Məryəm surəsi
(Məkkədə nazil olmuşdur, 98 ayədir)
Bismillahirrəhmanir-rəhim!
- Kaf, Ha, Ya, Eyn, Sad!
- (Ya Rəsulum!) Bu sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır!
- (Zəkəriyyaya) Rəbbinə gizlicə dua edib yalvardığı zaman
- Belə demişdi: Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. (Nə dua etmişəmsə, qəbul olunmuşdur).
- Mən özümdən sonra gələn qohum-əqrəbamdan (yerimə keçəcək əmioğlularımın və digər vərəsələrimin məsləkimi ləyaqətlə davam etdirməyəcəyindən) qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir oğul (vəli) bəxş et ki,
- O həm mənə, həm də Yəqub nəslinə (onlara lütf edilmiş peyğəmbərliyə) varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o (öz əqidəsi, itaəti və gözəl əxlaqı ilə) riza (Sənin rizanı) qazanmış olsun!
- (Allahdan belə bir nida gəldi:) Ey Zəkəriyya! Sənə bir oğulla (oğlun olacağı ilə) müjdə veririk ki, adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik!
- (Zəkəriyya) dedi: Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən düşmüş (sümüyü sustalmış bir kişi) ikən mənim necə oğlum ola bilər?
- (Allah Cəbrailin dili ilə buyurdu: ) Dediyin kimidir, lakin Rəbbin buyurdu ki, bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən (yoxdan) yaratmışdım!
- (Zəkəriyya) dedi Ey Rəbbim! Mənim üçün (ürəyim arxayın olsun deyə, bu barədə) bir əlamət müəyyən et! (Allah) buyurdu: Əlamətin budur ki, sən sağlam ikən üç gün-üç gecə adamlarla danışa bilməyəcəksən!
- (Nəhayət, Zəkəriyyanın dili tutulduğu, ona danışmaq qadağan edildiyi üçün artıq zövcəsinin hamilə olduğunu başa düşdü və Allahın Öz əhdinə sadiq olduğuna bir daha əmin olub Ona cani-dildən şükür etdi). Sonra (Zəkəriyya) mehrabdan (məbəddən) öz camaatının qabağına çıxıb (əli ilə) onlara belə işarə etdi: Səhər-axşam (Allahı) təqdis edib şəninə təriflər deyin! (Və ya namaz qılın!)
- (Yəhya dünyaya gəldikdən sonra ona dedik: ) Ey Yəhya! Kitabdan bərk yapış (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!). Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.
- Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət (yaxud insanlara qarşı şəfqət) və (günahlardan) paklıq bəxş etdik. O, (çox) müttəqi idi.
- (Yəhya) ata-anasına qarşı da olduqca itaətkar (nəvazişkar) idi: zalım, asi (dikbaş) deyildi.
- Ona doğulduğu gün də, öləcəyi gün də (qiyamətdə) diriləcəyi (qəbirdən diri olaraq qaldırılacağı) gün də salam olsun! (Yəhya anadan olduğu gün Şeytan şərindən, vəfat etdikdə qəbir əzabından, axirətdə isə qiyamət dəhşətindən salamat olsun!)
- (Ya Rəsulum!) Kitabda (Quranda) Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb (evinin, yaxud Beytülmüqəddəsin) şərq tərəfində (ibadət məqsədilə xəlvət) bir yerə çəkilmişdi.
- Və ailə üzvlərindən gizlənmək (paltarını dəyişmək, yaxud yuyunub təmizlənmək) üçün pərdə tutmuşdu. Biz də Öz ruhumuzu (Cəbraili Məryəmin) yanına göndərdik. Ona (Məryəmə) kamil bir insan qiyafəsində göründü.
- (Məryəm) dedi: Mən səndən Rəhmana (Allaha) pənah aparıram. Əgər müttəqisənsə (mənə toxunma)!
- (Cəbrail:) Mən sənə ancaq təmiz (məsum) bir oğlan bağışlamaq üçün Rəbbinin (göndərdiyi) elçisiyəm! dedi.
- (Məryəm) dedi: Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!
- (Cəbrail) dedi: Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!
- (Məryəm) artıq (Cəbrailin üfürməsi ilə İsaya) hamilə oldu və onunla (bətnindəki uşaqla) birlikdə uzaq bir yerə (xəlvətə) çəkildi.
- Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. (Məryəm uşaq anadan olandan sonra atası bilinmədiyi üçün cahil insanların dedi-qodusuna səbəb olacağından əndişəyə düşüb) dedi: Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!
- Dərhal (Məryəmin, yaxud xurma ağacının) alt tərəfindən ona (Cəbraildən və ya doğulmaqda olan İsadan) belə bir nida gəldi: Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı (və ya bətnindəki uşağı hörmət sahibi etdi).
- (Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma) tökülsün!
- (Xurmadan və sudan) ye-iç, (belə bir uşaq doğduğuna görə) gözün aydın olsun. Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək olsan, belə de: Mən Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!
- (Məryəm) uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: Ey Məryəm! Sən çox əcaib bir şeylə (atasız uşaqla) gəldin! (Və ya çox çirkin bir iş gördün!)
- Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!
- (Məryəm onun özü ilə danışın, deyə) ona (uşağa) işarə etdi. Onlar: Beşikdə olan uşaqla necə danışacaq? dedilər.
- (Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi.
- O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.
- O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi!
- Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim (qəbirdən diri olaraq qaldırılacağım) gün (qiyamət günü) də (Allahdan) mənə salam olsun!
- Bu, (yəhudilərin və xaçpərəstlərin barəsində) şübhəyə düşdükləri Məryəm oğlu İsa haqqında (Allahın buyurduğu) haqq sözdür! [Yaxud (yəhudilərin və xaçpərəstlərin) barəsində şəkk-şübhə etdikləri Məryəm oğlu İsa haqq söz olaraq budu
- Allaha (özü üçün) övlad götürmək yaraşmaz. O, pakdır, müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız: Ol!deyər, o da dərhal olar.
- (İsa sonra belə dedi: ) Allah mənim də, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur!
- (Xaçpərəstlərdən olan) firqələr (İsa Allahdır, yaxud Allahın oğludur və s. sözlər deyərək) öz aralarında anlaşılmazlığa düşdülər. Vay o böyük günü (qiyamət gününü) görəcək kafirlərin halına!
- (Sən indi onların özlərini karlığa, korluğa vurmalarına baxma!) Onlar Bizim hüzurumuza gələcəkləri gün (qiyamət günü hər şeyi) elə yaxşı eşidəcək, elə yaxşı görəcəklər ki! Lakin zalımlar bu gün açıq-aşkar bir zəlalət içindədirlər (haqq yoldan aşkar azmışlar).
- (Ya Rəsulum!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin Cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut!
- (O gün bütün) yer üzünə və onun üzərində olan hər şeyə yalnız biz varis olacağıq. (Bizdən başqa heç kəs və heç nə qalmayacaq). Onlar (əməllərinin cəzasını almaq üçün) Bizim hüzurumuza qaytarılacaqlar.
- (Ya Rəsulum!) Kitabda (Quranda) İbrahimi də yad et (onun hekayətini də ümmətinə söylə). Həqiqətən, o, büsbütün doğru danışan kimsə (siddiq) bir peyğəmbər idi.
- O, bir zaman atasına belə demişdi: Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən?
- Atacan! Həqiqətən, sənə gəlməyən bir elm (peyğəmbərlik) mənə gəlmişdir (sənə müyəssər olmayan bir şey mənə müyəssər olmuşdur). Ardımca gəl ki, səni (Allahın buyurduğu) doğru bir yola çıxardım!
- Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana (Allaha) çox asi olmuşdur!
- Atacan! Qorxuram ki, (tövbə etməsən) Rəhmandan sənə bir əzab toxunsun və beləcə (Cəhənnəmdə) Şeytana yoldaş olasan!
