Qadın İnkişaf Mərkəzi və CIBS (Caspian İnternational Business Services) şirkəti birgə seminarını sizə təqdim edir!
"UĞURLU QADIN - hədəfə gedən yol” (sadəlikdən möhtəşəmliyə doğru)
Bütün xanımlar bir şeyi düşünür, “Necə xoşbəxt olmaq olar”. Bunu həqiqətdə istəyən xanımların isə bir iddiası var : “ BU MƏNİM HAQQIMDIR”
Müasir dövrdə əsl qadın kimi qala bilmək bununla yanaşı bizə vacib olan dəyərləri qoruyub saxlamaq elə də asan iş deyil. Bəzən cəmiyyət qadını kişi kimi davranmağa təhrik edir . Belə həyatda da kübar və xoşbəxt olmağı bacarmaq qadının həyatını iki qat ağırlaşdırmış olur. Qadın özünə hər zaman dəstək axtarır bu isə çox zaman dildə olur qadına sözdə yox həqiqətdə azadlıq lazımdır. Qadın qarşısına məqsəd qoyubsa, ona mütləq nail olacaq ! Siz yəqin ki, ətrafınızda belə xanımlara rast gəlmisiniz. Zövqlü, təbəssüm saçan,cazibədar,səmimi,özünə əmin və sizə elə gəlir ki, onlar yaradılışdan bunlara sahibdirlər. Maraqlı iş,motivasiya dolu həyat,harmoniyalı münasibət,möhtəşəm ailə sevimli qadın bütün bunlar haqda belə deyirlər : “ BƏXTƏVƏR”! Bu bəxti gətirmişlik deyil bir qadının öz xoşbəxtliyi uğrunda mübarizə apardıqlarıdır. Dəyərli xanımlar daxilinizə yönəlmiş olsanız görərsiniz ki, sizin də o xanımlardan biri olmağınız üçün yetəri qədər potensialınız var sadəcə bunları kəşf etmək lazımdır. Və bu səbəbdən də BİZ SİZİN YANINIZDAYIQ.
-Problemlərin aradan qaldırılması üçün ...
- Düzgün ünsiyyət qurmaq ,insan tanımaq ,vaxtında və doğru qərar qəbul vermək,hadisələrə kənardan baxmaq,emosiyaları idarə etmək və özünə əminlikdən asılıdır. ÇAĞDAŞ DÖVRÜN XANIMI ailədə,karyerada,sosial münasibətlərdə üstünlük qazanmaq və uğur əldə etmək istəyirsə, o zaman bu keyfiyyətlərə sahib olması şərtdir!
- İnsan tanıma
- Emosiyaları idarə etmək
- Effektiv ünsüyyət qurmaq
- İdarə etmək və liderlik
- Özünə əminlik və özgüvən hissi
- Özünü düzgün qiymətmətləndirmə və təqdim etmə SEMİNARDA NƏTİCƏ OLARAQ ƏLDƏ EDƏCƏKSİNİZ.. DİQQƏTLİ OLUN! İLK ÖNCƏ SİZƏ KİMLƏ MÜNASİBƏTLƏRİNİZİ DÜZƏLTMƏK LAZIMDIR...
1)Ailə üzvlərinizlə konfiliktsiz münasibət quracaq və istədiyiniz nəticəni əldə edəcəksiniz.
2)Özünüzə əminliyin artması ilə işinizdə daha da uğurlu və perspektivli nəticələr əldə edəcəksiniz.
3)Çevrənizi genişləndirməklə sosial mühitdə daha da aktiv olacaq dost, sevgi münasibətlərində uğurlu nəticələr əldə edəcəksiniz.
AÇAR SÖZ : Heç bir şey göründüyü qədər asan , həll olunmayacaq qədər çətin deyil!
TƏLİMÇİLƏR:
GÜLNARƏ TAĞIYEVA
Qadın İnkişaf Mərkəzinin təsisçisi , CIBS (Caspian International Business Services) təlim mərkəzinin direktoru, şəxsiyyətlərarası münasibət üzrə konsultant, coach, insan davranışları üzrə mütəxəssis, Rusiyanın “Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın Mütəxəssis profayleri
SEVDA TAHİRLİ — bioloq, biologiya üzrə fəlsəfə doktoru, dosent. Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidentidir. 4 kitabın (həmçinin ali məktəb dərslikləri), 1 monoqrafiya, metodik vəsait və dərs proqramları, onlarla elmi məqalələrin, publisistik yazıların müəllifidir. Beynəlxalq simpozium və konfransların iştirakçısıdır.
SUĞRA BAĞIRZADƏ — Azərbaycan aktrisası və rəssamı, Azərbaycan Respublikasının əməkdar artisti , "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı. 29 iyun 2015-ci ildə türk dünyası mədəniyyətinə verdiyi töhfələrə və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Fəxri Doktoru" adına layiq görülmüşdür
KƏMALƏ HÜSEYNOVA - Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində ali təhsil almışdır. 2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür
GÜLNARƏ XƏLİLOVA - Gülnarə Vidadi qızı Xəlilova 1972-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsil aldıqdan sonra pedaqoji fəaliyyətə başlayıb. Paralel olaraq modelyer-dizayner kimi fəaliyyət göstərib. Gülnarə Xəlilova 2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
LEYLA ZÜLFÜQARLI - 2008-ci ildə Azərbaycanda ali tibbi təhsilini bitirdikdən sonra "Diyetoloq" olaraq ixtisaslaşmış və 2010-cu ildə Ukraynada Diyetoloqlar Assosiyasıyasının "Школы Диететики " təhsil sistemini bitirir. Bir sıra Beynəlxalq Konfranslarda iştirak etmiş və "İlin Nüfuzlu Həkim Diyetoloqu" nominasiyasına layiq görülmüşdür.
Seminarın başlanma tarixi: 02.04.2017
Seminarın başlanma saatı: 12:00 15:00 (Cofee break)
Seminar ödənişsizdir.
QEYD* Seminara yalnız 22 yaşdan yuxarı qeydiyyatdan keçən xanımlar qoşula biləcəklər.
Qeyidyyat linki: http://bit.ly/2n30eu6__________________________________________________
Seminar Qafqaz Biznes Mərkəzində keçiriləcəkdir.
Əlaqə vasitələri: 012 505 47 46; 055 374 80 63
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Böyük bahalaşmaya hazır olaq
“WhatsApp”da YENİLİK!
Kişiləri başqa kabus qorxudur
DİM abituriyentlərə müraciət etdi
Aztəminatlı ailələrdən olan tələbələrə müjdə
Polad Bülbül oğlunun anadan olduğu gündür
Ürək işarəsi
ASAN xidmət "Diplomat"da
"Azərbaycanfilm"də Bədii Şura yaradıldı
Ölümündən 90 dəqiqə sonra Dilirdi-FOTO
ABŞ-da müxbir canlı yayıma şalvarsız çıxdı – VİDEO
İçlikli badimcan (foto resept)
Dünyadakı mədəniyyət abidələri
"Ünvanlı sosial yardım alan ailələrin sayı artacaq"
Azərbaycanda 4 kənddə işləyənlərin maaşları artırıldı
Jelatin həqiqəti və halal qida
Qadınlar kişilərdən ağıllı çıxdılar
Ölkəmizdən niyə qaçırıq?
Paltaryuyan maşınınızın ömrünü sirkə ilə uzadın!
Rusiyada “gənclik yaşı” qaldırıldı
Qozlu çörək (foto resept)
Gecə yemək sindromu
Azərbaycanda hansı xəstəliklər ağır xəsarət hesab ediləcək?
"Eurovision - 2015"-ə qatılmayacaq ilk ölkə
69 yaşlı Riçard Gir ata oldu
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Ağ südün qara üzü
Ən faydalı 10 qida maddəsi
Azərbaycanlı bəstəkar vəfat edib
Yoluxmalarla bağlı karantinin yenidən sərtləşdirilməsi mümkündür? - AÇIQLAMA
Mehriban Əliyeva Sami Yusufla görüşdü - FOTO
Qırmızı kələm dolması
Daxili sülh üçün sakitləşdirici texnikaları
Kənan Seyidova general-mayor ali hərbi rütbəsi verilib
Azərbaycan Cənubi Qafqaz ölkələrini geridə qoydu
XƏBƏRDARLIQ: Dolu düşəcək, qar yağacaq
Damla şokoladlı paxlava (foto resept)
Bakı metrosunun fəaliyyəti dayandırılır? - İCLAS KEÇİRİLİR
Quru dərini nəmləndirməyin yolları
Bir dəqiqəyə 20 min söz oxuyur - Vaqiflə siz də tanış olun - VİDEO
Qızdırma salan 6 ən yaxşı TƏBİİ VASİTƏ
Eynək şüşələrini buxardan necə qorumalı?
Dibçək bitkiləri haqqında
Prezident “Şahdağ” turizm kompleksində
500 min avroluq gəlin paltarı tikildi
İnsanoğlu bu gün bir addım da irəlilədi
Bu günün hava proqnozu
Azərbaycanda yeni zavod
Avropada koronavirusun ilk yayıldığı ölkə və zaman bəlli oldu
Dünyanın gözlədiyi toya az qaldı - FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]