a) Lüğəti mənası: Sünnə adət, qayda, yol mənalarını verir.
b) İstilahi mənası: Allah Rəsulunun (s.a.s) sözləri, dini həyat tərzi, davranış qaydaları və təqdiridir. Qısa desək, peyğəmbərin qoyduğu yoldur. Əslində sünnə Quranın həyata tətbiqidir. Quran şəriətin ümumi hökmlərini əks etdirirsə, sünnə həmin ümumi hökmləri xırdalayaraq təfərrüatlı şəkildə həyata tətbiq edir. Məsələn, Qurani-Kərimdə Allah-Təala namaz qılmağı əmr edir. Amma hansı şəkildə qılınmağı haqda təfərrüatlı məlumat vermir. Bu ümumi əmrin incəlikləri xırdalıqları ilə həyata tətbiqini öz Peyğəmbərinə (s.a.s) həvalə edir və bu barədə mələk (Cəbrayıl) vasitəsilə Peyğəmbərini (s.a.s) məlumatlandırır. Buna görə də Allah göndərdiyi elçiyə itaət etməyi öz bəndələrinə əmr edir. Allah-Təala bu mühüm bilgiləri və digər qeybi xəbərləri yalnız öz Rəsuluna bildirir. Peyğəmbərdən başqasının bu bilgilərə sahib olması mümkün deyildir. Bu səbəbdən Allah öz bəndələrinə əbədi əzabdan qurtulub, əbədi səadətə qovuşmağın yeganə vaz keçilməz şərti olaraq Özünə və Rəsuluna itaət etməyi qəti şəkildə əmr edir. Allah-Təala peyğəmbərə itaət etməyin Allaha itaət olduğunu bildirir. Allah-Təala peyğəmbərə itaət etməyi yeganə qurtuluş yolu olduğunu belə bildirir:
"Kim peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə (bil ki,) Biz səni onlara gözətçi göndərmədik".(Nisa-80)
"Allaha və Onun elçisinə itaət edənlər, Allahdan qorxub çəkinənlər-məhz onlar uğur qazananlardır". (Nur-52)
"Məgər bilmirdilər ki, Allaha və Onun Elçisinə qarşı çıxanlar üçün içində əbədi qalacaqları Cəhənnəm odu vardır? Bu isə böyük rüsvayçılıqdır". (Tövbə-63)
"Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm olunsun". (Nur-56)
"Rəbbin hüzuruna toplanacaqlarından qorxanları xəbərdar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə çəkinsinlər." (Ənam-51)
Göründüyü kimi, İslam Quransız təsəvvür edilmədiyi kimi, sünnəsiz də təsəvvür edilə bilməz. Sünnədən kənar İslam yoxdur. Bu o deməkdir ki, sünnəsiz nə bir hidayətdən, nə bir qurtuluşdan söz edilə bilməz. Hər bir müsəlman ibadətlərinin Allah qatında qəbulu üçün özünün İslami həyat tərzini, ibadət şəklini sünnəyə görə tənzimləməlidir. Yəni Allah Rəsulunun (s.a.s) yoluna tabe olmaq hər bir müsəlmanın üzərində borcdur.
Sünnədən uzaqlaşmaq hidayətdən uzaqlaşmaq mənasına gəlir. Allah qatında qəbul olunan yeganə din İslamdır.
İslam bir olan, şəriki olmayan Allaha təslimiyyət deməkdir. Bu təslimiyyət Allaha və Rəsuluna (s.a.s) itaətlə gerçəkləşir. Sünnəyə uyğun olmayan bir ibadətin Allah qatında elə bir dəyəri yoxdur. Sünnəyə tabe olmayan bir insan dəlalətə düşər. Bu tarixən sübut olunmuş faktdır. İslam tarixini incələdikdə, məlum olur ki, İslam ümməti içərisindən çıxmış, doğru yoldan azmış, zəlalət üzərində olan bütün firqələrin yaranması sünnədən uzaqlaşmanın nəticəsidir.
Bir möminin Allah qatında dəyəri Qurana və sünnəyə bağlılığı nisbətindədir. Allaha və axirətə inanan bir mömin Muhəmmədi (s.a.s) özünə nümunə götürməlidir. Allah-Təala buyurur:
"Allahın elçisi sizlərə - Allaha və axirət gününə ümidini bağlayanlara və Allahı çox zikir edənlərə gözəl nümunədir."(Əhzab-21)
"(Ey Muhəmməd) De: "Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhimlidir. ”De; ”Allaha və peyğəmbərə itaət edin.” əgər üz döndərəllərsə, şübhəsiz ki, Allah kafirləri sevməz.” (Ali-İmran-31-32)
"Sizə peyğəmbər nəyi verirsə onu alın, sizi nədən çəkindirirsə ondan uzaq durun." (Həşir-7)
"Allah və peyğəmbəri bir şeyə hökm etdiyi zaman, iman sahibi kişi və qadına başqa yolu seçmək yaraşmaz." (Əhzab-36)
Bir müsəlman öz ibadətlərini nə qədər sünnəyə uyğunlaşdırmağa nail olarsa, o nisbətdə də ibadətlərinə verilən savabı artırmış olur.
