Bədən çatlaqları, dərinin həddindən artıq dartılması nəticəsində dəridəki elastik toxumanın qırılması ilə meydana gəlir. Başlanğıcda qırmızı ilə bənövşəyi arası bir rəngdə olan böyüklü, kiçikli bu cızıqlar zaman keçdikcə ağ rəngə çevrilir. Ən çox qarın, bud, baldırlarda və döşlərdə görülən bədən çatlaqlarının meydana gəlməsinə əhəmiyyətli kilo dəyişiklikləri, hamiləlik kimi hallar səbəb olur. Bu yaranan çatlaqlar da qadınlarda psixoloji və gözəllik baxımından çətinlik yaşanmasına səbəb olur.
Hər kəsdə çatlaqlar yarana bilərmi?
Xeyr. Çünki bədən çatlaqların meydana gəlməsində varisliyin də rolu vardır. Toxumaları zəif olanlarda, kilo alıb vermə zamanı bu çatlaqlara daha tez rast gəlinir. Dərisi açıq tonlu qadınlarda qaraşın dərili qadınlara nisbətən daha çox çatlamalar olur. Çatlaqların qarşısının alınmasında çəkini qorumanın və baxımın böyük təsiri vardır.
Xətlər bəlli olduqdan sonra nə etmək olar?
Dəridəki çatlamalara mane olan hər cür tədbir, yaranan izlərin solmasına köməkçi olur. Ancaq tamamilə itmələri qeyri-mümkündür. Xüsusilə hamiləlik dövründə bədənin sürətlə böyüyən bölgələrini, dəriyə qulluq kremləri ilə qidalandırmaq, həm dərini sakitləşdirəcək , həm də çatlaqların meydana gəlməsinin qarşısını almaqda kömək olacaq. Döşlərədə süd toplanması, döşlərin böyüməsinə və ağırlaşmasında, döş kənarlarında da çatlamalar görülə bilər. İlk başlarda diqqətə çarpan bu xətlər bir müddət sonra solar, gümüş ağımtıl bir rəngdə olar. Hamiləlik dövründə dəridə çəkilmə olan bölgələri qoruyucu məhsullarla nəmləndirmək lazımdır. Amma mütləq həkim məsləhəti ilə olmalıdır.
Dəri çatlaqları xüsusilə gənc qızlarda yetişkənlik dövründə, bədənləri qadına xas dəyişikliklər göstərdiyində və eyni şəkildə bədən inkişaf etdirmə idmanı ilə məşğul olan kişilərdə də rast gəlmək mümükündür. Dərinin alt toxumasının yırtıldığı yerdə qırmızı -göy rəngə çalan xətlər meydana gəlir.
Bədən çatlaqlarını yox etmək üçün təcrübədən keçilmiş maskalar .
Əvvəlcə qidalanmağa diqqət edilməlidir. Tez və çox kilo alıb vermək həm sağlamlıq üçün zərərli, həm də dəri sturukturunu pozduğu üçün görünüşünüzdə problem yaradır. Buna görə bir mütəxəssislə məsləhətləşmədən pəhriz etməkdən çəkinin. İdmanla məşğul olun və su təlabatına laqeyd yanaşmayın .
2 çay qaşığı zeytun yağı
2 çay qaşığı badam yağı
2 çay qaşığı çörəkotu yağı
Bu yağları qarışdırın və çatlaqlarınızın sıx olduğu yerə masaj edərək dərinizə yedirin. 10 - 15 dəqiqə gözləyin və ilıq su ilə yuyun.
****
Kakao yağı , kətan yağı və qliserin yağını eyni ölçülərdə götürüb yaxşıca qarışdırın. Problemli bölgələrə masaj edin. Bu maskanı hər gün təkrarlayın.
Çatlaqlardan qorunmaq üçün nələr edilməlidir?
Çox təəssüf ki,yaranan çatlaqları yox edəcək möcüzə bir resept yoxdur. Amma, əmələ gəlməsini qarşısını almaq mümkündür.
* Dərinizi hər gün kremlə nəmləndirin .Kremlər çatlamağa qarşı dəriyə ehtiyac duyduğu suyu verəcək.
* Bol-bol su için.
* A, E və C vitaminləri ilə zəngin meyvə-tərəvəz qəbul edin.
* İdman edin.
* Qısa müddət ərzində kilo alıb verməməyə çalışın.
* Hamiləsinizsə, kilonuzu həkiminizin təklif etdiyi sərhədlər içində tutmağa çalışın.
Bədən çatlaqlarının tibbi müalicələrində hansı üsullar tətbiq olunur?
Çatlaqları 100 faiz aparacaq hər hansı bir üsulun olmaması ilə birlikdə ən çox istifadə edilən üsullar lazer və karboksiterpiya üsullarıdır.
Sonda bütün xanımlarımıza can sağlığı və gözəl qalmağı arzulayıram . Ən azından buna çalışaq.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR