İbrahim əleyhissalam həyat yoldaşı Sara və onun qulluqçusu Həcərlə Fələstində yaşayırdı. Saranın övladı yox idi. O, görürüdü ki, vəfalı əri övlad həsrəti ilə qəmli gəzib dolanır. Saranın da ömrünün elə çağı idi ki, daha övladı olmağına ümidi qalmamışdı. Odur ki, İbrahimə öz vəfalı kənizi Həcərlə evlənməyi məsləhət bildi.
İbrahim Həcərlə evləndi və ondan gözəl bir oğlu oldu. Uşağın adını İsmayıl qoydular. İbrahim sevinir, özünü xoşbəxt sayırdı. Saranın qəlbində isə qısqanclıq hissləri baş qladırmışdı. Çox keçmədi ki, Sara Həcəri, əri və İsmayılı görmək belə istəmədi. O, İbrahimdən xahiş etdi ki, Həcərlə oğlunu ucqar bir yerə aparsın.
İbrahim İlahinin əmri ilə Saranın xahişini yerinə yetirdi. O, Həcərlə İsmayılı götürüb şəhərdən çıxdı. Onlar atlarına minib neçə gün yol getdikdən sonra gəlib Mina adlanan yerə çatdılar. İbrahim ana-balanı heç kimin yaşamadığı, otsuz-ələfsiz, susuz torpaqda düşürtdü. Onlar üçün azacıq yemək və su qoydu. Sonra isə ana-balanı çölün düzündə qoyub geri qayıtmaq istədi. Bu an Həcər onun ətəyindən yapışıb yalvarmağa başladı:
- Hara gedirsən? Bizi bu qorxunc düzdə kimin ümidində qoyursan? Qurdun, yırtıcı heyvanların pəncəsindən bizi kim qurtaracaq?
Həcərin ürək parçalayan yalvarışları İbrahimə təsir etmədi. O, təmkinini pozmadan dedi:
- Bu, İlahinin əmridir.
Həcər bu sözlərin qarşısında təslim olub yavaşca dedi:
- Əgər bu işi Allah buyurubsa, onda bizi heç vaxt darda qoymaz.
İbrahim Həcərlə İsmayılı o düzdə qoyub geri qayıtdı. Övlad həsrəti İbrahimin ürəyini dağlasa da, o, arxasına baxmadan yola düzəldi.
Bir neçə gündən sonra Həcərin çörəyi də, suyu da qurtardı. Ac-susuz olduğu üçün ananın döşündəki südü qurudu. Dili-dodağı qurumuş İsmayıl sızıldamağa başladı. O, qıvrılıb açılır, anasının gözləri önündə az qalırdı ki, can versin. Bu anlarda o, ciyərparəsi üçün canını belə qurban verməyə hazır idi.
Həcər əlacsız qalıb uşağı yerə qoydu. Bir damcı su, bir tikə çörək ümidilə dəlicəsinə ora-bura qaçdı. Həcər gəlib Səfa dağındakı qayaların yanına çatdı. Burada heç nə tapmayıb ağlar halda Mərva dağına qaçdı. Həcər hər iki dağ arasındakı yolu yeddi dəfə gedib gəldi. (Hər il Məkkə ziyarətinə gedənlər də bu müqəddəs xatirəni yad edirlər. Onlar Səfa və Mərva dağı arasındakı bu yolu yeddi dəfə gedib gəlməklə Həcərin həmin ağır günlərinə öz ehtiramlarını bildirirlər.)
Aclıq və susuzluqdan nəfəsi güclə gedib gələn İsmayıl arxası üstə yerə uzanmışdı. O, ayaqlarını yerə bərk sürtərək bu hərəkəti ilə sanki torpağın daş qəlbini yumşaltmaq istəyirdi.
