Peyğəmbər (s.a.s) buyurmuşdur "Bəqərə" surəsini öyrənin. Onu oxumaq bərəkət, tərk etmək (oxumamaq) isə həsrətdir. Sehrbazlar bu surəyə yol tapa bilmirlər.
2.Əl-Bəqərə
"İnək" surəsi, 286 ayə,Mədinədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə
1. Əlif Ləm Mim.
2. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir kitabdır.
3. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər.
4. O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar.
5. Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır.
6. Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər.
7. Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır.
8. İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: "Allaha və Axirət gününə inanırıq"– deyirlər.
9. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar.
10. Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər.
11. Onlara: "Yer üzündə fəsad törətməyin!"– deyildiyi zaman: "Biz ki, ancaq xeyirxahlıq edənlərik!"– deyirlər.
12. Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər.
13. Onlara: "Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!"– deyildiyi zaman: "Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?"– deyirlər Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər.
14. Onlar möminlərlə rastlaşdıqda: "Biz iman gətirdik!"– deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: "Biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik!"– deyirlər.
15. Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər.
16. Onlar, doğru yolu verib azğınlığı satın almış kimsələrdir. Amma onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər.
17. Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər.Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də heç bir şey görə bilməyəcəkləri zülmətlər içərisində buraxar.
18. Onlar kar, lal və kor olduqlarına görə doğru yola qayıtmazlar.
19. Yaxud onların məsəli zülmət içində göy gurultusu və şimşəklə yağan leysana düşənlərin məsəlinə bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar.Şübhəsiz ki, Allah kafirləri hər tərəfdən əhatəyə almışdır.
20. Şimşək az qalır ki, onların gözlərini çıxartsın.Şimşək hər dəfə onların yolunu işıqlandırdıqda onunla gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
21. Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız.
22. O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi.Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın.
23. Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!
24. Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin.
25. İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlardan ötrü üçün ağacları altından çaylar axan cənnət bağları vardır Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: "Bu ki, əvvəlcə bizə verilən ruzidir!"– deyəcəklər. Halbuki onlara onun oxşarı veriləcəkdir Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar.
26. Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır Küfr edənlər isə deyirlər: "Bu məsəllə Allah nə demək istədi?" Halbuki o bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir Lakin o, bununla yalnız fasiqləri yoldan çıxarır.
27. O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) kəsir və yer üzündə fitnə-fəsad törədirlər Məhz onlar ziyana uğrayanlardır!
28. Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, o, sizi diriltdi? Sonra o sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz ona qaytarılacaqsınız.
29. Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən odur o, hər şeyi bilir.
30. Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!"– dedikdə, onlar: "Biz səni həmd-səna ilə təriflədiyimiz və səni müqəddəs tutduğumuz halda, sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?"– söylədilər.O, dedi: "Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!"
31. Allah Adəmə bütün şeylərin adlarını öyrətdi Sonra onları mələklərə göstərib dedi: "Doğru danışanlarsınızsa, bunların adlarını mənə deyin!"
32. Onlar dedilər: "Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!"
33. Allah dedi: "Ey Adəm, bunların adlarını onlara bildir!" O, bunların adlarını onlara bildirdikdə Allah dedi: "Mən sizə demədim ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?"
34. Bir zaman Biz mələklərə: "Adəmə səcdə edin!"– dedikdə, İblisdən başqa hamısı səcdə etdi O imtina edib təkəbbür göstərdi və kafir oldu.
35. Biz dedik: "Ey Adəm! Sən zövcənlə birlikdə cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız".
36. Şeytan isə o ağacla onları çaşdırıb olduqları yerdən çıxartdı biz dedik: "Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün-güzəran vardır".
37. Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr öyrəndi, o, da onun tövbəsini qəbul etdi doğrudan da o, tövbələri qəbul edəndir, Rəhmlidir.
38. Biz dedik: "Hamınız oradan yerə enin! Mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdə mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər".
39. Kafir olub ayələrimizi yalan sayanlar isə od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar!
40. Ey İsrail oğulları! Sizə bağışladığım nemətimi yadınıza salın və mənə verdiyiniz əhdə sadiq olun ki, mən də sizə verdiyim əhdi yerinə yetirim. Təkcə məndən qorxun!
41. Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə (Qurana) iman gətirin və onu inkar edənlərin ən birincisi olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız məndən qorxun.
42. Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin.
43. Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!
44. Siz kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüzü unudursunuz? Məgər anlamırsınız?
45. Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir.
46. Çünki onlar öz Rəbbi ilə qarşılaşacaqlarını və ona qayıdacaqlarını yəqin bilirlər.
Ardi var......
Siz necə əziz xanımlar namaz qılır,zəkat verirsinizmi?
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR