Hər qadın sağlam saçlara sahib olmaq istəyir. Bunun üçün saç ustasına çox pul verməyə ehtiyac yoxdur. Evdə, mətbəxinizdə olan təbii vasitələrlə edəcəyiniz qulluq sayəsində saçınız heç vaxt olmadığı qədər sağlam olacaq.
Banan maskası
Quru və köhnəlmiş saçları sağlamlığa qovuşduran bu müalicə üçün sizə lazım olan tək şey banandır. Bananı çəngəllə əzərək püre halına gətirin. Saçın dibindən uclarına doğru çəkin. Maskanı saçınızda 15 dəqiqə saxladıqdan sonra şampunla yuyun.
Yumurta sarısı maskası
Sərt saçları yumşaltmaq və forma vermək üçün bu maskadan istifadə edə bilərsiniz. 3 yumurta sarısı, 1 şorba qaşığı zeytun yağı və 3 damcı E vitaminini qarışdırın. Qarışığı saçınıza sürüb 10 dəqiqə gözləyin. Sonra şampunla yuyun. Əla nəticə üçün bunu həftədə bir dəfə tətbiq edin.
Pivə maskası
Saçı parıldatmaq üçün istifadə edilən məşhur müalicələrdən biri də pivə maskasıdır. Bir sprey şüşəsinə bir az pivə əlavə edin. Saçınızı şampunla yuyub, dəsmalla qurudun. Saçınız nəm ikən sprey şüşəsindəki pivəni saçınıza püskürdün.
Mayonez maskası
Mayonez mükəmməl bir saç kremidir. Yaş saçınıza mayonez sürtün. Mayonezi 15-30 dəqiqə saçınızda saxlayın. Daha sonra mayonezi yuyub saçınızı şampunlayın.
Yağ masajı
Kəpək probleminin ən yaxşı həllindən biri də yağ masajıdır. Kokos və ya zeytun yağını saç dərinizə masaj edin. Daha təsirli bir nəticə üçün yağın içinə bir az sirkə qarışdırın.
Zeytun yağı müalicəsi
Qırılmayan, güclü saç tellərinə sahib ola bilmək üçün zeytun yağı maskasından istifadə edin. 4 xörək qaşığı zeytun yağını saçınıza və saç dərinizə sürün. Ən azı 30 dəqiqə saxlayıb yuyun. Zeytun yağının saç tellərinizə yaxşıca təsir etməsi üçün yağı gecə boyunca saçınızda saxlayıb, gündüz saçınızı yuyun.
Çiyələk maskası
Parlaq və yumşaq saçlar üçün mükəmməl müalicə üçün 8 çiyələyi əzin və 1 xörək qaşığı mayonezlə qarışdırın. Saçlarınızı yuyun. Təmiz saçınızı bu qarışıqla masaj edin. Qarışığı saçınızda saxlayıb, üstündən hamam üçün olan sellofan papaq geyinin. 15 dəqiqə gözlədikdən sonra saçınızı şampunla yuyun.
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR