Qadin.NET / Sızanaqlar haqqında bilmədikləriniz

Sızanaqlar haqqında bilmədikləriniz

Sızanaqlar haqqında bilmədikləriniz

Sızanaqlara adətən yetkinlik yaşında olanlarda çox rast gəlinsə də, yalnız yetkinlik dövrü problemi deyil. Hər gün dəfələrlə üzümüzü yuyaraq sızanaqların yaranmasına mane ola bilərikmi? Yoxsa təmizliyin də bir sərhədi olmalıdır? Streslə, ya da qidalarla sızanağın əlaqəsi varmı?

Sızanaqlar nə üçün yaranır?

Sızanaqlı şəxslərin dərisində yağlılıq artır. Bunun nəticəsində bir müddət sonra yağ kanalında tıxanma başlayır. Həmin bölgənin dərisində olan mikroblar yağ kanalı ətrafında törəməyə başlayır. Bu mikroblar bir müddət sonra həmin yağları parçalayır, nəticədə iltihablı sızanaqlar yaranır.

Sızanaqlar haqqında bilmədikləriniz

Sızanaqlar irsi ola bilərmi?

Sızanağın irsi olub-olmadığı bəlli deyil. Ancaq sızanaqları olan valideynlərin uşaqlarında da sızanaq çıxma ehtimalı daha yüksəkdir. 

Sızanaqların yaranmasına qidalar təsir edirmi?

Sızanaqların yaranmasının qidalanma ilə əlaqədar olmadığına dair fikirlər var. Ancaq son zamanlarda aparılan araşdırmalarda şəkərdən və fast food məhsullarından istifadə etməyənlərdə sızanaq olmadığı müəyyən edilib. Qeyd etmək lazımdır ki, sızanağı qidalar yaratmır, amma yanlış qidalanma artırır.

Sızanaqlar haqqında bilmədikləriniz

Sızanaqları sıxmaq olarmı?

Sızanaqlı şəxslərin dərisi yağlı olduğu üçün onlar çıxış yolunu üzlərini tez-tez yumaqda görürlər. Ancaq bu yanlışdır. Üzü gündə ən çox iki dəfə yumaq olar. Sabun dərini qurutduğu üçün dərini təmizləyən geldən istifadə etmək məsləhətdir. Tonikdən istifadə də dərini rahatladır.

Dəri üçün istifadə etdiyiniz məhsullar çox əhəmiyyətlidir. "Yağsız" nəmləndiricilərdən istifadə etmək lazımdır. Müalicə zamanı təmizlik çox əhəmiyyətlidir, ancaq kifayət deyil. Habelə bəzi dərmanlardan da istifadə etmək lazımdır.

Sızanağı sıxmaq olmaz. Çünki bu, sızanağın partlamasına və iltihabın ətraf toxumalara yayılmasına səbəb ola bilər. Beləcə, üzdə uzunmüddətli iz yarana bilər. Sızanaqları dermatoloqların təmizləməsi daha məqsədəuyğundur.

Streslə əlaqədar olaraq sızanaq yarana bilərmi?

Stres əsnasında bədənimizdə bəzi hormonlar ifraz olunur. Bu hormonlar adətən yağ kanallarında yağ istehsalını artırır. Bunun da nəticəsində sızanaqlar artmağa başlayır.

10 sentyabr 2013
GO BACK