Sızanaqlara adətən yetkinlik yaşında olanlarda çox rast gəlinsə də, yalnız yetkinlik dövrü problemi deyil. Hər gün dəfələrlə üzümüzü yuyaraq sızanaqların yaranmasına mane ola bilərikmi? Yoxsa təmizliyin də bir sərhədi olmalıdır? Streslə, ya da qidalarla sızanağın əlaqəsi varmı?
Sızanaqlar nə üçün yaranır?
Sızanaqlı şəxslərin dərisində yağlılıq artır. Bunun nəticəsində bir müddət sonra yağ kanalında tıxanma başlayır. Həmin bölgənin dərisində olan mikroblar yağ kanalı ətrafında törəməyə başlayır. Bu mikroblar bir müddət sonra həmin yağları parçalayır, nəticədə iltihablı sızanaqlar yaranır.
Sızanaqlar irsi ola bilərmi?
Sızanağın irsi olub-olmadığı bəlli deyil. Ancaq sızanaqları olan valideynlərin uşaqlarında da sızanaq çıxma ehtimalı daha yüksəkdir.
Sızanaqların yaranmasına qidalar təsir edirmi?
Sızanaqların yaranmasının qidalanma ilə əlaqədar olmadığına dair fikirlər var. Ancaq son zamanlarda aparılan araşdırmalarda şəkərdən və fast food məhsullarından istifadə etməyənlərdə sızanaq olmadığı müəyyən edilib. Qeyd etmək lazımdır ki, sızanağı qidalar yaratmır, amma yanlış qidalanma artırır.
Sızanaqları sıxmaq olarmı?
Sızanaqlı şəxslərin dərisi yağlı olduğu üçün onlar çıxış yolunu üzlərini tez-tez yumaqda görürlər. Ancaq bu yanlışdır. Üzü gündə ən çox iki dəfə yumaq olar. Sabun dərini qurutduğu üçün dərini təmizləyən geldən istifadə etmək məsləhətdir. Tonikdən istifadə də dərini rahatladır.
Dəri üçün istifadə etdiyiniz məhsullar çox əhəmiyyətlidir. "Yağsız" nəmləndiricilərdən istifadə etmək lazımdır. Müalicə zamanı təmizlik çox əhəmiyyətlidir, ancaq kifayət deyil. Habelə bəzi dərmanlardan da istifadə etmək lazımdır.
Sızanağı sıxmaq olmaz. Çünki bu, sızanağın partlamasına və iltihabın ətraf toxumalara yayılmasına səbəb ola bilər. Beləcə, üzdə uzunmüddətli iz yarana bilər. Sızanaqları dermatoloqların təmizləməsi daha məqsədəuyğundur.
Streslə əlaqədar olaraq sızanaq yarana bilərmi?
Stres əsnasında bədənimizdə bəzi hormonlar ifraz olunur. Bu hormonlar adətən yağ kanallarında yağ istehsalını artırır. Bunun da nəticəsində sızanaqlar artmağa başlayır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR