uzun saçlara necə qulluq etmək lazımdır?
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
Kağızdan portretlər
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Böyrək daşı xəstəliyi 2-ci hissə
Günün ulduz falı - 28.08.2013
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Ölkədə gediş haqları dəyişibmi?
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
55 yaşlı Tarantino ilk dəfə evləndi
- ŞƏRHLƏR