Bəs sünnə hansı qaynaqlardan öyrənilir?
Sünnənin qaynaqları İslam ümmətinin çoxunluğunun etibarını qazanmış olan məşhur hədis kitablarıdır. Bunların içərisində ən çox istifadə olunanları mötəbərliyi və səhihliyi ilə fərqlənən Buxarinin, Müslimin, Əbu Davudun, Tirmizinin, Nəsainin, İbn Macənin hədis kitablarıdır. Bunlarla yanaşı, İmam Maliki, Əhməd İbn Hənbəl, Beyhəqi, Təbarani, və başqalarının hədis kitablarından da istifadə olunur. Bu kitabların içərisində ən etibarlı və səhih olanı Buxari və Müslimin səhih adı verdikləri kitablardır. İslam aləmində Qurandan sonra ən mühüm kitablar bu iki kitab sayılmışdır. Bu ona görədir ki, bu kitablar Peyğəmbərin (s.a.s) sözlərini, dini, dünyəvi həyatını, qoyduğu yolu (sünnəsini) əks etdirməklə yanaşı, həm də rəvayətlərin səhihliyi baxımından da digər kitablardan fərqlənirlər. Əslində bu kitablar Qurani-Kərimdən sonra Allahın islam ümmətinə verdiyi ən böyük nemətlərindəndir.
Allah-Təala bu nemətləri verməklə biz müsəlmanların peyğəmbərin yoluna daha sıx bağlanıb hidayət üzərində olmamızı, pis yollara düşüb həlak olanlardan olmamamızı istəmişdir. Bizim üzərimizə düşən Allahın vediyi bu nemətlərdən yararlanıb, Öz Rəbbimizə şükür etməkdir.
Buxarinin İbn Məsuddan rəvayət etdiyi hədisi şərifində Rasulullah (s.a.s) buyurur: "Sözlərin ən gözəli Allahın kitabı, yolların ən gözəli Muhəmmədin (s.a.s ) yoludur. İşlərin ən şərliləri sonradan dinə girən şeylərdir. Sizə bildirilən şeylər mütləq gələcəkdir, siz buna əngəl ola bilməzsiniz".
Sünnədən imtina etmək bütövlükdə İslamdan imtina etməkdir. Sünnədən kənarda ancaq, sapıqlıq, küfür və şirk vardır. Əbədi səadət yalnız Quran və sünnəyə bağlanmaqla əldə olunur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda 25 həkim koronavirusdan ölüb – SİYAHI
Məşhur əsərlər günümüzdə
Demi Murun qızı 30 illiyini qeyd etdi-FOTO
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər
Sintepon haqqda nə bilirik?
Kıvanç da 2 milyon qazanacaq
"Facebook"dan daha bir YENİLİK
İki ay ərzində küçəyə çıxma qadağası təklif edilib - RƏSMİ
2019-cu il makiyaj trendləri
Qeyri-adi mebellər
Saç tökülməsinin 7 səbəbi
"Beşiktaş" səfərdə qol vurmadan məğlub oldu
Payız fəsli üçün geyimlər
10 il birini gözlədilər, üçqat sevindilər
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 38 yeni yoluxma
Asan hazırlanan salat (foto resept)
Gəlin saç modelləri
Anna Sedokovanın Moskva biznesi iflas etdi-FOTO
Azərbaycanda tək böyrəkli uşaq doğuldu - Sağ böyrəyi də kiçikdir
""Formula 1" yarışında 5 min dollarlıq bilet satışı kifayət qədər olub"
Dalaşmağın 28 səbəbi
Cins şalvarlar
Hazır bulyonları yeməklərə qatmayın -XƏBƏRDARLIQ!
Həkim bir xəstəyə nə qədər vaxt ayırmalıdır?
Məşhur filmdən Azərbaycana Təşəkkürlər-FOTO
Prezident: “Daha üç kənd işğaldan azad edildi”
Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanılıb
Azərbaycanın şimal-qərbində zəlzələ olub
Gözəllik üçün fotoks
Qəbizlikdən əziyyət çəkənlərə MƏSLƏHƏT: hər gün...
Rahat-hulqum (foto resept)
Xarkovda metro partlayışı
Can verənlərin gözünə ölüm mələyi eyni şəkildə görünür?
Demet Özdemir sevgilisindən koronavirusa görə ayrıldı-FOTO
Abdulla və Mulan: dünyanın ən qəribə dostluğu
Türkiyədə koronavirusu müəyyən edən test hazırlandı
Aksesuar sevən xanımlar üçün
Azərbaycan silah satacaq
Diplomatik korpusun nümayəndələri urbisidə məruz qalmış Ağdamda
Qara meşə tortu (foto resept)
Azərbaycanlı alimin hazırladığı vaksin insanlar üzərində sınaqdan keçiriləcək
Arıqlamaq üçün məşhur sirri
Sadə ziyafət donları
Sabahdan Azərbaycanda payız başlayır
Romantik yataq otağı dekorasiyası
Dahilərdən gözəl sözlər-1
Azərbaycanda tibbi kadr çatışmazlığı var?
Günün ulduz falı
Şokoladlı mus (foto-resept)
Gün var əsrə bərabər: Ötənləri yada salaq
- ŞƏRHLƏR