Qadin.NET / Dünyanın ən gözəl məscidləri

Dünyanın ən gözəl məscidləri

Fərqli yerlərdə və fərqli dövrlərdə tikilmiş bu məscidlər "Ən çox bəyənilənlər" siyahısında ilk sıralarında iştirak edir. 

 

Dünyanın ən gözəl məscidləri

 

Bibi Xanım məscidi - Səmərqənd (Özbəkistan)

Özbəkistanın ən məşhur məscidlərindən biridir. Məscidin inşası 15-ci əsrin əvvəlində  tamamlanmışdır. 19-cu əsrin sonunda şəhəri yerlə yeksan edən zəlzələdə yıxılan məscidin yerinə 1974-cü ildə yenisi tikilmişdir.

 

Dünyanın ən gözəl məscidləri

Cümə məscidi - Dehli (Hindistan)

Hindistanda Köhnə Dehlinin mərkəz məscidi olan Cümə Məscidi (əsl adı Dünya Numa Məscididir) 1650-ci ildə tikilməyə  başlamış və inşaatı 6 ildə bitirilmişdir. Hindistanın ən böyük məscidlərindən olan bu  tikilinin həyətində təxminən 25 min adam namaz qıla bilir. Bundan başqa, məsciddə maral dərisinə yazılmış Qurani-Kərim kimi müxtəlif müqəddəs əmanətlər var.

 

Dünyanın ən gözəl məscidləri

 

Böyük məscid - Cordoba (İspaniya)

İspaniyanın Cordoba şəhərindəki məscidin tikildiyi sahədən tarix boyunca dini məqsədlərlə istifadə edilmişdir. Keçmişdə bir Roma məbədinin olduğu  yerdə  Saint Vincent kilsəsi tikilməyə başlanmış, 784-cü ildə isə məscid  inşa edilmişdir. Cordobanın mərkəzində olan  məscid İslamiyyətin ilk illərinin arxitektura xüsusiyyətlərini daşıyan ən maraqlı nümunələrdəndir. Bunun bir səbəbi inşası zamanı yerində tikildiyi Roma məbədinin vəsaitlərindən istifadə edilməsidir. İçində 856  əqiq, mərmər, yeşim daşı və granit sütun var.

 

Dünyanın ən gözəl məscidləri

 

Kral 2-ci Həsən  məscidi - Kasablanka

Kral 2-ci  Həsən Məscidi Məkkədən sonra dünyanın ən böyük məscididir. Kral 2-ci Həsənin gördüyü yuxudan sonra tikintisinə  başlanan məscid Atlantik Okeanı üzərində tikilmişdir. 1980-ci ildə  inşasına  başlanan məscid 8 ildə tamamlanmışdır. Minarəsi 200 metr hündürlüyündədir. Eyni anda 100 min adamın namaz  qıla  bildiyi məscidin üzəri açıla bilir. 

 

Dünyanın ən gözəl məscidləri

 

Putra məscidi-Kualalumpur (Malayziya)

İnşasına 1997-ci ildə başlanan məscidin tikintisi 2 ilə tamamlanmışdır. Arxitekturasıyla "Min bir gecə" nağıllarındakı məkanları xatırladan məscid Putrajava gölünün və Malayziya baş naziri ofisinin yanındadır.

 

Dünyanın ən gözəl məscidləri

 

Roma məscidi - Roma (İtaliya)

Qərbi Avropanın ən böyük məscidlərdən olan Roma Məscidi 30 min kvadratmetrlik bir sahədə, 12 min adamı qəbul edə biləcək şəkildə tikilmişdir. Paolo Portoghesi, Vittorio Gigliotti və Sami Mousavi tərəfindən tikilən məscidi sürgündəki Əfqanıstan şahzadəsi Məhəmməd Həsən və Səudiyyə Ərəbistanının kralı Faysal min Əbdüləziz maliyyələşdirmişdir. Roma Şəhər Məclisinin bağışladığı ərazidə tikilən və ətrafındakı yaşıl sahələrlə böyük bir uyğunluq nümayiş etdirən məscid 1995-ci ildə istifadəyə verilmişdir.

 

Dünyanın ən gözəl məscidləri

 

Şeyx Lütfullah məscidi - İsfahan (İran)

Şah Abbas dövründə tikilən  İranın İsfahan şəhərindəki məscidin inşasına 1603-cü ildə başlanmış, 1618-ci ildə bitirilmişdir. Memarı Şaykhı Bahası olan məscid Səfəvi arxitekturasının ən yaxşı nümunələrindən hesab  edilir.

 

Dünyanın ən gözəl məscidləri

 

Əl  Əzhər məscidi - Qahirə (Misir)

İnşasına 10-cu əsrin sonunda başlanan məscid Qahirənin tarixiylə birbaşa əlaqəli arxitekturaya sahibdir. Məscid bu gün hələ də yaxşı  vəziyyətdədir və şəhərin keçirdiyi  bütün dövrlərin izlərini daşıyır.

28 yanvar 2013
GO BACK