Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur. (Nisa surəsi / 48)
Şirk Allahın Quranda bağışlamayacağını bildirdiyi ən böyük günahdır. Bəzi insanlar elə zənn edirlər ki, şirk sadəcə taxtadan yonulmuş bütlərə sitayiş etməkdir və buna görə də özlərini bu günahdan çox uzaq görürlər. Əslində isə şirk Allahdan başqasına ilahi vəsfi vermək, Onun uca sifətlərini yaradılmış varlıqlara aid etməkdir və hər kəs bu təhlükə ilə üz-üzə ola bilər. Şirkin nə demək olduğunu bəzi örnəklər üzərində izah edək. Məsələn, gözəl qadın gördükdə nə düşünürsünüz? Gözəlliyin qadının özünə aid olduğunu düşünmək həmin qadına ilahi vəsfi verməkdir. Çünki gözəl (Camal) olan əslində Allahdır. İstədiyi varlıqlarda bu ismi ilə təcəlli edir. Yaxud çox zəngin bir insan təsəvvürünüzə gətirin. Allah həmin insanda Qəniyy (zəngin) ismi ilə təcəlli etmişdir. Bunun əksini, zənginliyin insana aid olduğunu düşünmək isə şirkdir.
Şirkin müxtəlif növləri var. Bu ən çox sevgi duyğusunda gizlənmişdir. Bəzi insanların tərtəmiz, məsum sevgi adlandırdığı romantik sevgi ən böyük şirk səbəbidir. Allahın yaratdığı varlığı Allahdan asılı olmayan müstəqil varlıq kimi sevmək, ona sanki bu xüsusiyyətlər onun özünə aid imiş kimi heyranlıq duymaq şirk olmaqla yanaşı Allaha qarşı çox böyük nankorluqdur. Çünki insana sahib olduğu bütün xüsusiyyətləri verən Allahdır. İnsana duyulacaq sevgi, heyranlıq hissi də əslində Allaha yönəldilməlidir. İnsanın yaradılma səbəbi Allaha ibadət etmək, Quran əxlaqını yaşamalı olduğu halda, belə sevgi insanı duyğuları ilə hərəkət etməyə məcbur edərək, yaradılış məqsədindən uzaqlaşdırır. İnsan Allaha yox, şirk qoşduğu saxta ilahiyə xidmət etmiş olur.
İnsanların şirk qoşduqları mövzulardan biri də qorxu hissidir. Bəzi insanlar gələcək qorxusu ilə yaşayır. İşləri, gələcək həyatları necə olacaq, necə dolanacaqlar və s. Bəziləri ölümdən, bəziləri cin, şeytan kimi varlıqları görməkdən qorxur. Quranda Allah insanlara yalnız Özündən qorxmağı əmr edir. Çünki bütün gücün sahibi Allahdır. Hər şeyi Öz nəzarətində saxlayan da Allahdır. Qorxduğumuz səbəbləri yaradan da Allahdır. Bir Quran ayəsində Allah buyurur ki, "Qorxmayın, çünki mən sizinləyəm, eşidirəm və görürəm". Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayandır, rəhm edəndir (Yunus Surəsi / 107).
Bu quran ayəsindən də aydın olduğu kimi əgər bizə xeyir və ya zərər gəlsə, onsuz da gələcək. Buna görə səbəblərdən qorxmaq lazım deyil. Başımıza gələn hər şeyin Allahdan olduğunu, Allahın yaşadığımız hər hadisəni qədər içərisində ən mükəmməl şəkildə yaratdığını bilməliyik. Belə olan təqdirdə bizi qorxudan səbəblərin hamısı yox olacaq və şirk kimi böyük təhlükədən qorunacağıq.
İnsanların şirk bataqlığına düşmələrinin iki səbəbi var. Biri məlumatsızlıq, digəri isə səmimiyyətsizlik. İnsanların çoxu Quran əxlaqından xəbərsiz olduğundan Allaha şərik qoşurlar. Bu da ondan irəli gəlir ki, Quran oxumağa cəhd etmirlər. Onlara Qurana görə filan əməl yanlışdır dedikdə “dədə-babadan belə görmüşük, onlar bizdən daha elmlidirlər” deyirlər. Quranı yox, atalarını fikir və düşüncələrini ölçü götürürlər. Yəni Allahı qoyub, atalarına sitayiş edirlər. Bəzi insanlar isə sırf səmimiyyətsizlikləri səbəbindən şərik qoşurlar. Quranı oxuduqları halda ordakı əmrləri yerinə yetirmir, ya da bir qismini yerinə yetirib bir qismini yerinə yetirmirlər. Nəfslərini istəklərini Allah’n istəklərindən üstün tutaralar. Bir insan Quran hökmlərini əzbər bilə bilər. Yeri gəldikdə bunu başqalarına təbliğ edə bilər. Amma əgər öyrəndikləri öz vicdanını, ağlını hərəkətə keçirmirsə, deməli həmin insan şirk içindədir. Belə səmimiyyətsiz insanlara Quranda Allah "kitab yüklü eşşək" örnəyini çəkir.
Möminlər də şirkə qarşı ayıq-sayıq olmalıdırlar. İnsan bütün həyatını dinə həsr edə bilər. Hər gün 5 vaxt namaz qılmaq, hər il orucunu tutmaq, dua etmək, sədəqə vermək və s. kimi dini ibadətləri yerinə yetirə bilər. Amma əgər hər hansı düşüncə və hərəkəti Quran əxlaqına ziddirsə, deməli qəlbində şirkə meyillilik var. Belə olan halda isə Allah bütün əməllərini puç edər. Çünki şirk açıq-aşkar Allaha böhtan atmaq, iftira yaxmaqdır və edilən ibadətin də nə qədər səmimiyyətsiz olduğunu göstərir. Buna görə də çox diqqətli olmaq lazımdır. Allahın Quran vasitəsilə bildirdikləri bütün əmrlərə təslim olmalı, bir az da sadə dillə desək, Rəbbimizin et dediklərini etməli, etmə dediklərini etməməliyik.
Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur. (Nisa surəsi / 48)
Başqa sözlə, şirk ətrafınızdakı görüntüləri qaraldan bir eynəkdir. Görüntüləri tərtəmiz, aydın görmək istəyirsinizsə, eynəyi çıxarmalısınız. Bu çox asandır. Sadəcə bir həmlə ilə bacararsınız. Eynəyi çıxarıb tullayarsınız. Sadəcə qətiyyətli olun. Qərar verin. Yəni səmimi olun, Allahı sevin, Quran əxlaqını əksiksiz yaşamağa cəhd edin.
İnsan acizdir. Diqqətsizlik, unutqanlıq edir, qəflətə düşür bəzən... Yanılmağa, unutmağa, səhv etməyə açıqdır. Buna görə Qurana möhkən sarılmalıdır. Quranı gün aşırı, həftənin müəyyən günlərində deyil, hər gün oxumalıdır. Mömin Quranla iç-içə yaşayar. Hər yerdə, hər zaman Quran oxumağa, ayələr üzərində düşünməyə vaxt ayırar. Onda həm Allah sevgisi artar, həm də şirkdən qorunaraq Allahın rəhmətini qazanar.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hadisə 3 aydan sonra bacısı ilə barışdı
Həkimdən komadan ayılan Bəhram Bağırzadənin səhhəti ilə bağlı AÇIQLAMA
Üz dərisini qorumağın 5 üsulu
Səhər-səhər bunları qətiyyən yeməyin
Azərbaycanın Fransadakı səfiri: “Parisdə ermənilər səfirliyimizə daş atdılar, şüşələrimizi qırdılar...”
15 nəvəsi olan 89 yaşlı qadın gəlinlik geyindi-FOTO
Gecə geyimləri
Almaniyada polis işləyən azərbaycanlı qızın FOTOları rekord baxış alır
Ezgi Mola 2 milyonluq təklifi rədd etdi
Kolbasa istehsalında xəstə heyvan ətindən istifadə olunurmu?
Səfər Əbiyevin cəzalandırdığı zabit nazirlikdə rəis müavini vəzifəsinə keçirildi
Çiban və ziyillərə qarşı müalicə üsulları
İşinizdən acığınız gəlir?
ABŞ-ın Konqres kitabxanası
Məşhur cütlüyün ayrılıq səbəbi bəlli oldu-FOTO
Külək nə vaxta kimi davam edəcək?
Sızanaqların qarşısını necə almalı?
Ermənistan ordusu mövqelərimizi atəşə tutub
20 tip moda stili (1)
Azərbaycanda bir kənddə 17 nəfər koronavirusa yoluxub
Acun Şeymanın FOTOları haqqında bunu dedi-FOTO
Müəllimlərə gül aparılmasın - Valideynlərin nəzərinə
Düşmənin hərbi avtomobil korteji məhv edilib - VİDEO
Səhiyyə Nazirliyi yeni peyvənd sifariş verib
Daxili Qoşunların hərbi qulluqçuları təcili Bərdəyə ezam olundu - RƏSMİ
Qadin.Netlə birlikdə hamiləlik (XXI həftə)
Şabalıdın qabıqlarını atmayın! Qadınlara lazım olan RESEPT
Yazıçı Anarın əsərinə qadağa qoyuldu?
Google vəd verdi
Yeməklərini incəsənət nümunəsinə çevirdi
Putinin Suriya müharibəsi ilə bağlı etirafı
Praktik 4 üz maska
Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Qarabağ münaqişəsini müzakirə ediblər
Dəbli ayaqqabı modelləri
Əfv Komissiyasının iclası keçirildi
Ralph Laurenin payız kolleksiyası
Qadın iki gecəyə iki dəfə uşaq dünyaya gətirdi - FOTO
Kasıblığa aparan 10 yol
Azərbaycanda 800 qramlıq körpə doğuldu
Türkiyədə narahat gecə: Müxtəlif bölgələrdə zəlzələlər oldu
Baş infeksionist toylara icazə verilməsi barədə: "Ehtimal çox yüksəkdir..."
Türk qəhvəsi maskası
Beyonsun heykəli hazırlandı-FOTO
Yuyucu vasitələr qadınlar üçün təhlükəlidir
Çəki azaldan bitki
Böyük səhraya düşən meteoritdə Marsa məxsus su tapılıb - FOTO
Arnold Şvartsnegger bomj oldu
YARAT "Future Shorts" qısametrajlı film festivalı
Sürücülər, diqqət! - Sabah cərimələnə bilərsiniz
"Kupça"sız əmlaka görə vergi verilməlidir?
- ŞƏRHLƏR