Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) kiminsə ayaq üstə duraraq ayaqqabı geyməyini qadağan etdi.İbn Macə, Tirmizi, Əbu Davud.
Kiçik uşaqlara salam vermək.
Ənəs (Allah ondan razı olsun) rəvayət edir:”Biz uşaq idik, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) yanımıza gəldi və hamımıza salam verdi”.Buxari "Ədəbül Mürfad”.
Zərurət olmadan qadınların bayıra çıxmaması.
"Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın.”(Quran, Əzhab, 33)
İbn Kəsir (Allah ona rəhmət etsin!) bu ayənin təfsirində qeyd etmişdir:”Yəni evlərinizi ehtiyac olmadan tərk etməyin”.
Allah Rəsulu (səllallahu aleyhi və səlləm) buyurmuşdur:”Qadın övrətdir, bayıra çıxdığı zaman şeytan onu qarşılayar və nəzərləri ona tərəf çəkər. Qadının Rəbbinin razılığına ən yaxın olduğu vəziyyəti evində oturduğu halıdır”.Əbu Davud, Təbərani (raviləri etibarlıdır).
Kişilərin ağ paltar geyməsi.
Səmura (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) belə buyurmuşdur:”Ağ geyinin, çünki bu rəng daha təmiz və gözəldir. Ölülərinizi də ağla kəfənləyin”.
İmam Əhməd, Tirmizi, Nəsai, Əbu Davud, İbn Macə.
Günorta yuxusu.
Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, ÜmmSuleym (Allah ondan razı olsun) Allah Rəsulu (səllallahu aleyhi və səlləm) üçün örtük sərər, o da uzanıb günorta yuxusuna gedərdi.
Buxari
Ənəs (Allah ondan razı olsun) Allah Rəsulunun (səllallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:"Günorta yatın. Çünki şeytanlar günorta yatmırlar.”Əxbəru Əsbəhan 1/195 – 2/69 (isnadı səhihdir)
Mücahid rəvayət edir ki, Ömər (Allah ondan razı olsun) xəlifəliyi dövründə vəzifələndirdiyi şəxslərdən birinin günorta yatmadığını öyrəndikdə, ona məktub yazaraq belə dedi:” Günorta yuxusuna riayət et, çünki şeytan bunu etmir”.İbn Əbi Şeybə, İbn Nasr.
İbn Əbi Bərzə (Allah ona rəhm etsin) deyir: "Günorta yatan kəs xeyir sahibi sayılır. Çünki o saysız-hesabsız fayda əldə etməkdən əlavə, həm də özünü gecə namazlarına hazırlamış olur”.Mərvəzi Qiyamul- Leyl, 104
Həsən əl-Basri (Allah ona rəhm etsin) bazarda bir qrup insanı görüb yoldan ötən birini saxlayaraq,”bunlar günorta yatmırlarmı?” deyə soruşduqda "yox” cavabını eşitdi və belə dedi:”Mən onların gecələrinin də pis gecələrdən olduğunu görürəm”.Mərvəzi Qiyamul-Leyl, 104.
Günəş batan zaman uşaqları bayıra buraxmamaq.
İbn Abbas (Allah ondan razı olsun) Allah Rəsulunun (səllallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:"Günəş batdığı zaman uşaqlarınızı bayıra çıxmağa qoymayın, bu saatda şeytanlar yayılır”.Təbərani.
Cabir bin AbduLLah (Allah ondan razı olsun) Allah Rəsulunun(səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir:”Uşaqlarınızı axşamın ilk saatında bayıra buraxmayın, şeytan axşamın ilk vaxtı çıxıncayadək ordularını buraxır”.Müslim.
Yuxudan ayılmaq üçün üzü ovuşdurmaq.
İbn Abbas (Allah ondan da, atasından da razı olsun) rəvayət edir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) gecə yarısı yuxudan durduğu zaman, oturar, sonra da yuxunu qovmaq üçün gözlərini ovuşdurardı”.Buxari, Müslim
Şeyx Useymin (Allah ona rəhm etsin) bu hədisin şərhində, faydalardan biri kimi yuxudan oyandıqda gözləri ovuşdurmağın insanı ayıltdığını və enerji verdiyini qeyd etmişdir.
Şeyx Useymin, "Şərh Səhih Buxari”.
Gözlərə ismid sürməsi çəkmək.
İbn Abbasdan (Allah ondan da, atasından da razı olsun!) rəvayət olunan hədisdə Məhəmməd (səllallahu aleyhi və səlləm) buyurmuşdur: "Gözləriniz üçün ən yaxşı sürmə ismid sürməsidir. O, aydın görməyə və tüklərin uzanmağına səbəb olur”.Nəsai, Əbu Davud.
İbn Qudamə (Allah ona rəhm etsin) sürməni gözə tək sayda (1, 3 və s. Dəfə ) çəkməyin müstəhəb olduğunun alimlərdən ən səhih rəy şəklində gəldiyini bildirmişdir.Əl- Müğni, 1/106
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR