Qlobal böhranın təsirinin azaldılması istiqamətində görülən tədbirlərin bir böyük qismi dəƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə düşür.
Nazir Səlim Müslümov ANS TV-də "Hesabat"ın suallarını cavablandırıb.
– Bu yeni şəraitdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hansı planları var? Həm əməklə vəziyyət, həm də caamatın sosial müdafiəsi ilə bağlı vəziyyət necə olacaq?
-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq əmək bazarında mövcud olan əmək resurslarının aktiv dövriyyəyə cəlb olunması əsas məqsəddir, əsas rol oynayır. Təbii ki, burada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq bizim hər hansı böyük resurslarımız yoxdur ki, biz çox yüksək şəkildə ölkənin bütün ərazisində hansısa ictimai işləri maliyyələşdirək. Eyni zamanda digər güzəştli şərtlərlə hansısa şəraitlər, resurslar təmin edək. Təbii ki, artıq bu məsələlərə kompleks şəkildə baxılmalıdı. Amma bütün hallarda biz əmək resurslarından normal istifadə etmək üçün o resurların dövriyyədən çıxan hissəsi, yəni işsiz statusuna keçən hissəsinin digər sahələrdə tələb varsa, ora yönəldilməsi istiqamətində tədbirlər görməliyik. Yəni bunun üçün yenidən hazırlıq kursları artırılmalıdır.
Bu gün biz Bakı, Gəncə, Göyçay və İsmayıllı şəhərlərində regional peşə tədris kurslarını təşkil etməyə və genişləndirməyə başlamışıq. Bu layihələrin icrası imkan verir ki, həmin regionlarda işini itirən insanlar bu peşə kurslarına müraciət etməklə müəyyən kurslar keçərək bazarda tələb olunan digər ixtisaslar üzərə işlər əldə edə bilərlər. Həm də orada oxuduqları müddətdə onlara təqaüd və yol pulu və s. verilir. Bu müddətdə də onlar müəyyən qədər maddi baxımdan dəstəklənir.
– Prezidentin göstərişinə görə büdcəyə yenidən baxılmalıdır. Bunun üçün xərclər hissəsində maaşlar və pensiyalar, müavinətlər, sosial yardımların artırılması üçün hökumət təkliflər hazırlamalıdır. Bu dəyişikliklər nələrdən ibarət olacaq?
- Büdcəyə baxıldıqdan sonra büdcə təşkilatları tərəfindən nəzərdə tutulan müxtəlif sosial xidmət müəssisələrində, xəstəxanalarda və s. alınan dərmanın, ərzağın qiyməti üçün də təbii ki, artımlar nəzərə alınacaq. Hesab edirəm ki, amma bu daha sonrakı mərhələdə, yəni büdcəyə yenidən baxıldıqdan sonra ediləcək. Amma bu gün əsas məsələ aztəminatlı təbəqənin müxtəlif əmək haqqı, pensiya, müavinət, yardım və s. şəkildə aldığı vəsaitin artırılmasından söhbət gedir. Və bu addım atılacaq, büdcəyə baxılana qədər. Eyni zamanda bu ünvanlı sosial yardımı da əhatə edəcək. Düşünürəm ki, ünvanlı sosial yardım alan ailələrin sayı artacaq. Çünki qiymətlərin artımı yoxsulluq səviyyəsinə də bir qədər təsir edəcək. Qeyd edim ki, 2015-ci ilin ortasına kimi 112 min 500, ümumilikdə isə ilin sonuna kimi 120 min ailə ünvanlı sosial yardım alıb.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Qarabağ Regional Ədliyyə İdarəsinə daxil olan ərazilərimiz açıqlandı - RƏSMİ
Hamiləlik və doğuş
İnsanları ölümdən o qurtaracaq?
Yol polisi Hillari Klintonu cərimələdi
İran məscidlərdə Məhərrəmlik mərasimlərini qadağan etdi
Azərbaycanda ana ölümü: 9 həkim işdən qovuldu
Kalori yandırmaq üçün 10 günlük vərdiş
Səhərlər şişən gözlər üçün təbii həll
Karbondan Bugatti velosipedi
6 min illik Məzardan Çıxanlar hər kəsi Heyrətləndirdi- FOTO/VİDEO
Duz lampası nədir, faydaları nələrdir?
"Onlar Azərbaycan xalqından üzr istəməlidir"
Təhlükəli virus yayılır
Makiyaj çantanızda nələr var?
Ən qlamur nənə-FOTO
Pendirli kek (foto-resept)
Çəhrayı rəngi beynimiz uydurur?
Xərçəng xəstəliyindən necə qorunmaq olar?
Azərbaycan həkimlərinə şad xəbər - Maaşlar artır
"Saçlarını yol, gətir..."
Məşhur cütlük cərimə edildi-SƏBƏB
Atamın həsrəti...
Bir il sonra dünya ilə toqquşacaq
Şahzadənin yeni fotoları
Bakıda Avropa Oyunları ilə bağlı tanınmış rəssamların şousu
Saçlarınızı dəsmalla qurulamayın
Qış aylarında immuniteti necə gücləndirməli?
Feyxoa cemi və ya mürəbbəsi
Corablar qanda şəkəri ölçəcək
Sağlam olmağın alternativ yolları
Olga Nasakovadan möhtəşəm tortlar
"Halloween" mövzulu tortlar
Ətrafındakı gözəlliyi görə bilirsənmi?
Hadisənin son FOTOsu narazılıq yaratdı
Rus dili - Гг
Bakıda qeyri-adi evlənmə təklifi gerçəkləşdi
Ölməyən eşq hekayəsi
Bakıya gələn nəhəng ördək cırıldı
Santa Klaus peçenyesi (foto resept)
Turizm və növləri
Bitkilərə qulluq
Ərdoğan İbrahim Tatlısəsə "yox" dedi
Təhsil müəssisələri ənənəvi qaydada tədrisə qayıdır? - AÇIQLAMA
Bəy gəlin evinə ağzında əmzik, iməkləyərək getdi
Üzən şəhər və ya Qiyamət gəmisi hazırlandı
Nadir canlıların evi olan Sokotra adası
İndi hamı bu şəhərə axışır
Uşaq sağlamlığı üçün tövsiyələr
Qızıl qolbaqlar
Azərbaycan dili - I dərs
- ŞƏRHLƏR