- (Atası Azər İbrahimə) dedi: Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər (onlara qarşı pis hərəkətlərinə) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm (yaxud səni təhqir edib acı sözlər deyəcəyəm). Bir müddət məndən uzaq ol (gözlərim səni görməsin)!
- (İbrahim) belə cavab verdi: Sənə salam olsun! (Allah özü sənə rəhm etsin. Məndən sənə heç bir pislik gəlməz!) Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır (çox lütfkardır, duamı qəbul edər).
- Mən sizi və sizin Allahdan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua (ibadət) edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt (Onun mərhəmətindən naümid, məhrum) olmayım. (Mənim Allaha etdiyim ibadət, sizin bütlərə, tanrılara etdiyiniz ibadət kimi puça çıxmasın!)
- (İbrahim müşrikləri) və onların Allahdan başqa tapındıqları bütləri tərk edib (Şama) getdiyi zaman Biz ona (oğlu) İshaqla (nəvəsi) Yəqubu bəxş etdik və onların hər ikisini peyğəmbər etdik.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaqların yaşına görə boşanmanın təsiri
Bakının balıq bazarından dəhşətli fakt
Cennifer Lopez növbəti dəfə villa aldı-FOTO
Yayın ən zəngin mügənnisi Sibel Can olacaq!
Buraxılış imtahanlarının nəticələri nə zaman bilinəcək?
Qadınlarda sonsuzluğun göstəriciləri
Yuxu yozmaları - İ
Metrodan yeni xəbər
Bilet almış şəxslərə necə icazə veriləcək?
Səhnədə ürəyi gedən Ziynət xəstəliyini açıqladı
Mart ayının qalibləri!
Azərbaycanda hərbi çağırışla bağlı YENİLİK
Ayaqlara qulluq qaydaları (diabet xəstələri üçün)
Bürclərə görə gəlin makiyajı
Türkiyə gözəli plastik əməliyyatdan imtina etdi-SƏBƏB
Ermənilərin Bərdəyə terror hücumu zamanı yaralanan şəxslərin son durumu-VİDEO
Meksikaya meteorid düşdü
Doguşdan sonra seks
Avropa Şurası Azərbaycandan imtina etdi
Qeyri-adi güldanlar
Lətifələr
Addım-addım xərçəngə aparan qidalar
Uçur və düşüncə ilə idarə olunur
İlin ən etibarsız parolları açıqlandı
Son bir gündə dünyada rekord sayda koronavirusa yoluxma təsdiqlənib
Azərbaycanda verilən rəqəmsal imzaların sayı artıb
İdman motivasiyasını artıran üsullar
TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı
"Beatles"ın "beşincisi" öldü
23 rəqəminin sirri
"WhatsApp-ın müdafiəsini qıra bilərik"
Zinət əşyaları - qadın gözəlliyinin sirridir
Dezodorantlar qorxunc xəstəlik yaradır
Ginekoloq kişi, pinəçi qadın - olsun, olmasın?
BÜRCLƏR bizə nə vəd edir? - 6 MAY
Yanvarın 1-dən qüvvəyə minən cərimələr - 600 AZN-dək - SİYAHI
Pul verib evimizə gətirdiyimiz "zəhər": diqqətli olun
Ebru Şallıdan 10 mükəmməl maska təklifi
BÜRCLƏR bizə nə vəd edir?-12 İyul
Aldıqları villa cütlük üçün əsil kabusa çevrildi - FOTO
Qarabağa qoşun yeridilməyəcək
Zanbaq gülü ilə gözəlləşin
Günün ulduz falı - 28.01.2014
Şaftalılı parfe (foto resept)
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 163 yeni yoluxma
Emin Əmrullayevdən ənənəvi tədrisə keçidlə bağlı VACİB AÇIQLAMA
Bakıda yeni yol ötürücüsü istifadəyə verildi
Gözəllik inciləri
Müdafiə Nazirliyindən düşmən hücumu iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
iPhone və quqlofonlar...
- ŞƏRHLƏR