Məşhur maniken Ebru Şallı son zamanlarda qatıldığı bütün televiziya proqramlarında yeni enerji maskasından bəhs edir. Bəs onun yeni enerji maskası nəyə yarayır və tərkibi necədir? Ebru Şallının asanlıqla hazırlana biləcək maska tərifləriylə qırılan dırnaqlara, cansız saçlara,qırışlara və selülitlərə vida edə bilərsiniz.
1. Qara nöqtələri yox etmək üçün maska
Tərkibi:
3 yemək qaşığı yulaf əzməsi
1 stəkan su
Yulaf əzməsini suda qaynadın və yaxşıca əzin. Soyuyandan sonra üzünüzə sürtün. 15 dəqiqə saxlayıb yuyun.

2. Dəri toniki
Tərkibi:
2 yemək qaşığı quşburnu
1 stəkan su
Quş burnunu, suda 10 dəqiqə qaynadıb süzün. Pambığı suya batırıb dərinizi silin. Məsamələrinizin möhkəmləşdiyini görəcəksiniz. Həftədə 2-3 dəfə tətbiq edin.

3. Göz kənarı qırışları üçün maska
Tərkibi:
1 çay qaşığı limon suyu
1 çay qaşığı zeytun yağı
1 çay qaşığı jojoba yağı
Bütün vəsaitləri qarışdırın. Göz ətrafına çəkib, 15 dəqiqə sonra ilıq suyla yuyun.

Tərkibi:
2 yemək qaşığı cökə
1 qəhvə fincanı süd
Mətbəx robotuna isti süd qoyun. Cökəni də əlavə edib əzin. Hər gecə yatmazdan əvvəl dərinizə sürüb 15 dəqiqə gözləyin. Daha sonra yuyun. Həftədə 2 dəfə gecə yatmazdan əvvəl tətbiq edin.

5. Makiyaj təmizləmə toniki
Tərkibi:
1 çay stəkanı gül suyu
2 yemək qaşığı ərik yağı
2 yemək qaşığı jasmin yağı
Bütün vəsaitləri bir şüşəyə töküb çalxalayaraq qarışdırın. Pambığa tökərək makiyajınızı silin. Bu qarışığı uzun müddət istifadə edə bilərsiniz.

6. Selülit maskası
Tərkibi:
1 yemək qaşığı bibər yağı
1 yemək qaşığı limon yağı
1 yemək qaşığı dəfnə yağı
Yağları qarışdırıb selülitli bölgələrə yumşaq hərəkətlərlə masaj edərək sürtün. Bir saat gözləyib ardından ilıq suyla yuyun.

7. Nəmləndirici maska
Tərkibi:
2 yemək qaşığı qliserin
3 yemək qaşığı bal
1 ədəd limonun suyu
Bütün vəsaiti krem konsistensiyasına gələnə qədər yaxşıca qarışdırın. Dərinizə sürüb 15 dəqiqə gözləyin və ilıq suyla durulayın. Bu maska dərinizi nəmləndirəcək.

8. Əl və dəri qırışları üçün maska
Tərkibi:
2 ədəd portağal qabığının rəndəsi
2 çay qaşığı yasəmən yağı
1 çay qaşığı bənövşə yağı
1 ədəd yumurtanın sarısı
Bütün vəsaiti qarışdırıb əllərinizə sürtün. 20 dəqiqə gözləyin və masaj edərək yuyun.

9. Tez qırılan dırnaqlar üçün losyon
Tərkibi:
1 su stəkanı ilıq su
1/2 ədəd limonun suyu
1 çay qaşığı duz
4 yemək qaşığı badam yağı
Bütün vəsaiti bir şüşədə qarışdırın. Dırnaq diblərinizə masaj edərək gündə 2 dəfə sürtün.

10. Saç gücləndirici maska
Tərkibi:
4 yemək qaşığı hind qozu yağı
2 yemək qaşığı şam qozası yağı
1 ədəd yumurta sarısı
Bütün vəsaiti qarışdırıb saç diblərinə sürtün. 30 dəqiqə gözləyib yuyun. Həftədə bir dəfə bu maskanı tətbiq edin. Saçlarınızın gücləndiyini görəcəksiniz.
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR