Bu gün Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilir.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxırlar.
Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova da açılış mərasimini izləyir.
Mərasimdə əvvəlcə iştirakçı ölkələrin dövlət bayraqları təqdim olunub.
Sonra Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe çıxış ediblər.
Mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının ötən həftə vəfat edən sabiq prezidenti Bruno Qrandinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Azad Rəhimov, Morinari Vatanabe və dünya çempionatının səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşina çempionatı açıq elan ediblər.
Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, Əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini akapella üslubunda ifa edib.
Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içilib.
Dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış “Birinci ol” mahnısını ifa edib.
Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” şousu təqdim olunub. Şouda gimnastikanın müxtəlif növləri üzrə 200-ə yaxın gimnast və onların məşqçiləri iştirak ediblər. Bu şouda səhnəyə çıxan ən kiçik gimnastın doqquz yaşı var.
Qeyd edək ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300 gimnast 9 dəst medal uğrunda mübarizə aparır.
XƏBƏR LENTİ
İşğaldan azad edilmiş ərazilərdə yaradılan hospitalların sayı bilindi - RƏSMİ
Azərbaycanda koronavirusa daha üç yoluxma faktı qeydə alındı
Azərbaycan Müdafiə Nazirliyi: "Ermənilərə zərbə endirməyə davam edəcəyik"
Allahın möcüzəsi: bir gözündə xəritə, o biri gözündə qartal
Hollivudun ən istedadlı aktyorunu seçildi
Hindistan qozu yağını istifadə edə biləcəyiniz 3 hal
TƏBİB-dən həyəcan təbili çalındı: “Arxa küçələrdə toplaşırlar.”
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Gözəl üzüklər
İdeal saç və geyim rəngi
Oynaqları gücləndirən 4 məşq
Dünyanı qorxudan xəstəlik
Boyunda duz yığıldığını göstərən əlamətlər
Xoruz ili hansı zodiak illəri üçün düşərli olacaq?
Azərbaycanlı zəvvarlardan xəbər var
Pentaqon Ukraynaya yardım edəcək
İstefa Davudoğlunun, yoxsa Ərdoğanın qərarıdır
İtaliya ölkəmizə yeni səfir təyin etdi
Ekranın mavi işığı korluğa səbəb ola bilər
BÜRCLƏR bizə nə vəd edir? - 28 APREL
“Quş qripi” ilə bağlı növbəti monitorinq başladı
Messiyə 500 milyon avroluq təklif gəldi
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Yeni qulaqcıq nəbz və təzyiqi ölçəcək
İş axtaranların nəzərinə!
Kartof zənbilində balıq (foto resept)
Türkiyədə daha 16 nəfər koronavirusdan ölüb
Saat modelləri
Türkiyəyə şok ittiham
Cəbhənin Xocavənd istiqamətində düşmənin canlı qüvvəsi məhv edilib - VİDEO
Şeymanın 16 yaşında dedikləri TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Yanan tankdan sağ çıxan əsgərimiz: “Səngərə çatanda öz üzümü görmək istədim, amma...” - VİDEO
Dünyanın ən bahalı yeməkləri
Nişan və toy şəkərləri
Payız tətili başladı
Günün ulduz falı - 22.09.2013
Qlobal istiləşmə - Afrikada rekord istilər
Acundan Şeymaya daha bir TƏLƏB
Hava haqqında
Demet Canın hədiyyəsindən danışdı-FOTO
52 uşağın arzusunu reallaşdırdı - FOTO
Millimiz FİFA reytinqində irəlilədi
Udduğu 6 milyonu belə xərcləyir-FOTO
Kerem Bursin Serenay və Cem sevgisinə Münasibət Bildirdi
Zeyn Malik və Cici Hadidin qızı doğuldu - FOTO
Saçlarda Sombre dəbi
Rühəngiz Allahverdiyeva yeni imicdə-FOTO/VİDEO
Azərbaycanlı astroloqdan "Dünyanın sonu" AÇIQLAMASI
Siz hansı bürcün xarakterindəsiniz-TEST
Zəngilan rayonunun görüntüləri - VİDEO














