İndi saçağarmaya yaş qoymaq mümkün deyil.Çünki 15 yaşından oğlan və qızların saçlarında ağarma başlayıb.Hətta aktrisa Beren Saatın 28 yaşı olmasına baxmayaraq, saçlarında çoxlu ağlar var.Aktrisa ağ saçlarını sevir,onlara toxunmur,rəngləmir,görünməsindən də utanmır.Bəlkə biz də onun kimi davranaq? Ağ saçlarımızı qəbul edək, onlardan utanmayaq..Biz onları gizlətdikcə, onlardan qaçdıqca daha da çoxalır.
Saç necə ağarır?
Saçın kökündə olan rəng hüceyrələri - melaninin istehsalı hansısa səbəbdən dayanır. Melanin olmadıqda tük gümüşü çalar alır.Əgər ağ tükə mikroskop altında baxsaq, şəffaf boruya bənzər bir şey görərik.Deməli,melaninin əmələ gəlməsini normallaşdıran və artıran üsullar tapılmalıdır.
Güclü stres və yorğunluq orqanizmin ümumi işinə mənfi təsir etdiyi üçün arada fasilə vermək,tam rahatlanmaq,meditasiya etmək lazımdır.Bunun üçün evdən harasa getməyə ehtiyac yoxdur.Relaks pulsuz həzzlər siyahısındadır. Uzanın,bütün əzələlərinizi boşaldın, telefonda və ya diskdə relaks musiqi - rahatlandırıcı melodiya,meşə,dəniz,təbiət səslərini dinləyin.
Səbəb axtarmayaq. Hansından deyək?
*Genetik səbəblər-nəsildən gələn
*Stres,əsəb,fikir
*Qorxu,həyəcan,uğursuzluq
*Qeyri-normal qidalanma
*Düzgün olmayan cinsi həyat
*Alkoqol,siqaret
*Yuxunun pozulması
*Qalxanabənzər vəzi və mədə-bağırsaq sisteminin pozulması
*Günəşin altında çox qalmaq
Ağ saçları qopardımmı?
Əsla. El arasında deyirlər ki,ağ tükü qopartmaq onun daha da yayılmasına səbəb olur.Bu həqiqətən də belədir.Hələ ki, bunun elmi səbəbini araşdırmayıblar,amma gerçəkdən ağ tükləri qopartdığınız yerdən yenə də ağ tük çıxacaq.
Sarmısaqlı maska
2 diş sarmısağı əzin, kütləni saçın yalnız diblərinə sürtün.Əgər saçınız qurudursa, bu kütləyə bir az ayıpəncəsi yağı damızdırın.Başınızı dəsmalla sarıyın,2 saat sonra yuyun.Ancaq isti su ilə yuyub,axırda alma sirkəsi qatılmış su ilə yaxalayın ki,kəskin qoxu hiss olunmasın.
Kök və limon maskası
Bir xörək qaşığı kök şirəsinə eyni miqdarda limon suyu qatın.Kütləni saçın diblərinə çəkin.40 dəqiqə sonra ilıq su ilə yuyun.
İtburnu losyonu
İtburnunu termosda 12 saat dəmləyin.Sonra şüşə qaba süzün.Bu losyonla baş dərisini həftədə 2-3 dəfə silin.Yumağa ehtiyac yoxdur.Losyon saçların sürətlə ağarmasının, dibdən ağ saçların çıxmasının qarşısını alır.Əslində bu losyon, yağ və maskalara gənc yaşlardan başlamaq lazımdır ki,saçlar qidalansın,qüvvətlənsin.
Diqqət
Əgər saçlarınızda 4-5 dənə ağ tük varsa,onlara görə tez-tez boyamayın. Boyanı saçlar 30% ağaranda qoyun.Əgər başda 25 yaşında artıq 3-4 ağ tük varsa,deməli,gələn il onların sayı 6-7 olacaq.Çünki ağ saçlar ilbəil iki dəfə artır.
Saçlar vaxtından əvvəl qocalırmı?
Qadınlar hesab edir ki,kişilərdə ağ saçlar onu yaraşıqlı və seksual göstərir.Kişilər isə əksinə,qadının saçında ağ tükləri görən kimi "Yəqin yaşlanır" deyə düşünür.Əlbəttə ki,onlar səhv düşünür.Saçların ağarması dünyanın sonu deyil.O,sizin səhhətiniz üçün də problem deyil. Ən pisi saçların tökülməsi və keçəlləşmədir.Ağarmış saç elə saçdır, sadəcə rəngi yoxdur.
Əziz Qadın.Netlilər, hamınıza gözəl və baxımlı olmağı arzu edirəm...
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR