Azərbaycan Tarif Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrdən çox olan hissəsi üçün dəyişdirilərək 20 qəpik müəyyənləşdirilib. İllik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün bu tarif dəyişməyərək 1 kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb.
Smart tipli sayğaclarda hesablamanın aparılması ilə bağlı rəsmilər tərəfindən açıqlama verilib. Bəs smart olmayan, mexaniki sayğac abonentləri üçün hesablanma necə aparılacaq?
Milli.Az xəbər verir ki, "Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbalayevin virtualaz.org-a bildirdiyinə görə, mexaniki sayğac abonentləri üçün də illik istehlak həcmi 1500 kubdan artıq olduqda yeni tariflə hesablanacaq. Buna "Azəriqaz"ın nəzarətçiləri nəzarət edəcəklər.
"Bu nəzarətçilər tərəfindən hesablama aparılan zaman abonentlərlə öz aralarında razılaşaraq hər hansı fırıldaq hallarına yol verilə bilərmi?" sualına gəlincə isə, İ.Kərbalayev bu ehtimalları rədd etdi:
"Hər bir abonent də nəzarətçi ilə birlikdə özü sayğaca baxa bilər. Sayğacın üzərində sərf olunan qazın həcmi göstərilir. Bu nəzarətçilər tərəfindən heç bir neqativ hallara yol açmayacaq".
İ.Kərbalayev, həmçinin bildirdi ki, smart tipli sayğac abonentləri yanvar ayına qədər karta istədikləri qədər balans yükləyə bilərlər. Yüklənən məbləğ köhnə tariflə aparılacaq və "Azəriqaz" tərəfindən silinməyəcək.
"Hər kəs istədiyi qədər balans yükləyə bilər. Hazırkı qiymətlə karta balans yükləyən abonentlərin işlətdiyi qaz elə köhnə qiymətlə də hesablanacaq. Artım yalnız yanvar ayının 1-dən sonra yüklənən məbləğə aid olacaq. Yanvar ayının 1-nə kimi nə qədər balans yükləsəniz də, silinməyəcək. İndidən kim ödəniş eləsə, köhnə tariflə düşəcək. Yanvardan isə ödəniş 1500 kubu aşdıqda yeni tariflə hesablanacaq", - deyə "Azəriqaz" rəsmisi bildirdi.
Mexanizminə gəlincə isə, İ.Kərbalayev qeyd etdi ki, hər bir abonent saldo sifariş edə bilər. Onlar bunu istər yaşadığı sahə üzrə qaz istismar şöbəsindən, istərsə də ASAN xidmətdən əldə edə bilərlər.
"Saldoda nə qədər məbləğ ödənib və nə qədər qaz işlədilibsə, hamısı göstərilir", - deyə İ.Kərbalayev bildirib.
Milli.Az

XƏBƏR LENTİ
Tatlısəs evlənir-FOTO
Azərbaycanda şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verildi - RƏSMİ
Hamiləlikdə bel ağrısı
Günün qoroskopu:Hisslərinizə uymayın!
Yumurtadan göbələk (foto resept)
"Apple" yeni sensor yaradır
Tanış olun: yeni Jaguar
Bank açıqladı, dollar bahalaşdı
Hadise karantindən yazdı
Gün ərzində 20 dəqiqə
Serenay Sarıkaya və Cem Yılmaz ayrılıq xəbərlərini belə cavabladılar
Nazənin bu kanalda aparıcılıq edəcək
Sabahdan hava dəyişir
Orta məktəb dərsliklərinə yeni mövzular daxil ediləcək
Ezgi Mola 2 milyonluq təklifi rədd etdi
Bədən uyuşmazlığı nədir?
Mövsümi məhsullar ucuzlaşdı
Tutuquşu sahibəsini oğrudan xilas etdi
İşias - kimdən yan keçib?
Yaz-yay tətili üçün gəzməli yerlər
Ölən kaskadyorun ailəsinə 8,6 milyon ödəndi-FOTO
Böyrək kistası
AQTA-dan çörək AÇIQLAMASI
İşdə mürgü vurub, pul almaq istəyənlər üçün... - "Laylay, bala, laylay"
Böyrəyinizi itirmək istəmirsinizsə, oxuyun
Qırışlara qarşı maskalar
İsrail 74 məscidi viran qoydu
HAVA necə olacaq? -1 APREL
"Dostun sənə vurduqda sən də onu vur, yoxsa..."
“Medcezir”in ulduzu çalışdığı teatrdan qovuldu-SƏBƏB
Addım sayan qarışqalar
Xalq artisti Zeynəb Xanlarovanın ad günüdür
Uşaqların sosial-psixoloji inkişafı-23
Gökhan Türkmən müğənniləri məhkəməyə verdi
Hərbidən möhlət gözləyənlərə şad xəbər!
İnternetin insan münasibətlərinə mənfi təsirləri
Adobe Photoshop (dərs 19)
Pendirli kartof salatı (foto-resept)
Yağış yağacaq
Milli Şura rəqəmlərlə manipulyasiya edir?
BÜRCLƏR bizə nə vəd edir?- 16 Dekabr
Meteorit istəyən var?
Koronavirusa qarşı ƏN TƏSİRLİ qidalar - Tanınmış həkim açıqladı
Xına ustası peçenye bişirərsə
Əmək kitabçaları tarixə qovuşur
Hörgülü boyunluqlar
Ramazan ayının 11-ci gününün duası
Qaməti necə düzəltməli?
Nadir BMW M5
Qadın.Netlilərin ilk makiyajı - 1