Bu dəhşətli anda birdən uşağın ayaqları altından şəffaf su çeşməsi fəvvarə vurdu. Həcərin gözləri suya sataşan kimi bildi ki, bu, İlahinin işidir. Allahın onlara rəhmi gəlmişdir. O, tez uşağın dodaqlarını islatdı. Ana sevincindən özünə sığmırdı. Axı bir az əvvəl can verən balasının gözündə həyat işartıları parıldayırdı. (Bəzi mənbələrdə Cəbrayıl(ə.s) tərəfindən qazıldığı qeyd olunur .Həcər də Suyun ətrafını bağlayaraq hovuz halına gətirir.)
Çox keçmədi ki, əvvəlcə quşlar o bomboş çöldə su çıxmasından xəbər tutdular. Sonra ətrafda yaşayan adamlar da quşların uçuşmasından anladı ki, yaxınlıqda su var. Onlar gəlib Həcərə qoşuldular. Həcərlə İsmayıl o çeşmənin yanında yaşamağa başladılar.
O çeşmə indi də durur. Zəmzəm çeşməsi adlanır. Məkkə ziyarətçiləri hökmən onun suyundan içir və özləri ilə də götürürlər.
Kəbə evinin tikilməsi
Aradan illər keçdi və İsmayıl böyüyüb artıq cavan oğlan olmuşdu. Bu illər ərzində də İbrahim oğlunu unutmamışdı, tez-tez ona baş çəkmişdi. Hər dəfə istəkli oğlunu görəndə qocalığını tamam unutmuşdu.
Qoca İbrahim yenə də cavan İsmayılın yanına tələsirdi. Bu dəfə onu Zəmzəm çeşməsinə aparan təkcə istəkli oğlunu görmək arzusu deyildi. İbrahim daha mühüm bir iş üçün ora gedirdi.
Uca Allah tərəfindən İbrahimə böyük bir vəzifə tapşırılmışdı. İbrahim oğlu İsmayılla birlikdə Məkkədə ibadət evi tikməliydi.
İbrahim oğlunu Zəmzəm bulağının yanında tapdı. İsmayıl suyun qırağındakı bir ağacın altında oturub özü üçün ox hazırlayırdı. İsmayıl atasını görən kimi tez ayağa qalxıb onun qabağına yüyürdü. Ata və oğul bir-birinin boynuna sarıldı. İsmayıl atasının qoluna girib onu ağacın kölgəsinə gətirdi. Onlar bir müddət oturub bir-birinə baxdılar.
İbrahim nə üçün gəldiyini oğluna danışdı. Əli ilə yaxındakı böyük təpəni göstərərək dedi:
- Oğlum, Allahın evini bax orada ucaltmalıyıq.
İsmayıl dərhal ayağa qalxdı. Sonra atasının qolundan yapışıb ayağa durmasına kömək etdi. Onlar bel və balta götürüb təpəyə sarı getdilər. Ata və oğul böyük əzmlə işə girişdilər. Çox keçmədi ki, təpədən əsər-əlamət qalmadı. Təpəni götürdükdən sonra əl qaldırıb Allaha dua etdilər:
- Qadir Allah, ibadət evini tikmək üçün bizə güc və qüvvət ver.
Bu duadan sonra ata və oğulun qollarına və dizlərinə tükənməz güc gəldi. Onlar evin bünövrəsini tikməyə başladılar. İsmayıl daş gətirirdi, İbrahim isə bənnalıq edirdi. Artıq bünövrə hazır idi. İndi isə divarlar ucaldılırdı. Bir azdan divarlar İbrahimin boyu bərabərində oldu. Daha onun əli divara çatmırdı. İbrahim İsmayılı yanına çağırıb xahiş etdi ki, ayağının altına bir daş qoysun. İsmayıl daş axtararkən məşhur qara daşı gördü. Qara daşı götürüb atasının yanına gəldi. İbrahim qara daşın üstünə çıxdı. İndi tikintini davam etdirmək onun üçün asan idi.
İsmayıl da binanı tikməkdə atasına kömək edirdi. Ata ilə oğul əvvəlcə binanın bir tərəfini başa çatdırır, sonra isə o biri divarlarını ucaldırlar. Ürəkləri Allaha iman nuru ilə dolu olan İbrahimlə İsmayıl az müddətdə Kəbə evini tikib qurtardılar. Qara daşı da Kəbənin bir küncündə qoydular.
İbrahimlə İsmayılın əli ilə ucalmış Kəbə evi bugün dünya müsəlmanlarının ziyarət ocağına çevrilmişdir. Dünyanın hər yerindən insanlar bu müqəddəs yerin işığına yığışır və ürəklərini onun nuru ilə qızdırırlar.
İbrahim əleyhissalamın adı bu müqəddəs tikili kimi əbədi yaşadı. Uca Allahın bütün sınaqlarından uğurla çıxdığı üçün bu ulu peyğəmbər Xəlillulah (Allahın sevimlisi) ləqəbini qazandı.
Qurandan ayələr:
“Biz evi (Kəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik. "İbrahimin dayandığı yeri namazgah edin!" Biz İbrahimə və İsmailə: "Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!"– dedik.” (Bəqərə, 125)
"Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yol göstəricisi kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir. Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur.” (Ali-İmran, 96-97)
“Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: "Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!" – demişdik.” (əl-Həcc, 26)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Əhval-ruhiyyəni yüksəldən təmizlik işləri
Baş gicəllənməsinin dərmanı məşq
ABŞ-da COVID-19-dan ölən adam seçkidə qalib gəldi
Heyva mürəbbəsi (foto resept)
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Zerrin Özer evlilik təklifi aldı
Dayə seçərkən nələrə diqqət vermək lazımdır?
Meqan Marklın adı NARKOTİK qalmaqalında hallandı-FOTO
Bananlı bonjur (foto resept)
Tərcümə olunmayan sözlər
Baş rol ifaçısı “Sen anlat Karadeniz”dən ayrılır
Müəllimlərin işə qəbulu ilə bağlı YENİ QAYDALAR hazırlanır
Maraqlı faktlar
Gözlərinə tütün basanlar
Pizza sevgisini belə göstərdi-FOTO
Professor koronavirus haqqında BİLMƏDİYİMİZ FAKTLARI AÇDI
Döyüş təyyarələrimiz səmaya qaldırıldı.
Bunları bilmək maraqlıdır!
Türkiyədə seçkilərin nəticələri açıqlandı: AKP öndədir
Avropa Oyunlarını keçirmək istəyən ölkələrin sayı artıb
"DUMANLI GÖZLƏR" MAKİYAJININ FOTODƏRSİ(2)
Qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib
Nazirlikdən hava xəbərdarlığı
Ərdoğan bizdən danışdı
Fərqli çığırtma (foto resept)
Azərbaycanda 4 ayda 10 mindən çox məhkum barəsində amnistiya tətbiq olundu
Utancaqlıq
Qaz smart-kartlarına 10 manat hədiyyə edilməsi ilə bağlı söhbətlərə aydınlıq gəldi - RƏSMİ
Acun Zuhal Topalı məhkəməyə verir
Rəngli kağızlar gül düzəldək
Filiz Akın koronavirusa yoluxub?
Yaqut Qarayeva: “Koronavirusa yoluxanlarla sağalanlar arasında fərq azalır”
HAVA necə olacaq?-19 Sentyabr
Qızlar, ərə getməyin!
Məşhur aktrisa ölümdən döndü-FOTO
İradəliliyin qiymətləndirilməsi
II Yelizavetanın işçisi oğru imiş
Boksçumuz erməni rəqiblə üz-üzə
Düşmən Ağdam və Ağcabədini atəşə tutur - RƏSMİ
Bakının mərkəzi yollarından biri gölməçəyə çevrildi
Təcili yardım niyə gecikir? - RƏSMİ AÇIQLAMA
Leysan 12 nəfərin ölümünə səbəb oldu
Keçmişdən gələn trend: bel çantaları
Qənaətcil olmaq üçün 5 təklif
Nur Yelitaşın son halı təəccübləndirdi-FOTO
Ebru Gündeşdən gözlənilməz addım
Trampın son rəqibi prezident postu uğrunda mübarizəni dayandırıb
Üz üçün losyonlar
Milli Məclis təhsil qanununu dəyişdirəcək
Günün qoroskopu:Diqqətli olun!
- ŞƏRHLƏR