İslamda evlilik kişiylə qadın arasındakı mübarək bir müqavilədir. Ancaq bu müqaviləyə əsasən onlar biri-birlərinə halaldırlar. Bir-birlərini sevərək, bir-birləriylə köməkləşərək, qaynaşaraq və bir-birləri ilə xoş rəftarla davranaraq davam edəcək uzun həyat səfərinə bu vəsiləylə başlarlar. Kişi və qadın bir-biriylə dincliyə qovuşar,yoldaşının yanında sükunət, ünsiyyət, güvən, dinclik və həyatın ləzzətini duyar.
Quran-i Kərim kişilə qadın arasındakı bu uca qanuni əlaqəni sevgi, ülfət, etimad, anlayış və mərhəmət hissəciklərinin məhəbbət, səadət, təbəssüm və nemət qoxularının yayıldığı çox parlaq və şəffaf bir təsvirlərlə canlandırır: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə zövcələr xəlq etməsi,aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindədndir. Həqiqətən bunda düşünən bir qövm üçün ibrətlər vardır". (Rum: 21.)
Əslində bu Allahın iki müsəlman insan arasında yaratdığı ən qüvvətli Rəbbani bir bağdır. Beləcə həyat yoldaşları sevgi, qarşılıqlı anlayış, köməkləşmə və qarşılıqlı xeyirxahlıq duyğularıyla yaxınlaşar və İslam ailəsini qurarlar.
İslam ailəsi, Haqq yolunda gedən İslam cəmiyyətinin binasındakı möhkəm bir kərpicdir. Bu ailəni yaradan fərdlər yaxşılıq və təqva üzərinə əməkdaşlıq quraraq, saleh əməllərdə yarışan və səy edən kəslər olacaqlar. Saleh bir xanım İslam ailəsinin ana dirəyinin təməlidir.Necə ki, Peyğəmbər Əfəndimiz belə buyurur: "Dünya bir maddi varlıqdır, dünyanın ən qiymətli varlığı da saleh xanımdır ".(Müslim)
Həqiqətən saleh xanım Allah tərəfindən kişiyə verilən ən böyük nemətdir. Çünki kişi həyatın çətinliklərini, dərdlərini və yorğunluqlarını yoldaşının yanında unudar. Kişi xanımın yanında rahatlığa, dincliyə, sükunətə və insanın həyatında bənzərini tapa bilməyəcəyi bir səadətə qovuşar.
Yalnız o halda qadın həyatda ən qiymətli bir varlıq ola bilər.Müvəffəqiyyətli bir yoldaş ola bilər.Qadınlığının ucalığı ilə birlikdə sevilən, təqdir edilən və dəyər verilən bir kimsə ola bilər.
İslamın qadına verdiyi dəyərin bir nümunəsi də ona öz yoldaşını özünün seçmə haqqını verməsidir. Beləliklə ana və atanın qızlarını istəmədiyi bir kimsə ilə zorla evləndirməyə haqqları yoxdur. Şüurlu müsəlman qız bu haqqını bilir.
"Dindarlığından və əxlaqından xoşlandığınız bir kimsə sizə evlənmək təklifi etsə dərhal onunla evlənin. Əks təqdirdə yer üzündə fitnə olar, fəsad çıxar. (Tirmizi, İbni Macə və Hakim)
Mömin müsəlman gənc, zibillikdə yetişən çiçəkdən (pis ətrafdan gələn gözəl qızdan) necə çəkinərsə; yetkin, şüurlu, müsəlman gənc qız da yaraşıqlı və fiziki vəziyyəti gözəl olsa da əyləncəyə düşkün, axmaq və əxlaqsız gəncdən uzaq durmalıdır.
"Murdar qadınlar murdar kişilərə, murdar kişilər pis qadınlara, yaxşı qadınlar yaxşı kişilərə, yaxşı kişilər yaxşı qadınlara aiddir" (Nur, 26)
Müsəlman xanım, daim İslam tarixindəki bir çox fəzilət timsalı olan xanımlardan kasıblıq, dolanışıq darlığına baxmayaraq səbir, yaxşılıq, insanlıq, ərlərinə və evlərinə xidmətlərinə görə nümunə olanların həyatından ibrət götürməlidirlər.
Hz. Aişə (r.a) Rəsulullahdan (s.a.v) :"Qadının üzərində kimin haqqı daha böyükdür?"- deyə soruşdu.Peyğəmbərimiz (s.a.v):"Ərinin"- deyə cavab verdi. Hz. Aişə (r.a):"Kişi üzərində kimin haqqı daha böyükdür?"-deyə soruşdu. Peyğəmbərimiz (s.a.v):"Anasının"-deyə cavab verdi.
Yetkin və şüurlu bir insan olan müsəlman qadın pis əxlaqa səbəb olmaz. Əksinə yaxşı əxlaqıyla ərinə köməkçi olar. Xoş rəftarı ilə bütün gözəl məziyyətlərini yoldaşı üçün açar.
Necə ki, Rəsulullah (s.ə.v.) belə buyurmuşdur:"Qadın beş vaxt namazını qılsa, bir ay orucunu tutsa, ərinə itaət etsə və namusunu qorusa ona:" Cənnətin qapılarından hansına girmək istəsən gir."-deyilir".
Qadının yoldaşına yaxşı davranması, hörmətli olması, dəyər verməsi İslam ümmətinin ailə əxlaqıdır. Bu cahiliyət dövründən belə məşhur olan, İslamın qəbul etdiyi və müsəlmanların nəsildən-nəsilə köçürdükləri uca əxlaq əsaslarındandır.
Cahilik dövründə,ərəblərdən Muhallim əş-Şeyhani qızı Ümmü Iyasın toyu günü belə bir söhbət olur.Anası artıq ər evinə köçmək üçün miniyə minən qızına bunları söyləyir:
-Əziz qızım! Hal-hazırda çıxmaqda olduğun evi tərk edib, heç bilmədiyin,sənə tanış olmayan bir yuvaya, heç vərdiş olmadığın bir yoldaşın yanına gedirsən.Bu dediklərimi unutma:
-Onun pis qoxu almasına, pis şeyləri görməsinə fürsət vermə, sənə ondan yalnız gözəl qoxular çatsın.
-Yoldaşının yemək vaxtına diqqət et, o yatarkən səssizliyi təmin et, yuxunun bölünməsi də çətinliyi artırar.
-Yoldaşının dostlarını və ətrafını güd. Malını qoru. Çünki malın qorunması da vacibdir.
-Onun heç bir sirrini aşkar etmə. Heç bir mövzuda onun əmrinə qarşı çıxma .
-O çətinlikdə olarkən sən sevincli görünmə, o sevincli ikən sən dərdli görünmə.
- Sən ərinə hörmətlə davran ki, o da sənə ən qiymətli varlıq kimi davransın.
-Sən onun arzusunu öz arzun kimi qəbul etmədikcə onun sevgisini qazana bilməzsən.
Bu sözlərdən sonra ana qızını yola salır.Gəlin anasının dediklərinə əməl edərək çox hörmətli və sevimli həyat yoldaşı olmuşdir.
Müsəlman qadın özünə bol nemətlər bəxş edən Allaha şükür etməli, Allahın rizasını qazanmaq üçün bol -bol sədəqə verməlidir. Buna görə, bunu bilməliyik ki, İslamda ailə səadətinin təməli, İslam dinini tam olaraq öyrənib, ailədə bunu tətbiq etməkdir. Xoşbəxt və dinc ailələr ancaq İslamı yaşamaqla ,Allahın buyurduqlarını əməl etməklə xoşbəxt ola bilərlər.
XƏBƏR LENTİ
8000 kq-lıq Pasxa yumurtası
Nazir məktəblərdəki nöqsanlardan danışdı
Ronaldinyodan Azərbaycana dəstək - VİDEO
Gəlinliyi hazır almalı yoxsa tikdirməli?
Çay da Google-a düşdü
Aleyna Tilki yenə tənqid edildi-FOTO
Qida alarkən diqqətli olun!
Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ
Birinci Avropa Oyunlarında Almaniyanın 67 üzgüçüsü mübarizə aparacaq
Funksional məşqlər və 5 kq arıqla
Kimdir günahkar?
Kaan Tangözen yenidən ata oldu-FOTO
Cəlilabadda unikal tapıntı: tarixi salnamə aşkarlandı
Günün qoroskopu: sizi çox çətin gün gözləyir
Bakıda doğru Şaxta babanı necə tapmaq olar?
Hamiləlik dövründə ürək bulanma ilə necə mübarizə aparmalı?
Ayda təkər tapıldı: 30 min baxış...-VİDEO
Gürcüstandakı həmvətənlərimiz prezident seçkilərində səs verə biləcəklər
Qadin.Netlilərin "16 yaşında özünə məktub"ları (1)
Kameron Dias təqaüdə çıxdı
Ağızda pis qoxu nədən yaranır?
Sabahın HAVAsı
Fatimədən YENİ İL FOTOSESSİYASI
Günün qoroskopu: tərəddüd etməyin
Nazirlikdən hava ilə bağlı açıqlama
Ölkədə suyun qiyməti artırılacaq?
Bürcünüzə görə hansı ölkədə yaşamalısınız?
Günün qoroskopu: məntiqli davransanız, sədləri dəf edə bilərsiniz
ASAN xidmət lisenziyaların verilməsinə başladı
Google eksperimental şəhər tikəcək
Alişanın xanımı 2 aya 20 kq arıqladı-FOTO
Gəlinlər üçün üzük sandıqçaları
Qışda mini ətək necə kombinlənməlidir?
Qurban bayramı İlahi rəhmətin təcəllisidir
Dinozavrların ölümünə səbəb asteroid deyildi
Prezident Fəxri Xiyabanda
Qış gəldi, dərd gəldi
Can Yaman anası ilə -FOTO
Sevdiyinizlə münaqişə edərkən bunları etməyin!
Bizə nə əti yedirirlər?
Uşaqlarda zərərli vərdişlər
Bizdə də olsun?
Məşhurların boy ölçüləri-SİYAHI
Jurnalist canlı yayımda ehtiyatsızlıq etdi - FOTO
Balaca şahzadələrimiz üçün
Mətbəx mebelləri
2019 toy trendləri
Şəkil çəkdirərkən işlər tərs gedərsə...
Bədənin möhkəmləndirilməsi
Su kəsiləcək
- ŞƏRHLƏR