Onun dünyaya gəlişi, həyatı və ölümü simasındakı gözəlliyi kimi o qədər qeyri-adidir ki... Tamaşaçılar onun həyatını qısametrajlı filmə və ya bitməmiş romana bənzədirlər. İnandırıcı olmasa da o, həyatını məhz bu cür yaşayıb... Sonadək diqqətlə oxusanız hər şey maraqlı və təsirli olacaq...
Hind gözəlçisi Qertruda Robertson-Yaqci britaniyalı biznesmen Ernest Riçard Xartli ilə ailə qurduqdan sonra iflasa uğramağa başladı. Lakin onları bir araya gətirən və sevindirən bir səbəb vardı. Ernest Gertrudanın ona qız övladı bəxş etməsini istəyirdi. Sevgi ilə gözlənilən uşaq 5 noyabr, 1913-cü ildə Himalay dağlarının başında, kiçik taxta daxmada dünyaya gəldi. Adını Vivyen Meri Xartli qoydular. Belinə kimi qıvrım saçları, sivr burnu və hər geyindiyi paltarın rənginə uyğun dəyişən gözləri onun bəyaz simasını daha da maraqlı göstərirdi. Əfsanəvi gözəlliyə malik olan qız ata yurdu Britaniyanı ilk dəfə 6 yaşında, I Dünya Müharibəsindən sonra gördü. Onu bütün pisliklərdən uzaq tutan ana Gertruda Vivyeni əsl lediyə çevirməyi arzulayırdı. Lakin Almaniya, Fransa və İtaliyanın katolik kilsə məktəblərində təhsil alan Vivyen anasının arzularını tam doğrulda bilmirdi. Elə bil qız vaxtını buralarda hədər yerə sərf edirdi. Həmin ərəfədə valideynlər arasında baş verən mübahisələr Vivyenin də psixologiyasından yan keçmədi.
Uğura doğru
Rahibələr Vivyenə tərbiyəli və səbrli olmağı öyrədirdilər. Qız dərslərini əla qiymətlərlə oxuyur, tarixi, ədəbiyyatı, rəsmi və musiqini çox sevirdi. Violonçeldə ifa edən, rəqsə gedən Vivyenin incəsənətə olan sevgisi onu gələcəkdə aktrisa olmağa çox həvəsləndirmişdi. O, "Baxarsız, mən böyük aktrisa olacağam" deyirdi. Aktyorluq məktəbinə gedən Vivyenin ən sevdiyi aktyor Lesli Xovard idi. Həsrətlə onun filmlərinə baxan qız saatlarla ekranın başından çəkilmirdi. Məktəbi bitirəndən sonra Vivyen özündən 14 yaş böyük olan vəkil Gerbert Li Xolmanla tanış olur. Rəfiqəsinin:"Axı o, nişanlıdır", deməsinə baxmayaraq, Vivyen: "Nə olsun?! O, hələ məni tanımır!" sözlərini əsl Skarlet O"Xara timsalında dedi.
Faciənin başlanğıcı
Vivyen aşiq olmuşdu... Aktyor Lorens Olivye sevgisi onun qəlbinə sanki xəncər kimi sancılmışdı. Lorens (Larri) onun əvəzsiz kumiri idi. Vivyen Lorensin bütün çəkilişlərində iştirak edirdi. Günlərin birində o möhtəşəm an yetişdi. Lorens kənarda oturub, ona həsrətlə baxan Vivyenə yaxınlaşdı... Həyat onların sevgi bağlarını elə buradaca bağladı. Vivyen ona lazım olan insanı artıq tapdığını elə bu an hiss etmişdi. Lakin bir əmma vardı: aktyor evli idi. Elə Vivyenin özü də ərdə idi. Hər ikisinin də gözəl uşaqları və xoşbəxt ailəsi vardı. Olivye Vivyeni görən kimi aşiq olmuşdu. Amma Vivyenin qeyri-adi gözəlliyindən ovsunlanan Olivyenin arvadı həmin ərəfədə 8 aylıq hamilə idi. Vivyenin də balaca qızı vardı. Onu isə nənəsi böyüdürdü.
Məşhur aktyor Lorens Vivyenin aktrisalıq həuayında böyük rol oynayırdı. O, Vivyenin əlindən tutub, Hollivudda keçirilən böyük kastinqə gətirmişdi. 2000 aktrisa arasından seçilən Vivyen "Bütün dünya xalqlarının ən gözəl filmi" sayılan "Küləklə sovrulanlar" filmindən sonra artıq tələb olunan aktrisa oldu və 26 yaşında ilk "Oskar" mükafatını aldı. Bu film Vivyen üçün təkcə mükafatla yadda qalmadı. Onun bir vaxtlar həsrətlə izlədiyi kumiri Lesli Xovard Vivyen ilə birgə eyni filmdə rol almışdı. Filmdə Skarlet O"Xara onu nə qədər sevirdisə, Vivyen də rolunu bir o qədər canlı oynayırdı. Vivyen şöhrətdə artıq Olivyeni üstələmişdi. Bu da aktyoru özündən çıxarırdı. Aktyor arvadını qısqanmağa başlayırdı. Kənardan həyatları xoşbəxt görünən cütlüyün evində mübahisələr yaşanırdı. 1944-cü ildə filmin çəkiliş zamanı yıxılan Vivyen xəstəxanaya yerləşdirilir. Həmin ərəfədə Vivyen işləmədi. Bir gün həkimlər Vivyenə onda olan vərəm və psix xəstəliyini elektroşokla müalicə olunmağını dedilər. Dəhşətli elektroşok onu daha betər vəziyyətə salmışdı. Amma aktrisa bütün bu müalicəvi seansların boş bir olduğunu və onu sadəcə, ərinin sevgisinin xilas edəcəyinə əmin idi. Larri isə eıə bilirdi ki, Vivyen bilərəkdən özünü məhv edir. Günlərin birində hamilə qalan aktrisa bu sevinci də çox yaşaya bilmədi. O, növbəti uşağını da itirdi. Bu gedişlə aktrisa ərini də itirəcəyini anlayırdı. Çünki evdəki dava-dalaş bir gün belə səngimirdi. 1952-ci ilin ortalarında Vivyeni ruhi xəstəxanaya yerləşdirdilər. Elektroşok terapiyası Vivyeni Olivye üçün yad bir qadına çevirmişdi.
1957-ci il... Vivyenin hərəkətlərindən təngə gələn Lorens Olivye gənc aktrisa Coan Plourayt ilə roman yaşamağa başlayır və onunla ailə qurmağa hazırlaşırdı. Başı xəstəliyinə qarışan Vivyen 45 yaşının tamamını gözləyirdi. Gələcək illər aktrisa üçün guya fərqli olacaqdı. O, əri ilə münasibətini düzəldib, başqa bir həyat yaşamağa başlamalı idi. Sən demə, Larri də elə bu günü gözləyirmiş.
XX əsrin böyül aktrisası Vivyen Li il yarımdan sonra, 7 iyul, 1967-ci ildə, 53 yaşında yumşaq yatağında, dodaqlarında Larrinin adını pıçıldaya-pıçıldaya gözlərini əbədi yumdu.
Faydasız son peşmançılıq
Hər dəfə televizorda Vivyen Li haqqında yayımlanan verilişləri və filmləri göstərəndə, Larri kanalı çevirir, onun məsum simasına baxmağa ya utanır, ya da vicdan əzabı çəkirdi. "Bu, əsl sevgidir..." deyib, göz yaşlarını silən Larri ömrünün sonuna kimi Vivyenin ölümündə özünü günahlandırdı. Larrinin yeni arvadı onun üçün övladlar dünyaya gətirdi. Amma qadın bilirdi ki, Larrinin qəlbi ona aid deyil. Çünki Vivyen hər gecə Larrinin yuxularında, qəlbində və vicdanında yaşayırdı...
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR