Həmişə yun döşək və yorğanlar ən keyfiyyətli əşyalar sayılıb. Gələn qonaqlara təklif olunan yerlər, qızlar üçün cehizlik döşəklər də elə yundan hazırlanıb. Qiymət və keyfiyyət baxımından baha olan yuna bu gün maraq azdır.Gənc nəsil artıq bu cür yorğan-döşəyə üstünlük vermir. Çox ağırdır, istidir, tozludur və bu kimi bəhanələrlə imtina edilən yun döşəklərin də bazarı ölüb desək, yanılmarıq. Yerini isə daha rahat hazırlanan, tez yuyulub, tez də qurudulan, olduqca yüngül sinteponlar alıb. Gənc nəsil üçün can rahatlığı, yaşlı nəsil üçün isə xəstəlik mənbəyi sayılan sintepon döşək və yastıqlara bu gün maraq olduqca böyükdür.
Bazarlarda sintepondan hazırlanan yataq dəstlərinin heç birini ucuz qiymətə tapmaq mümkün deyil. Hazır döşəklərin qiymətləri 100-150 manata kimi qalxır. Ortopedik, müalicəvi, masajlı və s. kimi özəlliklərə məxsus döşəklərin alıcıları da az deyil. Balışlar ölçüsünə və bərkliyinə görə 2 nəfər üçün 50-70 manat, yorğanlar isə 27-40 manat arasında dəyişir.
Allergiyası olan insanlar üçün yundan hazırlanan əşyalar məsləhət görülmür. Çünki yun daha çox toz toplayır və bu da allergiyanı oyatmış olur. AllerqoloqTural Həsənov da bu fikirdədir. Onun sözlərinə görə, yun yorğan-döşək sağlamlıq üçün nə qədər faydalı olsa da, daim təmizlənmədikdə insanda kəskin xəstəlik yarada və daha da ağırlaşdıra bilir: "Son zamanlar əhali daha çox sintepon döşəklərə üstünlük verir. Amma bunda da diqqətli olmaqda fayda var. Çünki düzgün seçilməyən sinteponlar da allergiyanı oyada bilər. Sintepon yataq əşyalarının əksəriyyəti kimyəvi tərkibli olduğundan faydasından çox ziyanı olur. Təmiz tərkibli sinteponlar antibakterial olur, tez nəmi qurutduğundan bakteriyaların inkişafına da imkan vermir. Yun əşyalar porolon, polyester, sinteponlarla əvəz edilməlidir. Hipoallergen məişət şəraiti allergiyası olanların sağlamlığının qorunması üçün böyük əhəmiyyətə malikdir. Ona görə də evdə allergiyası olan varsa, onun üçün hipoallergen şərait yaratmaq məqsədi ilə hər bir vasitədən istifadə etmək lazımdır".
Yun yorğan-döşəklərin sırınması ilə məşğul olan Suğra Əfəndiyeva hesab edir ki, qadınların sintepona marağı tənbəllikdən irəli gəlir. Sinteponlar yüngüldür, asan yuyulub, qurudulur, formasını itirmir. Amma yun belə deyil, yun daim baxım tələb edir. Əvəzində isə rahat yuxu verir: "Sintepon əşyalar revmatizmalı, eləcə də sintetik mallara allergiyası olan insanlar üçün zərərlidir. Sinteponlar çox yumşaq olduğundan bel və baş ağrılarını da yaradır. Amma yun belə deyil. Qədimdən hər kəs yundan istifadə edib. O vaxt indiki kimi belə geniş xəstəliklər yaranmayıb. Demək, yun sağlamlıq baxımından heç bir ziyan törətmir. Əksinə, nəmi çəkir, yayda sərin, qışda isti saxlayır, rahat olur".
Qeyd edək ki, hər iki materialdan hazırlanan yorğan-döşəklər keyfiyyətli hazırlanırsa, qiymət baxımından, demək olar, eyni olur. Rahatlıq və seçim isə alıcıların öz ixtiyarındadır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
İspanaqlı lazanya (foto resept)
Bu günün hava proqnozu
Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz sovqatları paylayır - FOTO
"Aşk-ı Memnu"nun aktrisası TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yuxulara inanırsınızmı?
Hande və Keremin çəkildiyi serialdan ilk görüntülər-VİDEO
Azərbaycan səhiyyəsi birinci Avropa Oyunlarının keçirilməsinə hazırdır
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?
Qəbələdə 725 yaşı olan kitab sərgilənir
Mayli Sayrus ana olacaq
Gün ərzində 20 dəqiqə
Sobada südlaç (foto resept)
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Litvalı deputat: "Azərbaycanda Avropa standartlarına cavab verən seçkilər keçirildi"
NASA 15 min qalaktikanı eyni anda çəkdi-FOTO
Marsa gedən ilk asiyalı
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
İkinci nəsil Nissan Qashqai
Ballı keks (foto resept)
Ən faydalı göyərti seçildi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Rafet El Romanın 29 yaşlı sevgilisi diqqət çəkdi-FOTO
İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
Çağırışçılar üçün yeni xidmət işə düşdü
Hülya Avşar tərzindən danışdı-FOTO
Ali məktəb müəllimlərinin maaşları necə müəyyənləşdirilsin?
Bədəni koronanirusdan qoruyan amillər hansılardır?
Bakıda kimdir günahkar - yolu gedən, yoxsa göstərən?
Adınıza saxta profil yaradılıbsa...
Qoltuqaltı qaralmalarına qarşı 5 təklif
Ruslardan ermənilərə etiraz: "Rədd olun!"
Toronto Film Festivalı: Qırmızı Xalça
Mehriban Əliyeva məzunları təbrik edib
"Linzer" peçenyesi (foto-resept)
Göz quruluğunun yaranma səbəbləri
Həftənin ilk iş günü hava necə olacaq?
Fransız sayağı şorba (foto resept)
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Türkiyənin tanınmış simaları Bakıda - FOTO
70 il sonra gələn məktub
İpoteka almaq istəyənlərə şad xəbər
Südvermə dövründə necə qidalanmaq lazımdır?
Castin Biber satıcı oldu-VİDEO
Millimizin futbolçusu türk klubundan qovulub
Qara rəngli ziyafət donları
Günün qoroskopu: xırda işlərə görə inciməyin
BÜRCLƏR bizə nə vəd edir?-29 Mart
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
Rəqqasə prezidentliyə namizəd oldu - FOTO
- ŞƏRHLƏR