Bir çox insan öz potensialını istifadə etməz, çünki daxilindəki sərhədsiz zəka və sevgi xəzinəsinin varlığından xəbərdar deyil. Amma istədiyiniz hər şeyi ordan çəkib ala bilərsiniz. Maqnitli bir dəmir parçası öz ağırlığının 12 qatını qaldıra bilir. Ancaq bu dəmir parçasının maqnit xüsusiyyətini ləğv etsəniz, bir quş lələyini belə qaldıra bilməz.
Eyni şəkildə iki cür insan vardır. Maqnitlənmiş insanlar güvənc və inancla doludurlar. Uğurlu olmaq və qazanmaq üçün dünyaya gəldiklərini bilirlər.
Digərlərinin isə maqnit xüsusiyyəti yoxdur. Onlar qorxu və şübhə ilə doludurlar. Bir fürsətlə qarşılaşdıqlarında-əgər uğursuzluğa düçar olsam, insanlar mənə lağ edərlər- kimi düşüncəyə qapılırlar. Belələri olduqları yerdə saymağı qəbul edib yaşayırlar.
Biri sizə bütün zamanların ən vacib sirrinin nə olduğu sualını soruşsa, necə cavablandınardınız? Atom enerjisi, Qalaktikalar arası səyahət, qara dəliklər? Xeyr, bunların heç biri deyil. O zaman ən əhəmiyyətli sirr nədir?
Cavab son dərəcə sadədir. Ən böyük sirr təhtəlşüurunuzda olan və möcüzələr yaradan möhtəşəm gücdür. Bura insanların ən son baxacağı yerdir; bu səbəbdən bir çox insan bu sirri kəşf edə bilməz.
Yaşadığınız təcrübələr, hadisələr, içində olduğunuz şərtlər və davranışlar düşüncələrinizin təsiri ilə təhtəlşüurunuz tərəfindən yaradılır. Bunu unutmayın; nəticələri ortaya çıxaran şey inanılan şey deyil, zehninizdəki inancdır. İnsanlığın başına dərd olan yanlış inancları, fikirləri, batil inancları və qorxuları qəbul etməkdən əl çəkin. Həyatın gerçək və doğrularına inanmağa başlayın.
Sadəcə bir zehniniz var, ancaq bu tək zehin bir-birindən fərqli xarakteristik iki funksiyalı bölməyə sahibdir. İkisini bir-birindən ayıran sərhəd zehni öyrənən elmə məlumdur. Zehnin iki funksiyası bir-birindən təmamilə fərqlənir. İkisinin də ayrıca əlavəsi və gücləri vardır. Zehnin iki funksiyasını bir-birindən fərqləndirmək üçün bir çox ad istifadə edilir. Bunlar arasında obyektiv və subyektiv zehin, şüur və şüuraltı, səthi və dərin mənlik, erkək və dişi zehin adları vardır. Siz istədiyiniz adı seçə bilərsiniz, məsələn, mən şüur və təhtəlşüur adlarını istifadə etdim. Əsas olan başlanğıc nöqtəsi kimi zehnin ikili təbiətini fərq etmək və tanımaqdlr.
Zehnin iki funksiyasını anlamağın ən yaxşı yolu onu bir bağça olaraq düşünməkdir. Siz də bir bağbansınız. Bütün gün boyunca şüuraltınıza düşüncə toxumları əkirsiniz. Çox zaman bunu etdiyinizin fərqində belə deyilsiniz; çünki toxumların təməlində vərdiş etdiyiniz düşüncə tərziniz var. Şüuraltına (təhtəlşüur) toxum əkdikcə, bədəninizdə və əhatənizdə əkinləri biçərsiniz.
Şüuraltınızı bütün toxumların tumurcuqlanıb səpildiyi münbit bir torpaq sahəsi kimi düşünün. Əgər ora tikanlı bitki əksəniz, misalçun, üzüm toplaya bilərsinizmi, dəvətikanı əksəniz, incir toplaya bilərsinizmi? Hər düşüncə bir səbəb, bir hərəkət, bir nəticədir. Buna görə də düşüncələrinizin nəzarətini ələ keçirmək çox əhəmiyyətlidir.
Bir çox əhəmiyyətli elm adamı, sənətkar, şair, incəsənət adamı, yazıçı və s. öz təhtəlşüurları ilə işləməyin fərqində olublar. Onlara hədəflərinə çatmağa kömək edən güc də bu olub.

Böyük tenor Enriko Karuso bir dəfə səhnə qorxusu yaşamışdı. Güclü qorxunun səbəb olduğu spazmlar boğaz əzələlərini sıxmışdı. Səs telləri iflic olmuş, istifadə olunmaz hala gəlmişdi. Kostyumunu geyib üzü tər içində səhnə arxasında dayanmışdı. Həmin dəqiqələrdə isə səbrsizliklə gözləyən minlərcə izləyici qarşısında Karuso çıxıb mahnı oxumalı idi.
Karuso titrəyərək "Oxuya bilmərəm" dedi. "Mənə güləcəklər. Karyeram məhv olacaq"
Soyunma otağına qayıdanda birdən-birə geri qayıtdı. Sonra dayanaraq bağırdı: "Kiçik Mən, içimdəki Böyük Məni boğmağa çalışır!"
Yenidən səhnəyə doğru gəldi və dimdik durdu. "Çıx buradan!"-deyə əmr etdi. "İçimdəki Böyük Mən mahnı oxumaq istəyir".
Karuso, Böyük Mən ilə təhtəlşüurun sərhədsiz gücünü qəsd edirdi. Bağırmağa başladı: "Çıx! Çıx bayıra! Böyük Mən mahnı oxuyacaq".
Şüuraltı buna içindəki həyat güclərini sərbəst buraxaraq cavab verdi. Karuso bağırmasının (çağırış) qarşılığını alınca səhnəyə çıxdı və mahnısını mükəmməl bir şəkildə ifa etdi. Dinləyənlər sehrlənmişdilər.
Şüur bir gəminin kapitanı kimidir. Gəmini o idarə edir. Motor otağındakı işçilərə əmr göndərir. Bu işçilər növbə ilə qazanlara, alətlərə, ölçülərə və b.-na nəzarət edirlər. Motor otağındakılar haraya getdiklərini bilməzlər, sadəcə əmrləri yerinə yetirirlər. Əgər kapitan tutaq ki, kompasla və ya digər alətlərlə bağlı yanlış təlimatlar verirsə, gəmini qayalara çarpa bilərlər. Nəzarət və məsuliyyət kapitanda olduğu üçün, motor otağındakılar ona itaət edirlər. Kapitan gəminin sahibidir və istəkləri yerinə yetirilir. Eyni şəkildə şüurunuz da gəminizin-yəni bədəninizin, əhatənizin və münasibətlərinizin- kapitanı və sahibidir. Şüuraltınız verilən əmrlərə uyar və əmrlər haqqında sorğu-sual aparmaz.
Əgər özünüzə daim bu işi görə bilmərəm, buna pulum yetməz, məndən yaradıcı insan olmaz, mən sağalmayacağam və s. deyirsinizsə, əmin olun ki, şüuraltınız həmin əmrlərə tabe olur və sizi də həmin mənfi düşüncələrə inandıracaq.
Cozef Mörfi "Təhtəlşüurun gücü"
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Evlənməkdən doymurlar
DİM abituriyentlərə müraciət etdi
TQDK-ya şikayəti olanların nəzərinə
Ramazanın 24-cü gününün duası
Çörəksiz həyatın dadı yoxdur
Qarda qəza baş versə, hərə öz maşınını düzəltdirməlidir?
"РњРёСЃСЃ Р РѕСЃСЃРёСЏ-2015" modelliklə vidalaşdı
Qeyri-adi əşyalar
Tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirildi
Dünyanın ən uzun tuneli bugün açılacaq
Bu kənddə uşaq qalmayıb - FOTO
Uşaqlara oxumaq həvəsinin aşılanması(2)
2012-2013 payız-qış çantaları
Arıqladan qəhvə
Lənkəranda gül bayramı
Zakir Həsənovdan ermənilərə xəbərdarlıq
"Azərbaycan dünyaya bu imiclə çıxır"
Putinin Avropa Oyunlarının açılışında iştirakı gözlənilir
Messi barədə maraqlı iddia
Oktyabrın 1-dən Azərbaycanda əhalinin siyahıyaalınması başlayacaq
Niyə dərmanlar hər aptekdə fərqli qiymətə satılır? - VİDEO
Doğma övladları üçün darıxan torpaq – VİDEO
Vyetnamda vəhşi heyvan ticarəti qadağan olundu
Azərbaycanda iki yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ
Beren Saat həftəyə 200 min qazanır
Kəşfiyyat 1963-cü ildən bəri bu qadını axtarır
İranda 24 saat Azərbaycan dilində yayımlanacaq televiziya kanalı açılır
Şəhzadə Harry və Meghanın toyu
Rəngli yemək otaqları
20 dəqiqəyə arıqla
Yer sakinlərini gözləyən əzablı ölüm
Kraliça Yelizaveta portretində səhv tapdı - VİDEO
Karantin rejimi nə zaman bitəcək? - İlham Əliyev AÇIQLADI
Koronavirusa yoluxan Fatih Terimdən - Açıqlama
Ermənistanın yalan dolu şərhlərlə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq cəhdləri uğursuzluğa düçardır
Obama müharibədən danışdı: "Nəhayət bitəcək"
Vanqadan 2017-ci ildən sonrası üçün proqnozlar
Sərxoş sürücülər vəsiqələrindən məhrum ola bilərlər
İnanılmaz sevgi: şir insanlara sarılır
Günün ulduz falı
Yeməyini tülkü ilə paylaşdı, trend oldu - VİDEO
Pas və pas ləkəsinin çıxarılması
Çillərdən qurtulmağın 10 asan yolu
Onların bazarı Azərbaycanda işləmir və yaxud...
Limonlu toyuq kotleti (foto resept)
Azərbaycan çempionatında ötən turun ən yaxşıları seçildi
Lotereyada 7,3 milyon dollar udub
Az yeməklə daha uzun yaşayın
Qar ABŞ-ın həyatını dondurdu















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]