Fərqli yerlərdə və fərqli dövrlərdə tikilmiş bu məscidlər "Ən çox bəyənilənlər" siyahısında ilk sıralarında iştirak edir.
Bibi Xanım məscidi - Səmərqənd (Özbəkistan)
Özbəkistanın ən məşhur məscidlərindən biridir. Məscidin inşası 15-ci əsrin əvvəlində tamamlanmışdır. 19-cu əsrin sonunda şəhəri yerlə yeksan edən zəlzələdə yıxılan məscidin yerinə 1974-cü ildə yenisi tikilmişdir.
Cümə məscidi - Dehli (Hindistan)
Hindistanda Köhnə Dehlinin mərkəz məscidi olan Cümə Məscidi (əsl adı Dünya Numa Məscididir) 1650-ci ildə tikilməyə başlamış və inşaatı 6 ildə bitirilmişdir. Hindistanın ən böyük məscidlərindən olan bu tikilinin həyətində təxminən 25 min adam namaz qıla bilir. Bundan başqa, məsciddə maral dərisinə yazılmış Qurani-Kərim kimi müxtəlif müqəddəs əmanətlər var.
Böyük məscid - Cordoba (İspaniya)
İspaniyanın Cordoba şəhərindəki məscidin tikildiyi sahədən tarix boyunca dini məqsədlərlə istifadə edilmişdir. Keçmişdə bir Roma məbədinin olduğu yerdə Saint Vincent kilsəsi tikilməyə başlanmış, 784-cü ildə isə məscid inşa edilmişdir. Cordobanın mərkəzində olan məscid İslamiyyətin ilk illərinin arxitektura xüsusiyyətlərini daşıyan ən maraqlı nümunələrdəndir. Bunun bir səbəbi inşası zamanı yerində tikildiyi Roma məbədinin vəsaitlərindən istifadə edilməsidir. İçində 856 əqiq, mərmər, yeşim daşı və granit sütun var.
Kral 2-ci Həsən məscidi - Kasablanka
Kral 2-ci Həsən Məscidi Məkkədən sonra dünyanın ən böyük məscididir. Kral 2-ci Həsənin gördüyü yuxudan sonra tikintisinə başlanan məscid Atlantik Okeanı üzərində tikilmişdir. 1980-ci ildə inşasına başlanan məscid 8 ildə tamamlanmışdır. Minarəsi 200 metr hündürlüyündədir. Eyni anda 100 min adamın namaz qıla bildiyi məscidin üzəri açıla bilir.
Putra məscidi-Kualalumpur (Malayziya)
İnşasına 1997-ci ildə başlanan məscidin tikintisi 2 ilə tamamlanmışdır. Arxitekturasıyla "Min bir gecə" nağıllarındakı məkanları xatırladan məscid Putrajava gölünün və Malayziya baş naziri ofisinin yanındadır.
Roma məscidi - Roma (İtaliya)
Qərbi Avropanın ən böyük məscidlərdən olan Roma Məscidi 30 min kvadratmetrlik bir sahədə, 12 min adamı qəbul edə biləcək şəkildə tikilmişdir. Paolo Portoghesi, Vittorio Gigliotti və Sami Mousavi tərəfindən tikilən məscidi sürgündəki Əfqanıstan şahzadəsi Məhəmməd Həsən və Səudiyyə Ərəbistanının kralı Faysal min Əbdüləziz maliyyələşdirmişdir. Roma Şəhər Məclisinin bağışladığı ərazidə tikilən və ətrafındakı yaşıl sahələrlə böyük bir uyğunluq nümayiş etdirən məscid 1995-ci ildə istifadəyə verilmişdir.
Şeyx Lütfullah məscidi - İsfahan (İran)
Şah Abbas dövründə tikilən İranın İsfahan şəhərindəki məscidin inşasına 1603-cü ildə başlanmış, 1618-ci ildə bitirilmişdir. Memarı Şaykhı Bahası olan məscid Səfəvi arxitekturasının ən yaxşı nümunələrindən hesab edilir.
Əl Əzhər məscidi - Qahirə (Misir)
İnşasına 10-cu əsrin sonunda başlanan məscid Qahirənin tarixiylə birbaşa əlaqəli arxitekturaya sahibdir. Məscid bu gün hələ də yaxşı vəziyyətdədir və şəhərin keçirdiyi bütün dövrlərin izlərini daşıyır.
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR